Gədəbəydəki həmin şirkətin fəaliyyətində ciddi pozuntular üzə çıxır

Gədəbəy rayonunda hadisələr səngisə də, baş vermiş insidentin təfərrüatı yeni açılmağa başlayır. Bir neçə gün əvvəl toqquşma baş verəndə ictimaiyyətdə polisin qeyri-adekvat davranışı barədə rəy formalaşdı və buna görə də ictimai qınaq özünü çox gözlətmədi. Lakin sonradan məsələ ilə əlaqədar yeni məlumatlar, görüntülər, səs yazıları yayıldı və məsələnin düşünüldüyü qədər də sadə olmadığı aydınlaşdı.
Dünən mediada yayılan məlumatlar prosesin idarə olunduğunu aydın şəkildə göstərdi. Digər tərəfdən, orada iş aparan şirkətlə bağlı yayılmış məlumat kimlərinsə davamlı şəkildə dövriyyəyə buraxdığı dedi-qodulara son qoydu.
Hazırda Nazirlər Kabinetinin yaratdığı Komissiya hadisə yerində işləyir. Artıq komissiyanın rəhbəri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilk açıqlamalarını da verib.
Dünən “Qafqazinfo”nun yaydığı məlumatda Gədəbəydə işlərin Böyük Britaniyada qeydiyyatdan keçmiş "Anglo-Asian Mining" şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən aparıldığı bildirilmişdi, problemin yaranmasında şirkətin məsuliyyət dairəsinin müəyyənləşdiriləcəyi barədə xəbər verilmişdi.
Əldə etdiyimiz məlumata görə, artıq şirkətin fəaliyyətində müəyyən pozuntulara yol verilməsinə dair ciddi şübhələr var.
Təbii ki, mədən, hasilat və s. bu kimi məsələlərdə xarici tərəfdaşlarla bağlanan müqavilələrdə ekoloji məsələlərdən tutmuş sosial öhdəliklərə qədər hər şey nəzərə alınır və razılaşmada öz əksini tapır. Bu günə kimi “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən həmin ərazidə hər hansı sosial layihənin icra edilməsinə dair məlumat yoxdur və ehtimal etmək olar ki, şirkət bu istiqamətdə heç bir iş görməyib. Baxmayaraq ki, adətən başqa dövlətin ərazisində fəaliyyət göstərən şirkətlər sosial infrastruktur obyektləri yaradır, uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri və s, obyektlər tikir və əhalinin istifadəsinə verirlər.
Bu istiqamətdə hər hansı nəzərəçarpacaq iş görməyən “R.V.İnvestment Group Services, LL USA” şirkətinin üstəlik ekoloji problemlərin yaranmasına və vətəndaşların narazılığına səbəb ola biləcək pozuntulara yol verməsi həm müqavilənin şərtlərini, həm də Azərbaycan qanunlarını pozması kifayət qədər düşündürücü məqamdır.
Hələlik komissiya öz sözünü deməyib və qənaətini bölüşməyib. Amma buna rəğmən təkcə “R.V.İnvestment Group Services, LL USA” deyil, ölkəmizdə fəaliyyət göstərən istənilən şirkət məsuliyyətli olmalı, qanunların tələblərini yerinə yetirməli, problem yaranıbsa, onu qısa zamanda aradan qaldırmalıdır. Onlar təkcə gəlirləri haqqında deyil, ən azından öz nüfuzları haqqında da düşünməlidirlər. Çünki belə hallar təkcə cərimə və digər sanksiyalara gətirib çıxartmır, həm də şirkətlərin istənilən yerdə layihələrə cəlb olunma imkanlarını məhdudlaşdırır.
Bugün, 09:30
Bakıda bərbərxanada partlayış oldu-VİDEO
Bugün, 09:00
“Fənərbağça”nın prezidenti qəzaya düşdü
Dün, 18:00
İcra hakimiyyətində ixtisar - 46 nəfər işdən çıxarıldı
Dün, 17:30
Dünyanın ən təhlükəsiz ölkələri - Azərbaycan neçəncidir?
Dün, 17:00
DİM sabah imtahan keçirəcək
Dün, 16:30
Araz Ağalarov 40 illik həyat yoldaşından ayrılıb, yenidən ailə qurdu (FOTO)
Dün, 16:00
Hörmüz boğazı pullu yola çevriləcək - İran parlamenti
Dün, 12:00
Mayda 14 gün iş OLMAYACAQ
Dün, 11:30
Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı
Dün, 11:00
Bakıda qardaş qardaşı GÜLLƏLƏDİ
Dün, 10:30
İsraildə terrorçular edam ediləcək
Dün, 10:00
Mart soyqırımından 108 il ÖTÜR
Dün, 09:30
MN: Türkiyəyə raket atılmasını pisləyirik
Dün, 09:00
11 günlük tətil bitdi - Dərslər başladı
30-03-2026, 17:00
Xocalıda ağır qəza - ANAMA-nın əməkdaşı öldü
30-03-2026, 16:30
Azərbaycanlı FIFA referi beynəlxalq təyinat aldı
30-03-2026, 16:00
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul anasını balta ilə qətlə yetirdi, özü də öldü
30-03-2026, 12:00
Prezidentlə xanımı Rasim Balayevlə vida mərasiminə əklil göndərdi
30-03-2026, 11:30
Sumqayıtda mebel sexi yandı - VİDEO
30-03-2026, 11:00
"Qarabağ"ın oyununa biletlər satışa çıxarılır
30-03-2026, 10:30
İranda universitet vuruldu
30-03-2026, 10:00
Universitetlər onlayn təhsilə keçdi
30-03-2026, 09:30
Şirvanda evdə partlayış oldu-VİDEO
30-03-2026, 09:00
Rasim Balayevlə vida mərasimi olacaq - I Fəxri Xiyabanda dəfn ediləcək
28-03-2026, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
28-03-2026, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
28-03-2026, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb