Bir maşının qiymətinə məzar: QR-kodlu qəbir, 3D başdaşı - Fotolar
Gündəm / Sosial
Oxunub: 109
4 Şub 2026 | 11:00
Bir maşının qiymətinə məzar: QR-kodlu qəbir, 3D başdaşı - Fotolar Azərbaycanda dünyasını dəyişənlərə yaxınlarının qoyduqları məzar daşları artıq təkcə xatirə nişanı deyil, eyni zamanda imkanın, statusun, bəzən isə səssiz rəqabətin göstəricisinə çevrilib. Bir vaxtlar sadə başdaşı kifayət edirdisə, bu gün büstlər, heykəllər, bahalı mərmərlər, hətta 3D texnologiyalı məzar daşları adi hal alıb. Bəziləri hesab edir ki, dəbdəbəli qəbir daşı qoymaqla mərhuma olan mənəvi borcunu ödəyir. Bu borcun qiyməti isə az qala bir avtomobil dəyərinə çatır.

hedeftv.az-ın əməkdaşı məzar daşı hazırlanan bir neçə sexdə olub, qiymətlərin necə formalaşdığını və insanların nəyə üstünlük verdiyini araşdırıb.

600 manatdan 12 min manata qədər “xatirə”

Sex sahiblərinin dediyinə görə, hazırda ən ucuz məzar daşları 600–700 manat civarındadır. Bu, adətən yerli istehsal olan sadə ağ aqlay daşlarıdır. Qiymət daşın ölçüsündən, üzərindəki yazı və ornamentlərdən asılı olaraq dəyişir.

İnsanlar daha çox qiymətinə görə İran mərmərinə üstünlük verirlər. Bu daşların qiyməti 1600 manatdan başlayır. Daha bahalı seçimlər isə qara mərmər, Çin və Ukraynadan gətirilən daşlardır. Xüsusilə Ukrayna istehsalı mərmərlər bazarda ən bahalı hesab olunur. Onların qiyməti 2800 manatdan başlayaraq 5 min manatı, hətta daha yuxarı məbləğləri keçə bilir. Bu daşları əsasən maddi imkanı yaxşı olan ailələr sifariş edir.

Ustalar bildirir ki, bəzən insanlar “geri qalmamaq” üçün bir-biri ilə bəhsə girərək daha bahalı daşlara üz tuturlar.

Yazı, şeir və fiqur– hər detalın ayrıca qiyməti var

Məzar daşının üzərindəki hər detal qiymətə əlavə olunur. Daşa şeir həkk etdirmək 15–20 manat, “Fatihə” surəsinin yazılması isə 70 manatdır. Müxtəlif fiqurların qiyməti 50–150 manat arasında dəyişir. Baş daşının üzərinə məscid təsviri əlavə etmək 50–70 manata başa gəlir.

Qırmızı mərmər də bahalı materiallar sırasındadır – onun qiyməti 3 min manatdan başlayır.

Bakıxanov məzarlığının yaxınlığında yerləşən digər sexdə isə bildirildi ki, ən ucuz başdaşı ölçüsü nisbətən kiçik olan ağ daşlardır. Qiymət əsasən daşın üzərindəki naxış və fiqurlardan asılıdır. Məsələn, ağ daş üzərində məscid fiquru işlənərsə, qiymət 1200 manata qədər yüksələ bilər. Alıcılar arasında məhz bu cür dini simvollara tələbat daha çoxdur.

Ukraynadan gətirilən qara mərmərlərin qiyməti təxminən 4 min manatdır. Türkiyə istehsalı ağ mərmər isə 5–6 min manata təklif olunur. Daşkəsəndə istehsal olunan yerli ağ mərmər nisbətən ucuzdur – onu 2 min manata əldə etmək mümkündür. Qiymət, eyni zamanda, məzarın forması və ölçüsünə görə də dəyişir.

Sexdə çalışan ustalardan biri bildirir ki, daşdan yonulmuş güldanların da ayrıca dəyəri var. Elə güldanlar var ki, həm qabı, həm də içindəki gül daşdan hazırlanır və qiyməti 1000 manata çatır.

3D məzar daşları və QR kodlu xatirələr

Məzar daşları sahəsinə müasir texnologiya da daxil olub. Artıq 3D formatda hazırlanan məzar daşları da var. Ən ucuz 3D məzar daşı 3800 manatdan başlayır. Qiymət daşın hündürlüyü, qalınlığı və eninə görə artır. Ən bahalı 3D məzar daşları 12 min manata qədər yüksəlir. Bu cür daşların bəzilərinin hündürlüyü 3 metrə, qalınlığı isə 25 santimetrə çatır.

Bundan başqa, məzar daşlarına xatirə məqsədli QR kodların əlavə edilməsi də mümkündür. Bunun üçün ən azı 200 manat ödəmək lazımdır. QR kod vasitəsilə mərhumun fotoları, videoları və tərcümeyi-halı yerləşdirilir.

Deyirlər ki, insanlara sağlığında qiymət vermək lazımdır. Amma görünən odur ki, ölkəmizdə öləndən sonra da qiymət düşmür.
Dün, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
Dün, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
Dün, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
Dün, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?
Dün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Dün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Dün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Dün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Dün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Dün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Dün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
15-04-2026, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
15-04-2026, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
15-04-2026, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
15-04-2026, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
15-04-2026, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
15-04-2026, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
15-04-2026, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
15-04-2026, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
15-04-2026, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
15-04-2026, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
15-04-2026, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
15-04-2026, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu