XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb
Siyasət
Oxunub: 120
12 Nis 2025 | 16:09
XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb

Kommunikasiyaların açılması təklifini Ermənistan deyil, Azərbaycan tərəfi irəli sürüb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində bildirib.

C.Bayramov qeyd edib ki, kommunikasiyaların açılması məsələsi 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamədə əks olunub.

"İki ölkə arasında kommunikasiyanın açılması ilə bağlı ümumi bəyanat, həmçinin Azərbaycanın qərb sərhədlərindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid haqqında konkret qeyd mövcuddur", - XİN rəhbəri vurğulayıb.

O xatırladıb ki, hələ sovet dövründə bütün Azərbaycan ərazisini birləşdirən dəmir yolu olub: "Bu yol sovet dövründə Azərbaycan dəmir yolu sisteminin bir hissəsi idi. 2021-ci ilin yanvarında aparılan və aktiv fazası məlum olduğu kimi, 2023-cü ilə qədər davam edən danışıqlar zamanı biz vəziyyətin həlli üçün dəfələrlə təkliflər irəli sürdük".

C.Bayramovun sözlərinə görə, lakin Azərbaycanın konstruktiv yanaşmasına baxmayaraq, Bakı hər dəfə 2020-ci il razılaşmalarına əsaslanan həllər təklif edəndə, onlar şübhə altına alınırdı.
Bugün, 12:00
Mayda 14 gün iş OLMAYACAQ
Bugün, 11:30
Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı
Bugün, 11:00
Bakıda qardaş qardaşı GÜLLƏLƏDİ
Bugün, 10:30
İsraildə terrorçular edam ediləcək
Bugün, 10:00
Mart soyqırımından 108 il ÖTÜR
Bugün, 09:30
MN: Türkiyəyə raket atılmasını pisləyirik
Bugün, 09:00
11 günlük tətil bitdi - Dərslər başladı
Dün, 17:00
Xocalıda ağır qəza - ANAMA-nın əməkdaşı öldü
Dün, 16:30
Azərbaycanlı FIFA referi beynəlxalq təyinat aldı
Dün, 16:00
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul anasını balta ilə qətlə yetirdi, özü də öldü
Dün, 12:00
Prezidentlə xanımı Rasim Balayevlə vida mərasiminə əklil göndərdi
Dün, 11:30
Sumqayıtda mebel sexi yandı - VİDEO
Dün, 11:00
"Qarabağ"ın oyununa biletlər satışa çıxarılır
Dün, 10:30
İranda universitet vuruldu
Dün, 10:00
Universitetlər onlayn təhsilə keçdi
Dün, 09:30
Şirvanda evdə partlayış oldu-VİDEO
Dün, 09:00
Rasim Balayevlə vida mərasimi olacaq - I Fəxri Xiyabanda dəfn ediləcək
28-03-2026, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
28-03-2026, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
28-03-2026, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
28-03-2026, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
28-03-2026, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
28-03-2026, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
28-03-2026, 11:30
Pulu çəkən rənglər
28-03-2026, 11:00
Tribunaya Messinin adı verildi
28-03-2026, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
28-03-2026, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir