Fəda Abbasov monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı -TƏFƏRRÜAT
Siyasət
Oxunub: 30
24 Haz 2025 | 11:00
Fəda Abbasov monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı -TƏFƏRRÜAT

“Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC tərəfindən “silosluq qarğıdalı və soya toxumları”nın satın alınması məqsədilə kotirovka sorğusu metodunu tətbiq etməklə satın alınmasına dair keçirilən 111364 nömrəli müsabiqə yekunlaşmış və “Pluton Toxumçuluq” MMC qalib elan olunmuşdur. Tərəflər arasında 74.480 manat dəyərində satınalma müqaviləsinin imzalanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 20.06.2025-ci ildə dərc edilmişdir.

Qeydedək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurum olaraq ölkə ərazisində yüzminlərlə hektar torpaq sahəsinə və çoxlu sayda fermer təsərrüfatlarına sahibdi. Qurumun balansında olan yüzminlərə hektar əkinə yararlı torpaq sahələri fermerlərə və fiziki şəxslərə icarəyə verilir.

Apardığımız araşdırma nətiəsində məlum oldu ki, “Pluton Toxumçuluq” MMC bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinə tabeli Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatları Birliyi tərəfindən keçirilmiş bir kotirovka sorğusunun da qalibi olub və 24.000 manat dəyərində sifariş alıb.

Qeyd edək ki, “Pluton Toxumçuluq” MMC Kənd Təsərrüfatı Nazirliyinin toxunm istehsalçılarının regionlar və rayonlar üzrə siyahısında və Aqrar Kredit və İnkişaf Agentliyinin toxum-ting təchizatçılarının siyahısında toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərdiyi qeyd edilib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PLUTON TOXUMÇULUQ” (VÖEN- 6600118841 Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı Ərazi Vergilər İdarəsində 21.11.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının OĞUZ RAYONU, BAŞ DAŞAĞIL, qanuni təmsilçisinin isə Hacıyev Əhsən Rza oğlu olduğu göstərilir. Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin “A.Z.-F.A.T.” kimi dövlət qeydiyyatına alındığı, təsisçisinin və ilk qanuni təmilçisinin Hacıyev Afər Rza oğlu olduğu qeyd edilib.

Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-yə vergi öhdəlikləri üzrə 2013- 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Bu məlumatlardan da göründüyü kimi, “Pluton Toxumçuluq” MMC Kənd Təsərrüfatı Nazirliyi ilə daim işbirliyində olub. Maraqlıdır, sözügedən nazirlikdə bu şirkətə belə geniş şərait yaradan və MMC-nin qanuni təmsilçisi Hacıyev Afər Rza oğlu kimdir?

Qeyd edək ki, Hacıyev Afər Rza oğlu 12.10.2010-cu ildə dövlət qeydiyyatına alınmış “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin təsisçisi, 11.02.2019-cu ildə dövlət qeydiyyatına alınmış “Azərbaycan Toxumçuları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur.

Əldə etdiyimiz qeyri rəsmi məlumatlara görə “Pluton-Toxumçuluq” MMC-nin sahibi Afər Hacıyev respublikamızın şimal bölgəsində taxılçılığın demək olar ki, monopolistidir. Belə ki, Afər Hacıyevin sahibi olduğu MMC-lər hər il Oğuz, Şəki, Ağsu, Şamaxı, Hacıqabul, rayonlarında minlərlə hektar torpaq sahələrini icarəyə götürərək taxıl əkini aparır.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasovdur. 2021-ci ilin Bu ilin aprel ayında bu vəzifəyə təyin edilib. Fəda Abbasov İnam Kərimovun dövründə ASAN xidmətdə Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi işləyib. Daha sonra İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin ediləndə Fəda Abbasov da Nəzarət və Audit Şöbəsinin müdir müavini təyin edilib. 2021-ci ilin aprel ayında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib. Onun sabiq nazir İnam Kərimovun qohum olması ilə bağlı məlumatlar da yerli mətbuatda yer alıb. Qeyd edək ki, qohumu İnam Kərimovun nazir postudan getməsindən sonra Fəda Abbasov heç də arxasız qalmayıb. Hazırda Kənd Təsərrüafatı nazirinin müavini Sarvan Cəfərov onun himayədarı hesab edilir.

Elektron mediada yayılan məlumata görə Fəda Abbasovun komandasındakı şəxslərin əsas maliyyə maxinasiyaları qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini özləri üçün əkilib becərilməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Bu iddia ilə çıxış edən məlumatlı mənbə qeyd edir ki, Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasova yaxın olan şəxslər üçün əkilir. Burada Regional İdarə rəislərinin və əlaltılarınında öz payı var. Dövlət adına əkilən torpaqların gəlirlərinin böyük hissəsi də mənimsənilir.

Çox güman ki, “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC ilə “Pluton Toxumçuluq” MMC arasında olan işbirliyi də Birliyin direktoru Fəda Abbasovla monopolist Afər Hacıyev arasında olan gizli sövdələşmələrin nəticələridir. Amma satınalmalardan kənar, Afər Hacıyevin respublikamızın şimal bölgəsindəki taxılçılıq təsərrüfatlarını nəzərə alsaq, Fəda Abbasovla daha əvvəllər də, daha iri həcmli işləri birlikdə həyata keçirmələrini ehtimal etmək olar. Maraqlıdır, nazir Məcnun Məmmədovun bu işbirliyindən xəbəri varmı?

Aktualinfo.org
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT