Azərbaycanda güclü palçıq vulkanı püskürdü - FOTO
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib. Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib.Bu barədə hedeftv.az-a AMEA-dan məlumat verilib.
Hadisə yerində püskürmənin miqyasını qiymətləndirmək məqsədilə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları – baş elmi işçi, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, həmçinin mühəndislər Elmar Səmədov və Orxan Mehdiyev tədqiqatlar aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən olunub ki, püskürmənin aktiv fazası qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi yaranıb.
Tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən olunub ki, yer səthinə atılan palçığın orta qalınlığı təxminən 0,9 metr, ümumi yayılma sahəsi isə 14 hektar təşkil edir. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 kubmetr həcmində qiymətləndirilir. Püskürmə hadisəsi vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət olunub, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar formalaşıb.
Bu hadisə Durandağ vulkanının 7-ci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş verib.
Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə, püskürmə nəticəsində yer səthinə çıxarılan süxur nümunələrinin laborator şəraitdə analitik tədqiqatları aparılır.
Bugün, 18:00
Gülbahar Eyvazova vəzifəsindən azad edilib
Bugün, 17:30
Sabunçuda rabitə kabelləri oğurlanlıb
Bugün, 17:00
Qusarda avtobus aşdı - Xəsarət alanlar var
Bugün, 16:30
Tibb Universitetində təmir başlayır - yarım milyon xərclənəcək
Bugün, 16:00
Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
Bugün, 12:00
Azərbaycanda faizlər endirildi
Bugün, 11:30
Kraliça orduya yazıldı
Bugün, 11:00
Bir maşının qiymətinə məzar: QR-kodlu qəbir, 3D başdaşı - Fotolar
Bugün, 10:30
İtkin kimi axtarılan gənc tapıldı
Bugün, 10:00
Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ
Bugün, 09:30
IX siniflərin buraxılış imtahanlarının tarixi AÇIQLANDI
Bugün, 09:00
Bakıda güclü külək 19 ağacı sındırıb - FOTOLAR
Dün, 18:00
Adınızın ilk hərfi həyat məqsədinizi təyin edir
Dün, 17:30
Kiberpolis haker şəbəkəsini ifşa etdi - VİDEO
Dün, 17:00
Azərbaycanda güclü palçıq vulkanı püskürdü - FOTO
Dün, 16:30
Mətbuat Şurası sosial media istifadəçilərinə ÇAĞIRIŞ ETDİ
Dün, 16:00
Borca görə döyülən "Azəriqaz" əməkdaşı: "Vur, ölsün dedilər"
Dün, 15:30
Telefonda hansı SMS və fotoları saxlamaq olmaz? - Dələduzlar onları axtarır
Dün, 12:00
Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirilib
Dün, 11:30
Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı
Dün, 11:00
İsti döşəmə əslində zərərli imiş
Dün, 10:30
"Kəpəz"in futbolçusu bıçaqlanıb
Dün, 10:00
DTX-dən əməliyyat: 4 nəfər həbs edildi
Dün, 09:30
Məktəbdə DƏHŞƏT: 9-cu sinif şagirdi müəllimə və sinif yoldaşlarına ATƏŞ AÇIDI
Dün, 09:00
Baş nazirdən icra məmurları ilə bağlı qərar - FOTO
2-02-2026, 19:00
“Qızım ya öldürülüb, ya da intihar həddinə çatdırılıb”
2-02-2026, 17:00
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə gedib - FOTOLAR