MAHİR ƏLİYEV TUTDUĞU VƏZİFƏNİN DƏYƏRİNİ YÜKSƏLDƏN KADRLARDANDIR
Hazırda qışdır. Samux rayon sakinlərinin rahatlığını təmin etmək məqsədilə rayonun mənzil-kommunal təsərrüfatı qışı hazırlıqlı qarşılamışdır. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub. Qış mövsümündə baş verə biləcək fövqəladə hallara qarşı preventiv tədbirlərin həyata keçirilməsi, ümumiyyətlə, yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və digər bu kimi məsələlər müzakirə olunub, onların həlli və bütün bu işlərə digər qurumlarla əlaqəli surətdə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi və digər funksiyaları həyata keçirən Samux Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinin hazırki təqdir olunan səviyyəyə gəlib yetişməsində ona rəhbərlik edən cənab Mahir Əliyevin əhəmiyyətli xidmətləri olmuşdur.
İlk növbədə büdcə qanunvericiliyinə ciddi riayət olunmasını, təyinatdan kənar məqsədə vəsait yönəldilməməsini təmin edən Mahir müəllim rayonun Mənzil Kommunal Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub - saxlanılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirir. Rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının problemlərinin aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələrinin səyi və köməkliyi sayəsində aradan qaldırılması üçün bütün imkanları səfərbər edə bilir.
Samux Rayon MKTB-nin struktur vahidləri xidməti ərazidə yerləşən binalarda mənzil fondunun tərkib hissəsi olan yaşayış və qeyri-yaşayış sahələrinin mühəndis-texniki qurğularının saxlanması və cari təmirini, təyinatı üzrə istifadəsinə nəzarət edilməsini, xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının daşınmasının təşkilini, əhali və müxtəlif obyektlərdən kommunal xidmət haqlarının yığılmasının təşkilini və digər vəzifələrini lazımi səviyyədə yerinə yetirirlər.
Öz fəaliyyətində daim hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə alan Mahir Əliyev həmişə hesab etmişdir ki, məmur dedikdə təkcə imtiyazlar barədə düşünmək düzgün deyildir. Hər bir vəzifəli şəxs bilməlidir ki, o, bu yükü çiyninə götürərkən özünün bir sıra istəklərini də şüurlu surətdə məhdudlaşdırmağa, ilk növbədə ciddi iş rejiminə alışmağa, müəyyən edilmiş qayda-qanunlara, etik normalara riayət etməyə, vaxtla hesablaşmadan ona tapşırılan vəzifəni yerinə yetirməyə borcludur. Mahir müəllimin şəxsində dövlət qulluqçusunun bir növ etalonunu görmək olur. O, bütün hallarda, bütün vəziyyətlərində oturuşu-duruşu ilə, rəftarı-davranışı ilə hər bir şəxs üçün vicdanlılıq nümunəsidir: öz peşəkar fəaliyyəti ilə icra hakimiyyəti orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırır və möhkəmləndirir; vəzifəsinin icrası ilə bir araya sığmayan və habelə təmsil etdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermir; öz adını və şərəfini uca tutur.
Bir sözlə, Mahir Əliyev elə kadrlardandır ki, həmişə vəzifə onu deyil, o, tutduğu vəzifəni dəyərə mindirib, zinətləndirib. Onu da qeyd etməyə dəyər ki, Mahir Əliyev həmçinin Samux rayonunda xeyirxah əməlləri ilə, savab işləri ilə də tanınmış, xüsusilə həssas təbəqənin nümayəndələrinə - şəhid ailələrinə, qazilərə, imkansız adamlara maddi və mənəvi köməklik göstərmişdir.
Gəlin razılaşaq ki, dövlət qulluqçusunun qarşısına qoyulan bütün bu tələblərə cavab verən kadrların qədri bilinməli, onların müsbət imicinə ziyan vuracaq hər hansı haqsız iddiaların, şər-böhtanın qarşısını almaq bütün cəmiyyətin marağında olmalıdır. Xüsusilə belə məsələlərdə kütləvi informasiya vasitələri ehtiyatlı, həssas olmalı, yetərincə dəqiqləşdirilməmiş məlumatları dövriyyəyə buraxmamalıdırlar.
Amma çox təəssüf ki, Azərbaycanın informasiya məkanında müşahidə olunan “sensasiya” dalınca qaçmaq kimi mənfi tendensiya hərdən hətta nümunəvi dövlət qulluqçularının da nüfuzuna xələl gətirir. Müasir Azərbaycan reallığında pis şayiələrin nişangahına tuş gəlmiş təmiz adamlar, tərəqqipərvər vətəndaşlar, vicdanlı dövlət qulluqçuları, hökumət məmurları az deyildir. Ölkəmizdə yaranmış söz azadlığından sui-istifadə edənlər hədəf seçdiklərinin barəsində hədyan, böhtan yayır, bu yolla öz cılız məqsədlərinə çatmaq istəyirlər. Vəzifəli şəxsin haqqında yayılmış mənfi informasiyanın yalan olduğu sübuta yetirildiyi təqdirdə belə, yenə də təsirsiz ötüşmür. Onun barəsində ictimai fikir haçalanır, kimsə “ocaq yanmasa, tüstü çıxmaz” – atalar sözünü yada salır və s.
Son vaxtlar Mahir Əliyevin də haqqında bəzi saytlarda böhtan xarakterli məlumatlar yayılır. Həmin sayt rəhbərlərinin və onlara böhtan məlumatları ötürənlərin məsuliyyətə cəlb olunması zamanla həll olunası məsələdir və buna nail olmaq üçün Mahir Əliyevin məhkəməyə müraciət etməsi yetərlidir. Hətta bəlkə də daha məqsədəuyğun olar ki, əvvəlcə bu məsələni hüquq-mühafizə, cinayət təqibi orqanları təhqiq etsinlər. Şübhə yoxdur ki, tezliklə ictimai rəy necə deyərlər, “it hürən” deyil, “işıq gələn” tərəfə yönələcək.
Çox hörmətli Mahir Əliyevə yorulmazlıq arzulayırıq. İnanırıq ki, o, vəzifəsinin öhdəsindən layiqincə gəlməklə, ona göstərilən etimadı doğruldacaq, bundan sonra da Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmlənməsinə, Samux rayonunun ölkəmizin ən müasir, modern inkişaf etmiş əyalətlərindən birinə çevrilməsinə düşərli xidmət edəcəkdir.
Şahin Orucov
Dün, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
Dün, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
Dün, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
Dün, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?
Dün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Dün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Dün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Dün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Dün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Dün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Dün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
15-04-2026, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
15-04-2026, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
15-04-2026, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
15-04-2026, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
15-04-2026, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
15-04-2026, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
15-04-2026, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
15-04-2026, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
15-04-2026, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
15-04-2026, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
15-04-2026, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
15-04-2026, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu