13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ

Şabran rayonunda 13 il eyni müəssisədə çalışan bir tibb işçisinin işdən azad edilməsi ilə bağlı məhkəmə qərarına hazırda Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.
Söhbət Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) əməkdaşı Vüsalə Nadir qızı Balayevadan gedir.
hedeftv.az xəbər verir ki, o, məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində işdən çıxarılmasının qanunsuz olduğunu, həm də saxtalaşdırılmış sənədlər əsasında həyata keçirildiyini yazıb.
Vüsalə Balayeva 2012-ci ildən etibarən Şabran rayon GEM-də sanitar qadın vəzifəsində çalışıb. Lakin 2025-ci ilin payızında müəssisə rəhbərliyi onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (əmək vəzifələrinin kobud pozulması) ilə xitam verib. İşçinin sözlərinə görə, bu qərar əsassız və qərəzli olub.
Apellyasiya şikayətində daha bir mühüm məsələ Həmkarlar İttifaqının razılığı ilə bağlıdır. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, həmkarlar ittifaqı üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsi üçün həmin təşkilatın qabaqcadan razılığı alınmalıdır.
Vüsalə Balayeva bildirir ki, belə bir iclas keçirilməyib. Məhkəməyə təqdim olunan protokol sonradan tərtib olunub.
46 yaşlı Vüsalə Balayeva məhkəməyə təqdim etdiyi sənədlərdə subay olduğunu və iflic vəziyyətində olan anasına təkbaşına baxdığını bildirib. Onun sözlərinə görə, işdən qanunsuz olaraq çıxarılması ailənin yeganə gəlir mənbəyindən məhrum edib. Bu səbəbdən o, məhkəmədən işə bərpa olunmasını; məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini; mənəvi zərərin kompensasiyasını tələb edir.
Şabran Rayon Məhkəməsi isə iddiaçının arqumentlərini kifayət qədər sübuta yetirilməmiş hesab edib və onun iddiasını təmin etməyib. Cavabdeh tərəf olan Gigiyena və Epidemiologiya Mərkəzi isə bildirir ki, işçi üzrsüz səbəbdən işə çıxmayıb. Xəstəliklə əlaqəli bülleten məsələsinə isə toxunmur, rəsmi sənədin sistemdən necə silinməsinin üstündən sükutla keçir.
İndi apellyasiya instansiyası xəstəlik bülletenləri ilə bağlı iddiaları, elektron sistemdən məlumatların silinməsi məsələsini və həmkarlar ittifaqının razılığı ilə bağlı prosedurları yenidən araşdırmalıdır.(musavat)
Dün, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
Dün, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
Dün, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
Dün, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Dün, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
Dün, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
Dün, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
Dün, 11:00
Sabiq icra başçısı vəfat etdi
Dün, 10:30
Corat bağlarından meyit tapıldı
Dün, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
Dün, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
Dün, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?
15-05-2026, 16:30
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
15-05-2026, 12:00
Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib
15-05-2026, 11:30
Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
15-05-2026, 11:00
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
15-05-2026, 11:00
Vado Korovinin "Space" TV-dəki kadrları işdən çıxarıldı - FOTO
15-05-2026, 10:30
Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı
15-05-2026, 10:00
Tam şəffaf olmaq üçün işimiz çoxdur - mədəniyyət naziri
15-05-2026, 09:30
Toylar Azərbaycan incəsənətini yaşadan platformadır - NAZİRDƏN AÇIQLAMA
15-05-2026, 09:00
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
14-05-2026, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
14-05-2026, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
14-05-2026, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR