Yollarda vəziyyət belədir - Sürücülərin nəzərinə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
Həmin məlumatı təqdim edirik:
1. “ZƏFƏR” yolu: Zəif qar yağır, 4-6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2. Toğanalı - Kəlbəcər - İstisu: Yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 10-15 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
3. Bakı - Quba: Quba rayonu ərazisində zəif qar yağır, Qusar rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 6-7 dərəcə şaxta var
4. Giləzi - Xızı: Xızı rayonu ərazisində qar yağır. Gün ərzində yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5. Bakı-Qobustan: Qar yağır, yolda qar yoxdur. Gün ərzində yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6. Qobustan - Şamaxı - Muğanlı: Qar yağır, gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7. Muğanlı – Ağsu-Yevlax: Qar yağır, gün ərzində yol qardan təmizlənmiş, Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
8. Muğanlı - İsmayıllı: Qar yağır, hazırda 4-6 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9. İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Qar yağır, Qəbələ rayonu ərazisində 2-3 dərəcə, İsmayıllı rayonu ərazisində 4-6 şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Qəbələ - Oğuz - Şəki hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
10. Yevlax - Şəki - Qax - Zaqatala: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11. Şəmkir - Gədəbəy: Gədəbəy rayonu ərazisində qar yağır 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12. Gəncə - Daşkəsən: Yağıntı yoxdur 7 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13. Ələt - Astara: Qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
14. Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkəti təmin olunub.
15. Lənkəran – Lerik: Lerik rayonu ərazisində zəif qar yağır, 8-9 dərəcə şaxta var. 20 sm qar yağmış, yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunub.
16. Bakı - Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17. Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bugün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Bugün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Bugün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Bugün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Bugün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Bugün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bugün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
Dün, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
Dün, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
Dün, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
Dün, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
Dün, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
Dün, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dün, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
Dün, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Dün, 10:30
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Dün, 10:00
Millimiz 2:9 hesabı ilə uduzdu
Dün, 09:30
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Dün, 09:00
ABŞ Hörmüz boğazında blokadanı başlatdı
13-04-2026, 18:00
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 17:30
Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi
13-04-2026, 17:00
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?
13-04-2026, 16:30
Ölkə ikincisi indi dünya ikincisində təhsil alacaq
13-04-2026, 16:00
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
13-04-2026, 13:00
Qubada DƏHŞƏT: Qardaş-qardaşı bıçaqladı
13-04-2026, 12:30
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
13-04-2026, 12:00
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA