Peyvənddən sonra körpənin ölümü – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ
Gündəm / Hadisə / Bölgə
Oxunub: 95
23 Şub 2026 | 18:00
Peyvənddən sonra körpənin ölümü – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ
Goranboyda peyvənd vurulan körpə ölüb.

hedeftv.az xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib.

Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib. Peyvənd vurulan körpənin ölümü ilə bağlı yayılan məlumat cəmiyyətdə ciddi narahatlıq yaradıb. Hadisənin detalları hələ açıqlanmayıb və faktla bağlı araşdırma aparılır.

Peyvənddən sonra şok mümkündürmü? Həkimlər və valideynlər nələrə diqqət etməlidirlər?

Musavat.com-un suallarını tanınmış pediatr Vaqif Qarayev cavablandırıb.

– Goranboyda baş verən hadisə ilə bağlı fikriniz nədir? Peyvənd nə zaman şok verə bilər?

– Hələ ki detallar bəlli deyil. Mən desəm ki, həkimin, yaxud valideynin günahından ölüb, bu səhv olar. Günahkar kimdir – bilmirəm. Detallar açıqlanmayıb, hansı peyvəndin vurulduğu dəqiq deyil. Bir yerdə yazılıb ki, uşaq bir gün sonra ölüb. Peyvənd olunan gün sağlam olub-olmayıb, qızdırması olubmu – bunlar bilinmir. “Şoka düşüb” ifadəsi ümumi anlayışdır. Daha çox anafilaktik şok nəzərdə tutulur ki, bu da dərman və ya vaksin tətbiqindən sonra yarana bilər. Amma konkret halda nə baş verdiyini bilmədən fikir bildirmək düzgün deyil.

– Peyvəndi antibiotik kimi kiçik doza ilə sınaqdan keçirmək mümkündürmü?

– Xeyr. Peyvəndin standart dozası olur. Ona sınaq qoymaq mümkün deyil. Bu, antibiotik deyil ki, əvvəl az dozada yoxlayaq. Vaksin müəyyən olunmuş doza və qaydada tətbiq edilir.
Ümumiyyətlə, peyvənd bizim əhalinin ən həssas nöqtəsidir. Xüsusilə COVİD-dən sonra peyvənd əleyhinə kampaniya qlobal xarakter aldı. Elmi mərkəzlər COVİD peyvəndinin hansı mənfi nəticələr verə biləcəyi barədə geniş, aydın məlumat vermədilər. Amma kimlərsə dedi ki, insult yaradır və sair. Bu belə olmur. Əgər belə ciddi fəsadlar olsaydı, bu kütləvi xarakter almalı idi – peyvənddən sonra geniş miqyasda insult, infarkt halları qeydə alınmalı idi.

- Həm COVİD, həm də onun vaksinləri ilə bağlı hələ də bir qeyri-müəyyənlik var. Amma uşaqlara vurulan profilaktik peyvəndlər illərdir təsdiqini tapmış peyvəndlərdir. Onlar niyə ölümə səbəb olsun ki?

- Vaksin uşaq orqanizminə yeridilən yad zülaldır. Onun diri forması var – diri törədici uşaq orqanizminə yeridilir. Bəziləri zəiflədilmiş, bəziləri isə öldürülmüş törədicidir. Diri vaksinlərdə müəyyən reaksiya gözlənilir. Biz əlimizlə xəstəlik törədicisini uşaq orqanizminə yeridirik. Hansı reaksiyalar ola bilər? Qızdırma 2–3 gün qalxa bilər, sonra keçər. Narahatlıq, oyanıqlıq ola bilər. Çünki orqanizm yad zülal qəbul edir. Bunlar mümkündür və normal sayılır. Mən özüm sovet vaxtı 10 il uşaqlara peyvənd vurmuşam. Heç bir mənfi reaksiya görməmişəm. İndi peyvənd əleyhinə kampaniya aparılır. Bu yaxınlarda göy öskürəklə uşaq gətirmişdilər. Soruşdum peyvənd olunubmu? Dedilər yox. Səbəbini soruşanda “deyirlər ziyandır” cavabını verdilər. Bu, artıq standart cavaba çevrilib.

– Peyvənddən əvvəl uşaqlar genetik və ya geniş müayinədən keçirilməlidirmi?

– Ən çox deyilən irad budur ki, guya uşaq az qala genetik səviyyədə yoxlanılmalıdır, sonra peyvənd olunmalıdır. Dünyanın heç bir yerində uşaqları rutin şəkildə geniş müayinə edib peyvənd vurmurlar. Təbii ki, peyvənd sağlam uşağa vurulmalıdır. Sovet vaxtı peyvəndə əks göstərişlər çox idi – daimi və müvəqqəti əks göstərişlər mövcud idi. Məsələn, qızdırma varsa, müvəqqəti əks göstəriş sayılırdı, sağalandan sonra vurulurdu. İndi əks göstərişlər o qədər geniş deyil. Mən praktik həkim olaraq sinir sistemində orqanik problemi olan uşağa, yaxud həmin gün qızdırması olan uşağa peyvənd vurmaram. Çünki orqanizm onsuz da aktiv vəziyyətdədir, yenidən ona yad zülal yeritmək düzgün deyil. Ürək qüsuru olan, allergiyası olan uşaqlara çox ehtiyatla yanaşmaq lazımdır. Xroniki problemi olan uşaqlarda vəziyyət stabilləşibsə, yaxşılaşma varsa, o zaman peyvənd vurula bilər.
Həkimlərin günahı deməzdim. Onları da sıxırlar – plan dolmalıdır və s. Amma hər içəri girənə peyvənd vurmaq da düzgün deyil. Sahə həkimi öz sahəsinin uşağını tanıyır, kimdə hansı problem var bilir. Yenə deyirəm, Goranboydakı hadisədə günahkar kimdir – bilmirəm və bilmədən heç nə deyə bilmərəm.

– Yaxın günlərdə “Nur” uşaq evində uşağın qızılcadan öldüyü bildirildi. Yanaşı xəstəliyinin olduğu da bildirilir. Qızılcadan ölüm hansı halda baş verə bilər?

– Bir məsələ var: problemə peşəkar yanaşma ilə araşdırma aparılmalıdır. Əvvəlcə sual budur – uşaq doğrudanmı qızılcadan ölüb? Yanaşı xəstəliyi nə olub? Bunları bilmədən dəqiq fikir bildirmək mümkün deyil. Əgər uşağın beynində problem olubsa, qızılca ensefalit verə bilər və bu, ölümə səbəb ola bilər. Ağciyərlərində əvvəlcədən problem varsa, qızılca pnevmoniyası inkişaf edə bilər. Qızılca pnevmoniyası ölümcül sayılır. Qızılca inağı da uşağı qəfil öldürə bilər – vaxtında müdaxilə edilməzsə, boğaraq ölümə gətirib çıxara bilər.
Mən də uşaq evində baş verən hadisəyə əsəbləşmişdim. Yazmışdım ki, ilin-günün bu vaxtında uşaq qızılcadan niyə ölsün ki? Ya peyvənd olunmalı idi ki, yoluxmasın, ya da yoluxubsa, bunun müalicəsi var. Vaxtında həkimə müraciət olunanda qarşısı alınır. Yadınızdadırsa, iki il əvvəl qızılcanın ağır epidemiyası olmuşdu. O vaxt ölən uşaqların 99 faizi vaxtında həkimə müraciət etməmişdi. Soruşanda məlum olurdu ki, 5 gün evdə saxlayıb, sonra aparıblar. Vaxtında müraciət etmək lazımdır. Pnevmoniya, ensefalit, inağ – bunlar ölümcül fəsadlardır. Amma məsələ ondadır ki, bu fəsad yaranmamış müdaxilə edilməlidir.
Bugün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Bugün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Bugün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Bugün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Bugün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Bugün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Bugün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Dün, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
Dün, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
Dün, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Dün, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
Dün, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
Dün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Dün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Dün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Dün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Dün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Dün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
14-04-2026, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
14-04-2026, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
14-04-2026, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
14-04-2026, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI