Azərbaycanda 4 barmağı olmayan gənc əsgər aparılıb? – Qurumlardan AÇIQLAMA

Azərbaycanda anadangəlmə fiziki qüsuru olan 22 yaşlı gəncin hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndərilməsi ilə bağlı ciddi iddialar səsləndirilib.
Şəmkir rayon sakini Şükran Abbasov Musavat.com-a müraciətində bildirib ki, 2004-cü il təvəllüdlü oğlu Rəvan Abbasov sol ayağında 4 barmağın olmamasına baxmayaraq, həqiqi hərbi xidmətə yararlı kimi qiymətləndirilib.
Atanın sözlərinə görə, oğlu 18 yaşı tamam olarkən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinədən keçirilib və həmin vaxt hərbi xidmətə yararsız hesab edilib. Lakin 22 yaşında ona yenidən çağırış vərəqəsi təqdim olunub:
“Oğlumun sol ayağında anadangəlmə olaraq 4 barmaq yoxdur. 18 yaşına qədər əlilliyə görə pensiya alırdı, lakin sonradan bu ödəniş dayandırıldı. Əlillik dərəcəsinin müəyyən edilməsi üçün müraciət etdik, amma Bakıdan imtina cavabı aldıq”.
Şükran Abbasov bildirib ki, ikinci çağırış zamanı Rəvan Respublika Əlillərin Bərpa Mərkəzində müayinədən keçirilib. Onun iddiasına görə, müayinə zamanı həkim gəncin ayağındakı qüsuru nəzərə almadan hərbi xidmətə yararlı olduğu barədə rəy verib:
“Oğlum etiraz etsə də, buna məhəl qoyulmadı. Ötən il 17 oktyabr tarixində onu hərbi xidmətə apardılar. Üç ay Gəncədə xidmət etdikdən sonra Kəlbəcərə göndərildi. Orada hərbi hospitalda müayinə zamanı ayağındakı qüsura görə yararsız olduğu bildirildi və geri qaytarıldı”.
Ş. Abbasov deyib ki, daha sonra Rəvan yenidən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilib. Müayinələr zamanı yalnız sol ayağındakı barmaq çatışmazlığı deyil, eyni zamanda sağ ayağında diz qapağının altında yırtıq olduğu da aşkarlanıb.
“Hospitalda əvvəlcə ona bildiriblər ki, tərxisə hazırlaşsın. Lakin qısa müddət sonra həkim Eldəniz bəy qərarın dəyişdiyini deyərək onun yenidən hərbi xidmətə yararlı hesab edildiyini bildirib. Bu rəy əsasında oğlumu təkrar Kəlbəcərə qaytardılar.
Əgər yararlı idisə, niyə 18 yaşında xidmətə aparılmadı və məhz 22 yaşında çağırıldı? Oğlum yeriyərkən, xüsusilə hərbi çəkmə geyindikdə ciddi çətinlik çəkir. Botinkaların ayağını əzməməsi üçün ayaqqabının ön hissəsinə pambıq yerləşdirməyə məcbur qalır. Belə vəziyyətdə olan şəxsin hərbi xidmətə göndərilməsi nə dərəcədə doğrudur?” - deyə Ş. Abbasov sual edir.
O əlavə edib ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi müraciət ünvanlasa da, ona apellyasiya şikayəti üçün məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Musavat.com-a açıqlamasında bildirib ki, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü Abbasov Rəvan Şükran oğlunun 29.08.2025-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəsi aparılıb:
“Müayinə zamanı vətəndaşda funksiya pozulması olmayan sol ayağın II-IV barmaqlarının aplaziyası diaqnozu müəyyən edilib ki, bu da qanunvericiliyə uyğun olaraq hərbi xidmətə möhlət (və ya yararsızlıq) hüququ yaratmır.
Qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq yalnız ayağın bir hissəsinin hər hansı səviyyədə və ya bütün barmaqlarının olmaması (5 barmağın hamısı) hərbi xidmətə yararsız hesab edilir.
Rəvan Abbasovun əlillik məsələsinə gəlincə isə, vətəndaşın son 4 il ərzində əlilliyin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb.
Şəxslə bağlı qeydiyyatda olduğu tibb müəəsisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdirildiyi halda qanunvericiliyə uyğun olaraq əlilliyinin qiymətləndirilməsi aparıla bilər”.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən saytımıza bildirilib ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır:
“Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər”.

Bugün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Bugün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Bugün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Bugün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Bugün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Bugün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Bugün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Dün, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
Dün, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
Dün, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Dün, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
Dün, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
Dün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Dün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Dün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Dün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Dün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Dün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
14-04-2026, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
14-04-2026, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
14-04-2026, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
14-04-2026, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI