İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar
Gündəm / Siyasət
Oxunub: 163
2 Mrt 2023 | 21:07
İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar

Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsini geniş işıqlandırıb.

Qardaş ölkənin Anadolu agentliyində yayımlanan “Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin çıxışında dünyada neokolonializm meyillərinin artdığını vurğulayaraq, Fransanı sərt tənqid etdiyi qeyd olunub. Yazıda Prezident İlham Əliyevin çıxışında suverenlik və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının artdığını, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata keçirildiyini bildirdiyi vurğulanıb.

“TRT Haber” kanalında yer alan “Prezident Əliyevdən Fransaya ultimatum: Soyqırımlar üçün üzr istə, o adalardan çıx” sərlövhəli yazıda dövlətimizin başçısının Qarabağın otuzillik işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya çağırış etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır” ifadələri oxucuların diqqətinə çatdırılıb.

“Azərbaycan Prezidenti İlham Əliyev qanlı müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə Fransaya çağırış etdi”, - dövlətimizin başçısının Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışına dair “Yeni Şafak” qəzetində dərc edilən məqalə oxuculara bu sərlövhə ilə təqdim olunub. Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev Fransadan müstəmləkə cinayətlərinə və törətdiyi soyqırımlarına görə üzr istəməsini tələb edib.

“Milad” qəzetində yayımlanan xəbərdə də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündəki açılış nitqində Fransaya sərt etirazını bildirdiyi vurğulanıb. Yazıda Prezident Əliyevin çıxışından “Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” ifadələri sitat gətirilib.

“Ensonhaber.com” saytı Prezident İlham Əliyevin Fransanın müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə üzr istəməsi barədə tələbinin bu ölkənin Prezidenti Emmanuel Makronun Afrika ölkələrinə səfərə başladığı dövrə təsadüf etməsinə diqqət çəkib. Dövlətimizin başçısının “Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir” fikrinin sitat gətirildiyi məqalədə bildirilib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib.

Türkiyənin “Yeni akit” və “Sondakika.com” və digər KİV-lərində yayımlanan xəbərlərdə də Prezident İlham Əliyevin Fransanın müstəmləkə və soyqırımı cinayətlərinə görə üzr istəməsi və cavab verməsinin vacibliyi barədə fikirləri geniş işıqlandırılıb.

Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya düzəninin yenidən formalaşmaqda olması, “Soyuq müharibə”nin sona çatmasından bəri dünyada ən ciddi Şərq-Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer verilib.

Bundan başqa, xəbərlərdə Türkiyədə və Suriyada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinin Prezident İlham Əliyevin təklifi ilə Zirvə görüşünün iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildiyi, yaralananların tezliklə şəfa tapmasının arzulandığı da vurğulanıb.
İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar
İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar
İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar
İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar
İlham Əliyevin Fransa ilə bağlı çıxışı Türkiyə KİV-lərində - Fotolar
Bugün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Bugün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Bugün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bugün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
Dün, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
Dün, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
Dün, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
Dün, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
Dün, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
Dün, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dün, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
Dün, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Dün, 10:30
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Dün, 10:00
Millimiz 2:9 hesabı ilə uduzdu
Dün, 09:30
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Dün, 09:00
ABŞ Hörmüz boğazında blokadanı başlatdı
13-04-2026, 18:00
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 17:30
Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi
13-04-2026, 17:00
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?
13-04-2026, 16:30
Ölkə ikincisi indi dünya ikincisində təhsil alacaq
13-04-2026, 16:00
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
13-04-2026, 13:00
Qubada DƏHŞƏT: Qardaş-qardaşı bıçaqladı
13-04-2026, 12:30
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
13-04-2026, 12:00
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA
13-04-2026, 11:30
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı VƏFAT ETDİ
13-04-2026, 11:00
Bulvardakı zanbaqları im bu hala salıb?
13-04-2026, 10:30
Qayınana kürəkəninin dəfnində vəfat etdi – FOTO