Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Gündəm / İdman
Oxunub: 114
7 Şub 2026 | 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib? Ötən gecə İtaliyanın Milan şəhərində Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Təəssüf ki, bu beynəlxalq yarış da ilk gündəcə Azərbaycanla bağlı qanqaraçılıqla başlayıb. Sanki hər dəfə bizə qarşı bir təxribat olmalıdır. Halbuki, beynəlxalq idman tədbirləri xalqlar arasında sülh və yaxınlaşmaya xidmət etməlidir, nəinki əksinə.

Söhbət Ermənistanı təmsil edən fiqurlu konkisürənlər cütlüyü — Karina Akopova və Nikita Raxmaninin “artsax” adlı musiqi kompozisiyası altında çıxış etməyə hazırlaşmasından gedir. Artıq Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) bununla bağlı rəsmi etiraz göndərib. Ancaq yenə bəzi suallar ortaya çıxır...

Əvvəla, məlumdur ki, hər bir ölkənin milli olimpiya komitəsinə onun prezidenti və ya baş naziri rəhbərlik edir. Demək, Azərbaycana qarşı belə bir təxribatın hazırlanmasından Paşinyan hökuməti xəbərsiz ola bilməz(di). O zaman bu davranışı necə başa düşək?

Bu hərəkət iki ölkə və iki xalq arasında son aylar inamla irəliləyin kövrək barışıq prosesi ilə uzlaşırmı? Bir neçə gün öncəki Əbu-Dabi görüşünün fəlsəfəsinə necə, uyğun gəlirmi?

Əsla. Yəni, müharibə arzusunda olan revanşistlərin çörəyinə “yağ sürtməyin” anlamı nədir? Bir yandan “Qarabağ hərəkatı bitib” deyibən konstruktiv görünmək, digər tərəfdən də “artsax” kompozisiyası adı ilə manipulyasiya eləmək hansı niyyətdən doğur görəsən?..



Aydındır, erməni cəmiyyətinin mühüm bir hissəsi hərbi məğlubiyyətlə hələ də barışmayıb, xam xəyallarla yaşayır. Ancaq məntiqlə Nikol Paşinyan hökuməti Azərbaycanla böyük sülh və “real Ermənistan” naminə pozucu qüvvələrin arealını və təsir dairəsini daraltmağa çalışmalıdır, nəinki onların özünü idman kimi həssas bir sferada da dağıdıcı gündəm təbliğ eləməsinə göz yummalı, onlara meydan verməlidir – xüsusən də kritik parlament seçkiləri və referenduma sayılı günlər qalmış.

İkinci halda bunun davamı daha ağır gələ, radikal-revanşistlər digər sahələrdə də fəallaşıb qol-qanad aça, Rusiya kimi bədniyyətli qonşunun əlinə əlavə fürsət keçə bilər. Nəticədə sülh gündəliyi sual altına düşməklə yanaşı, Ermənistan növbəti, daha ağır bədəl ödəyər...

Bir daha vurğulayaq: Azərbaycan Paşinyan hökuməti ilə yox, erməni xalqı ilə, yaxud onun əksəriyyəti ilə sülh müqaviləsi imzalamaq istəyir. Ancaq qarşılıqlı olmalıdır. Azərbaycan dövləti sülh müqaviləsi olmadan da yaşaya və inkişaf edə bilər. Necə ki, edir.

Ermənistanın isə bölgənin küncə sıxılmış dövləti kimi bu duruma çox tab gətirməsi mümkünsüz. İrəvan Bakı və Ankara ilə barışmaq zorunda. Yolu bəlli. Daşı ətəkdən tökmək, “artsax” nağılının bitdiyini birdəfəlik qəbul eləmək, iki əsas qonşuya qarşı əsassız torpaq iddialarını konstitusiyadan çıxarmaq. Ermənistana sülh başqa yolla gəlməyəcək. Başqa yol dönə-dönə keçilib və faciəvi nəticələri ortada...

Və sonda. İtaliyada ölkəmiz əleyhinə təxribata “xeyir- duanı” Paşinyan verməyibsə, buyursun, o, və ya onun təmsilçisi rəsmi təkzib eləsin, problem böyüməmiş onun qarşısını alsın. Növbəti iyrənc tamaşaya imkan verməsin.

Hələ ki, sakitlikdir. Hər halda nəticəni tezliklə biləcəyik...
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT