Növbə problemi yenidən gündəmdə - Tibbi xidmətin SAĞALMAZ “yarası”

Son illər dövlət tibb müəssisələrində növbə problemi yenidən ictimai müzakirə mövzusuna çevrilib. Xüsusilə icbari tibbi sığorta çərçivəsində müraciətlərin artması poliklinika və xəstəxanalarda sıxlığı daha da artırıb. Səhər saatlarından etibarən qeydiyyat şöbələrinin qarşısında insanların toplaşması, xəstələrin günlərlə analiz və ya müayinə vaxtı gözləməsi, MRT və digər diaqnostik xidmətlər üçün həftələrlə növbə gözləntisi artıq adi mənzərəyə çevrilib.
hedeftv.az xəbər verir ki, problem xüsusilə rayonlardan paytaxta üz tutanlar üçün daha ağrılıdır.
Bölgələrdə ixtisaslaşmış həkim və avadanlıq çatışmazlığı səbəbindən Bakıya gələn xəstələr həm uzun növbə ilə qarşılaşdıqlarını, həm də qalmağa yer tapmaqda çətinlik çəkdiklərini deyirlər. Bəziləri bir günə işi həll edə bilmədikləri üçün əlavə xərcə düşür, bəziləri isə məcbur qalıb müayinədən imtina edir. İcbari tibbi sığortanın əhatə dairəsinin genişlənməsi əlçatanlığı artırsa da, xidmət gücünün eyni sürətlə böyüməməsi növbə problemini daha qabarıq göstərir.
nermin abbasli yeni
Məsələ ilə bağlı səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı Musavat.com-a açıqlamasında dünya təcrübəsini misal çəkib: “Avropada növbə var. Amma həkim qapısında gözləmə yoxdur. Məsələn, İngiltərədə və ya Almaniyada sən səhər 7-də gedib növbə tutmursan. Sən həkimə öncədən vaxt alırsan. Saat 10:40 yazılıbsa, 10–15 dəqiqə gecikmə ola bilər, amma səhərdən axşama qədər dəhlizdə gözləmirsən.
Ümumiyyətlə səhiyyədə gözləmə problemi nədir? Səhiyyədə növbə tələb və təklif balansı pozulanda yaranır. Tələb - müalicə almaq istəyən insanlardır. Təklif isə həkim sayı, avadanlıq, xəstəxana, vaxt, maliyyədir. Əgər çox insan xidmət istəyirsə, amma xidmət göstərən resurslar məhduddursa, növbə yaranır. Dövlət səhiyyəsində resurslar haradan gəlir? Vergilərdən və dövlət büdcəsindən. Əgər büdcə artmırsa, yeni həkim işə götürmək olmur, yeni xəstəxana açmaq olmur, əlavə MRT cihazı almaq olmur, iş saatlarını uzatmaq olmur. Nəticədə xidmət gücü eyni qalır, amma xəstə sayı artır və növbələr uzanır.
Bəs büdcəni artırmaq növbəyə necə təsir edir? Əgər dövlət səhiyyəyə daha çox pul ayırırsa, daha çox həkim işə götürə bilər, maaşları artıraraq “beyin axını”nın qarşısını alar, yeni klinikalar aça, daha çox əməliyyat otağı yarada, əlavə növbələr və iş saatları təşkil edə bilər. Bu isə o deməkdir ki, təklif artır və növbə azalır. Amma problem buradadır ki, dövlət büdcəsini artırmaq üçün ya vergilər artırılmalıdır, ya başqa sahələrin büdcəsi azaldılmalıdır, ya da borclanma artmalıdır. Bunların hamısı siyasi riskdir. Heç bir hökumət, “vergini artırıram” deməyi sevmir, çünki bu, normal ölkələrdə seçici narazılığı yaradır”.
Mütəxəssisə görə, bir çox ölkə belə seçim edir ki, hamı üçün pulsuz və bərabər çıxış olsun, amma gözləmə müddəti uzansın: “Bu, sosial ədalət modeli sayılır. Alternativ nədir? Əgər dövlət pulu artırmırsa, onda özəl sektor böyüyür, pulu olan tez xidmət alır, pulu olmayan dövlət növbəsində qalır. Bu isə bərabərsizlik yaradır. Yəni, sadə dillə desək, uzun növbələrin mənası əslində budur: sistem deyir ki, “hamıya xidmət göstərmək istəyirəm, amma resursum məhduddur”. Növbəni azaltmaq üçün isə ya sistemə daha çox pul daxil olmalıdır, ya xidmət modeli dəyişməlidir, ya da prioritet sistem qurulmalıdır. Bu, tibbi yox, iqtisadi və siyasi qərardır. Uzun növbələr resurs bölgüsünün nəticəsidir”.
Bugün, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
Bugün, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
Bugün, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
Bugün, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?
Bugün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Bugün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Bugün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Bugün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Bugün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Bugün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Bugün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Dün, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
Dün, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
Dün, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Dün, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
Dün, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
Dün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Dün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Dün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Dün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Dün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Dün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu