Qarabağdakı “ikili agent”: Bakı nə edəcək? - TƏHLİL
Gündəm / Siyasət
Oxunub: 117
31 Ock 2023 | 13:43
Qarabağdakı “ikili agent”: Bakı nə edəcək? - TƏHLİL


Azərbaycanla Ermənistan arasındakı problemlərin hərtərəfli həllini özündə ehtiva edə biləcək sülh müqaviləsinin yekun mətninin hazırlanması prosesi axsamaqdadır.

Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi nifaqla yanaşı, qlobal rəqabətin qızışması ləngimələrin mənşəyindəki qatları mürəkkəbləşdirir.

Qlobal rəqabətin tərəfləri Bakı-İrəvan ixtilaflarından istifadə edərək onları öz qalalarında sülh müqaviləsi imzalamağa təşviq edirlər.

Doğrudan da, çox maraqlıdır: Görəsən, sülh müqaviləsi imzalamaq üçün hansı qala seçiləcək? Moskva, Vaşinqton, Brüssel, yoxsa neytral şəhər?

Sülh sazişi mətninin yekunundan danışmaq bir qədər tezdir, amma qlobal savaşın uclarında dayananlar bir-birlərinə güzəştə getmək üçün neytral şəhərlər seçə bilərlər.

Ancaq Qarabağ müharibəsinin yekunlarından sonra yeni mərhələdəki rəqabət fonunda region kövrəkləşib.

Azərbaycanın Qarabağdakı ermənilərin ölkənin ictimai-siyasi həyatına sürətli inteqrasiyası üçün atdığı addımlar belə mübahisələrdən qazanc əldə etmək istəyən gücləri qane etmir.

Rusiya bir, ABŞ isə fərqli təəssüratla Azərbaycanın üzərinə gəlir, hərçənd ki, bir-birinə rəqib olan bu iki “qoçun başı” Ruben Vardanyan məsələsində toqquşmur.

Məncə, Vardanyan “ikili agentdir”, o, Rusiyanın maraqları ilə yanaşı, Qərbin də istək və arzularının ifadəçisidir.

Çünki Vardanyan SSRİ-nin dağılmasından sonra Rusiyada yaranmış iqtisadi tənəzzül zamanı qanqster kapitalizminin ortaya çıxardığı milyarderdir.

Həmin dövrlər Rusiyanın yaralı iqtisadi arteriyasında Qərbin kapitalı cövlan edirdi. Beləliklə, Vardanyan Qərbin yaratdığı iqtisadi hab hesabına varlanan və Rusiyanın əlinə işləyəcək səviyyəyə çatan pulyuma aparatıdır.

Vardanyan indi Rusiyanın böyük layihəsində kiçik element kimi Qarabağda peyda olub. Qərbin də Bakının Vardanyana qarşı tövrlərinə dəstək göstərməməsi istər-istəməz ona yaranan simpatiyanın köklərini qazıyıb çıxarmağa fürsət verir.

Bu fürsətlər genişmiqyaslı araşdırma predmetidir. Vardanyan şifrəsinin açılması yalnız kəşfiyyat seyflərinə çıxışla mümkündür. Lakin bütün kəşfiyyat qapıları heç də Azərbaycanın üzünə açıq deyil və regional həssaslığın hərbi eskalasiya səviyyəsinə çatmaq riskləri ilə olan-qalan izlər də itirilir.

Bircə görünən mənzərə belədir ki, Vardanyan Azərbaycan ərazilərindəki qızıl yataqlarının talanması teatrında rol alan “aktyor”dur.

Qızılların daşınıb aparılması üçün Laçın yolu etibarlı marşrut idi və böyük ehtimalla Ermənistana daşınan ləl-cəvahiratdan, yəqin ki, Qərb də öz nəsibini götürürdü.

Ta o zamana qədər ki, Azərbaycanın ekofəalları Laçın yolunu bağlayaraq qeyri-qanuni ixrac arteriyasına zərbə vurdular. Məgər indi düşünmək olmazmı ki, Qərbin də, Rusiyanın da Vardanyanın müdafiəçisinə çevrilməsinin həm də “qızıl əsasları” var?

Vardanyan hazırkı məqamda həm Qərb, həm də Rusiya üçün sərfəlidir, lakin o, sonrakı etaplarda daha çox Moskvanın cilaladığı fiqur kimi missiya yerinə yetirə bilər.

Vardanyan regional masadakı kartları dəyişmək üçün bir səbəbdir və Bakı prosesdən uğurlu çıxmaq üçün əlindən gələni edir.

Bakı hərbi güc tətbiqini gündəmdə tutur, hərçənd ki, düşünmək olmaz ki, Qarabağda silahlı münaqişəyə qayıdış nə Qərbin, nə də Moskvanın marağındadır.

Lakin Azərbaycan Qarabağda antiterror tədbirləri keçirmək üçün müstəsna hüquqa malikdir, ona görə ki, Vardanyan mövcud vəziyyətin dondurulmasına üstünlük verildiyinin göstəricisidir. Bu plan müvəqqətidir, ya yox - dəxli yoxdur, Azərbaycan məsələni həll etmək üçün iradə nümayiş etdirir.

Rusiyanın Ukraynadakı tərs hərəkətlərinin Qarabağdakı əks-sədası, İranın Türkiyə, Azərbaycanla münasibətlərini pisləşdirməsi Cənubi Qafqaz nizamını təhlükə altına qoyur.

Azərbaycan təhlükəli vəziyyətin metastaz verməməsi üçün diplomatik-siyasi və kəşfiyyat kanallarını açıq tutur, hərçənd ki, Ermənistanla sərhəd məsələsində daha çox hərbi meyarların qabardıldığını sezmək olar.

Məsələ Rusiya və Qərbin silahlı münaqişə istəyib-istəməməsi deyil. Məsələ odur ki, qlobal orbitdə sülh və təhlükəsizliyə dair düşüncələrdəki strateji fərqlər belə, Azərbaycan üçün təhdid yarada bilir.

PROQNOZLAR:

Belə labirintlərdə Azərbaycanın Rusiya ilə razılığa gəlmək ehtimalı güclənir. Mümkündür ki, Vardanyan “qeyrətə gəlib” Qarabağı tərk etsə, Azərbaycan Rusiyanın Vardanyan üzərindən sonrakı planlarına qarışmayacaq.

Bunun paralelində Azərbaycan Rusiya sülhməramlı kontingentinin marginallaşması üçün tədbirlərini davam etdirəcək.

Azərbaycan Qərblə də “qızıl orta”nı tapacaq, lakin Qarabağda açıq qalan məsələlərin “erməni hüquqları” adı altında monopoliyaya alınması üçün edilən cəhdlər mövzusundakı təzadlar qalacaq.

Sərhədə gəlincə, Ermənistan Azərbaycanın delimitasiya olunacaq ərazilərlə bağlı təqdim etdiyi miqyasla razı deyil. Bu isə Bakı ilə İrəvan arasında yeni münaqişənin açarı ola bilər.

hedeftv.az
Bugün, 12:49
Elçin Məsiyev dünya çempionatı matçına təyinat alıb
Bugün, 12:12
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Bugün, 10:42
Daşkənddə Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib
Bugün, 09:45
TƏBİB: "Formula-1" günlərində 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərəcək
Bugün, 08:35
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur - SİYAHI
Dün, 11:00
CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib
Dün, 10:30
NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək
Dün, 10:00
Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib
Dün, 09:30
Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur
Dün, 09:00
HƏMAS: Razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırıq
2-09-2025, 18:50
Lənkəranın dağ kəndində yanğın
2-09-2025, 17:40
Ərdoğan ABŞ-nin qərarını tənqid edib
2-09-2025, 16:58
Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq
2-09-2025, 16:13
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
2-09-2025, 15:12
Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? - ŞƏRH
2-09-2025, 14:04
İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə səfər edib
2-09-2025, 12:59
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ
2-09-2025, 12:09
Azərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb
2-09-2025, 10:34
Kəlbəcər: Təbiətin səssiz nəğməsi - VİDEO
2-09-2025, 09:57
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
2-09-2025, 09:23
Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq
2-09-2025, 08:30
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1-09-2025, 19:01
Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH
1-09-2025, 18:22
Paşinyan: Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir
1-09-2025, 17:48
Başsağlığı
1-09-2025, 17:23
Etibarsız sayılsın! ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərildi – ŞƏRH
1-09-2025, 16:37
Ərdoğan və Pezeşkian Çində görüşüb