Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Bu gün Azərbaycanın ən rəmzi, ən sarsıdıcı və ən qürurverici qəhrəmanlıq tarixlərindən birinin sahibinin - Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.Xatırladaq ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gəlib. O, hələ məktəb illərindən sakitliyi, qətiyyəti və vətənpərvərliyi ilə seçilirdi. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirdikdən dərhal sonra həqiqi hərbi xidmətə yollanır. Xidməti Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçir. 2007-ci ildə çavuş rütbəsi ilə hərbi xidmətini başa vurur.
Lakin mülki həyata qayıtmaq onun xarakterinə uyğun deyildi. Mübariz üçün Vətən sadəcə söz deyildi. 2009-cu ilin avqustunda yenidən hərbi xidmətə - bu dəfə gizir rütbəsində qayıdır. Üstəlik, öz istəyi ilə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etməyə başlayır. Bu seçim onun gələcək taleyini də müəyyənləşdirir.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə baş verənlər isə artıq Azərbaycan hərb tarixinin ən parlaq, ən misilsiz qəhrəmanlıq salnamələrindən birinə çevrilir.
Gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı təxminən bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin mövqelərinə daxil olur, bir neçə əsgər və zabiti zərərsizləşdirir. Ardınca düşmənin öz silahlarını özünə qarşı istifadə edərək saatlarla davam edən təkbətək döyüşə girir.
Mübariz səhər saatlarına qədər, təxminən 5 saat qeyri-bərabər döyüş aparır və qəhrəmancasına şəhid olur.
Onun bu addımı təkcə hərbi əməliyyat deyil, milli ruhun oyanışı, xalqın yaddaşında silinməz iz buraxan bir hadisə kimi tarixə düşür.
Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Bu gün Mübariz İbrahimov qorxmazlığın simvolu, Vətən sevgisinin zirvəsi, Azərbaycan gəncinin mənəvi gücünün canlı abidəsidir.
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT