Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?
Gündəm / Sosial
Oxunub: 171
5 Ock 2023 | 18:54
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?

Bir müddətdir Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir.

Sosial şəbəkələrdə ana səhifəni hər yeniləyəndə virusla bağlı 10-a yaxın statusa rast gəlinir. Təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər. Xüsusən qulaqlarda uğultu, tutulma, baş ağrılarından əziyyət çəkdiklərini deyən xəstələr bir neçə gün sonra xəstəliyin yüngülləşdiyini, lakin qəflətən təkrar yüksək hərarətin başladığını qeyd edirlər. Hətta təhlükəli virusun COVID-19-un “omicron” ştamı, “donuz qripi” olması ilə bağlı iddialara da rast gəlinir.

Səhiyyə Nazirliyi də bir neçə gün əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi. Bildirilirdi ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa yeni yoluxma ilə əlaqəli ola bilər.

Ölkədəki infeksion vəziyyətlə bağlı infeksionist Vüqar Cavadzadənin fikirlərini öyrəndik. “Qafqazinfo”ya açıqlama verən həkimin sözlərinə görə, son günlərdə yayılan xəstəlik havaların soyuması ilə yayılan mövsümi, kəskin respirator virus infeksiyalarıdır. Hazırda xəstələrdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır: “Qəflətən başlaması, kəskin əlamətlərlə müşahidə edilməsi qrip xəstəliyindən xəbər verir. Müşahidələr göstərir ki, bu xəstələr ailədaxili, ev şəraitində yoluxurlar. İstər böyüklər, istərsə də uşaqlar arasında rast gəlinir. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir. Bura yüksək temperatur, baş və əzələ ağrıları, iştahsızlıq, halsızlıq daxildir. Bunlar 2-3 gündən sonra keçib gedir və xəstələrin həyatı üçün hər hansı təhlükəli məqam yoxdur”.
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?

Yayılan virusun indiyə qədər keçirdiyimiz qripə bənzəməməsi, “omicron” ştamı və ya “donuz qripi” olması ilə bağlı iddialara gəlincə isə, həkim sözügedən infeksiyanın əlamətlərinin qripə bənzədiyini bildirib: “Burada “omicron”a bənzər əlamət yoxdur. Bu ştam başlayanda boğaz ağrısı ilə başlayır və 37-38 dərəcə temperatur olur. Həm də tədricən başlayır. Amma qrip kəskin başlayır və yüksək temperatur müşahidə olunur. Xəstələrdə demək olar ki, boğaz ağrısı müşahidə edilmir, daha çox quru öskürək olur. Bu əlamətlər qripəbənzər əlamətlərdir. Bu xəstələrdə intoksikasiya sindromu müşahidə edilir. Xəstəliyin azalıb-artması dalğavari xarakter daşıyır. Bu cəmiyyətdə xəstə şəxslərin insanları nə qədər yoluxdurmasından asılıdır. Xəstə şəxs, virus daşıyıcısı cəmiyyət içərisinə daha çox çıxırsa, qapalı məkanlarda daha çox olursa, daha çox insanın yoluxdurulmasına səbəb olur”.

İnfeksionistin sözlərinə görə, COVID-19-da olduğu kimi, bu infeksiyadan qorunmaq üçün də ilk növbədə məsafə saxlanılmalı, qapalı məkanlarda maska taxılmalıdır: “Otağın havası yenilənməli, mövsümə uyğun geyinilməlidir. Evdə geyinilən paltarla çölə çıxmaq olmaz. Açıq havada çox gəzmək lazımdır. Vitaminli-minerallı qidalar, meyvə-tərəvəz yemək lazımdır. Ehtiyac olarsa, tabletka şəklində olan polivitaminlər içilməlidir”.

Qeyd edək ki, artıq bir sıra Avropa ölkələrində qrip sürətlə yayılmağa başlayıb. Hətta bəzi ölkələrdə qrip hallarının koronavirusa yoluxan şəxslərin sayına çatdığı bildirilir. Qripə yoluxma artdığından Belçikada rəsmi olaraq qrip epidemiyası elan olunub. Belçikadan əvvəl isə Almaniya və Slovakiyada da qrip epidemiyası elan edilmişdi.

Qripə yoluxma hallarında artım olduğundan bir neçə ölkədə xəstəxanaların iş yükü artıb. Bu səbəbdən də, bir çox xəstəxanalarda təcili olmayan müayinələr başqa zamana təxirə salınıb.
Bugün, 18:00
Moskva 3 ölkəni qisas almaqla hədələdi, həmin ölkələrdən CAVAB
Bugün, 17:30
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Bugün, 17:00
Nyu-Yorkda gərginlik: İrana görə müsəlmanlara hücumlar artır, mer həyəcan siqnalı verdi
Bugün, 16:30
İnqilabi yenilik – Lazer silah dronları göydə "yandıracaq"
Bugün, 16:00
Hörmüzdə minlərlə gəmi keçid üçün növbə gözləyir
Bugün, 12:00
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - AÇIQLAMA
Bugün, 11:30
"400 manat maaşla dolanıram, pensiya da almıram" - Babəkin "oğlu"
Bugün, 11:00
Bakıda maşında yüksək səslə mahnı dinləmək qadağandır? - Vəkil açıqladı
Bugün, 10:30
Sabiq agentlik sədri açıqladı - “Pullar Talıbova çatırdı”
Bugün, 10:00
Telefona çox baxmaq - gözləri kor edir?
Bugün, 09:30
Soyuq ayaqlar yüksək xolesterolun əsas əlaməti
Bugün, 09:00
13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ
Dün, 18:00
Prezident bu şəxsləri TƏLTİF ETDİ
Dün, 17:30
Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq
Dün, 17:00
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Dün, 16:30
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Dün, 16:00
Məktəbdə insident: Müəllim valideyni döydü
Dün, 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Dün, 11:30
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Dün, 11:00
Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
Dün, 10:30
Bulvarda dənizdə batan qız xilas edildi - VİDEO
Dün, 10:00
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Dün, 09:30
Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Dün, 09:00
Qubad sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı
9-04-2026, 18:00
Dövlət qurumlarının adından kütləvi fişinq var-AÇIQLAMA
9-04-2026, 17:30
FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu
9-04-2026, 17:00
Ağ Evdən İrana sərt mesaj: “10 bəndlik plan zibil qutusuna atıldı”