“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
Məlum olduğu kimi, bu gün Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi riyaziyyat müəllimini güllələyib. Hadisə baş verən əraziyə yollanan media nümayəndələri güllələnmə ilə bağlı detalları öyrənmək üçün həmin təhsil müəssisəsində oxuyan aşağı sinif şagirdlərindən müsahibə alıb. Mikrofonlar qarşısında sual atəşinə tutulan məktəblilərin açıqlamaları üzləri gizlədilmədən mediada yayımlanıb. Azyaşlı şagirddən hadisənin təfərrüatının öyrənilməsi və bu şəkildə təqdimatı sosial şəbəkələrdə tənqid olunub.
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Əməkdar jurnalist Səadət Məmmədova da bununla bağlı öz narahatlığını bildirib: “Əziz media mənsubları! Jurnalistika qaydalarına görə, müsahibə aldığınız uşağın ya üzünü bağlamalısınız, ya da onun yanında qəyyumu (valideyn, müəllim və s) dayanmalıdır. Ən əsası, uşağa dəxli olmayan sualları ona vermək düzgün deyil.
Uşaq nə bilir “AKM” nədir və ya niyə bilməlidir?! Ondan silahın növünü niyə soruşursunuz?! Bugünkü müdhiş hadisəni işıqlandıran zaman emosiyalara qapılmaq olmaz. Uşağa hərə bir tərəfdən həyəcanlı suallar verir, o da bilmir kimə nə desin…”
Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, bu hadisə həmin şagirdin düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək: “Güllə təkcə Şəhla müəllimə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə dəydi.
Niyə? Çünki bu vaxta kimi müəllimlərə təzyiq çox idi, müəllim şagirdə söz deyə bilmirdi. İndi isə hər bir müəllim daha diqqətli rəftara üstünlük verəcək. Bu isə həmin şagird düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək. İtirən Azərbaycan təhsili olacaq”.
Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Bakıdakı “İdrak” liseyinin müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Bugün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Bugün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Bugün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Bugün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Bugün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Bugün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bugün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
Dün, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
Dün, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
Dün, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
Dün, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
Dün, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
Dün, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dün, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
Dün, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Dün, 10:30
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Dün, 10:00
Millimiz 2:9 hesabı ilə uduzdu
Dün, 09:30
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Dün, 09:00
ABŞ Hörmüz boğazında blokadanı başlatdı
13-04-2026, 18:00
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 17:30
Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi
13-04-2026, 17:00
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?
13-04-2026, 16:30
Ölkə ikincisi indi dünya ikincisində təhsil alacaq
13-04-2026, 16:00
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
13-04-2026, 13:00
Qubada DƏHŞƏT: Qardaş-qardaşı bıçaqladı
13-04-2026, 12:30
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
13-04-2026, 12:00
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA