Azərbaycanla Türkiyə arasında daha bir protokol təsdiqləndi

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib
Protokol bu ilin aprel ayının 29-da Türkiyənin Samsun şəhərində bağlanıb.
Protokola əsasən, Azərbaycan və Türkiyə 2020-ci il fevralın 25-də Bakıda səhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin qeyd olunmuş mallarla ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokolda qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər edəcəklər.
Əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə gömrük rüsumu göstərilib.
Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır.
Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Beləliklə, 15 növ kənd təsərrüfatı və digər Azərbaycan və türk mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir (pendir, çay, şəkər, meyvə-tərəvəz çeşidləri və s.). Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.
Qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə Respublikası ilə də preferensial ticarət Sazişi imzalanıb. Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi" 2020-ci ilin 31 may tarixində 115-VIQ nömrəli qanunla təsdiq edilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarat Sazişinə dəyişiklik haqqında Protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb. Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək. Protokola əsasən, Tərəflər əlavələrində qeyd olunmuş mallara ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokola əlavədə qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər verəcəklər. Hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə rüsumu bu əlavələrdə göstərilib. Əlavələrdə sadalanan 15 növ Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə idxal ediləcək sənaye və digər mallara preferensial ticarət rejimi çərçivəsində tətbiq ediləcək güzəştlər göstərilir. Buraya spirtli içki növləri, yarımfabrikatlar, karton malları, qablaşdırma və bükmə üçün avadanlıq, müxtəlif növ aparatura və s. kimi mallar aiddir.
Bütövlüklə, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan və Türkiyə arasında tətbiq ediləm preferensial ticarət rejimi çərçivəsində ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək. Həmçinin bu Protokol mövcud Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş müddəti Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddətə nəzərdə tutulur.
Bugün, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
Bugün, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
Bugün, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
Bugün, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
Bugün, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
Bugün, 11:00
Paşinyan konsert verir
Bugün, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
Bugün, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
Bugün, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
Dün, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
Dün, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
Dün, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
Dün, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?
Dün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Dün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Dün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Dün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Dün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Dün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Dün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
15-04-2026, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
15-04-2026, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
15-04-2026, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
15-04-2026, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
15-04-2026, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
15-04-2026, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
15-04-2026, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar