Əliyev Qafqazın geoiqtisadi xəritəsini yenidən çəkir: Dünya nəhəngləri isə regionda “dəhliz savaşı” törətməyə çalışır
Siyasət
Oxunub: 87
15 Kas 2025 | 09:00
Əliyev Qafqazın geoiqtisadi xəritəsini yenidən çəkir: Dünya nəhəngləri isə regionda “dəhliz savaşı” törətməyə çalışır


Zəngəzur dəhlizi əslində, sadəcə, marşrut deyil, həm də Cənubi Qafqaz üçün yeni geosistem deməkdir... Bu geoiqtisadi layihə Cənubi Qafqazın gələcək onillikləri üçün önəmli “oyun dəyişdirən” faktora çevrilir...
"Yeni Müsavat xəbər verir ki, Cənubi Qafqazın geoiqtisadi xəritəsinin dəyişdirilməsində Zəngəzur dəhlizi “açar layihə” hesab olunur. Bu regionda uzun müddətdən bəri gözlənilən, ancaq davamlı olaraq, geopolitik problemlər ucbatından dəfələrlə təxirə düşən mühüm proses artıq yeni reallığa çevrilmək üzrədir. Prezident İlham Əliyevin son açıqlamasında yer alan Zəngəzur dəhlizinin ölkələr arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında həlledici rol oynayacağı barədə mesajı bu reallığın siyasi təsdiqi kimi qiymətləndirilir. Və rəsmi Bakı üçün bu, sadəcə, nəqliyyat-kommunikasiya xətti deyil, həm də Azərbaycanın geoiqtisadi arxitekturasını qlobal səviyyədə yenidən dizayn edən strateji layihə anlamı daşıyır.

Digər tərəfdən, Ermənistan rəhbərliyinin ABŞ-la müzakirə etdiyi “Tramp marşrutu”nun 49 və ya 99 illik icarə, eləcə də infrastrukturun tikinti-hüququ çərçivəsində təqdim edilməsi Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton anlaşmasının reallaşma ehtimalını ciddi şəkildə artırır. Eyni zamanda, Danimarka paytaxtı Kopenhagendə Azərbaycan və Ermənistan liderləri arasında elektrik xətləri və qaz kəmərləri üzrə aparılan fikir mübadiləsi isə regionda supergüclərin maraqlarının ciddi şəkildə toqquşa biləcəyi yeni geopolitik situasiyanın formalaşmaqda olduğunu göstərir. Və bu, o deməkdir ki, Cənubi Qafqazın yaxın gələcəkdə “dəhlizlər savaşı” məkanına çevrilə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan artıq uzun illərdən bəri Cənub Qaz Dəhlizi və Şərq-Qərb nəqliyyat-kommunikasiya xətti vasitəsilə Avropa-Asiya tranzitində özünü etibarlı tərəfdaş kimi sübut edib. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın indiki mövqeyini daha da gücləndirə bilər. Çünki bu dəhlizin açılması Türkiyə və Avropa bazarlarına çıxışı sürətləndirə, Çinin Orta Dəhliz strategiyasını daha da cəlbedici edə və Azərbaycana tranzitdən illik yüz milyonlarla dollar əlavə gəlir qazandıra bilər. Bununla yanaşı, dəhlizin paralel enerji infrastrukturu – elektrik xətləri, qaz kəmərləri, rəqəmsal fiber-layihələr regionu təkcə nəqliyyat deyil, həm də enerji inteqrasiyasının yeni mərkəzinə çevirmək gücünə malikdir. Və yüklərin daşınması ilə yanaşı, enerji və məlumat axınları da Bakı üzərindən koordinasiya edilə bilər ki, bu, Azərbaycanın regional rəqabət üstünlüyünü əhəmiyyətli dərəcədə artıracaq.

Maraqlıdır ki, bütün bunlarla yanaşı, Ermənistanın “Tramp marşrutu”nu ABŞ-a uzunmüddətli icarəyə vermək variantını müzakirə etməsi isə Ağ Evin Cənubi Qafqaza yeni qayıdışının əsas göstəricisi hesab olunur. Üstəlik, bu, regionda post-Rusiya düzəninə uyğunlaşdırılmış yeni Qərb arxitekturasının konturlarını da ortaya çıxarır. Çünki əgər, ABŞ bu layihəni strateji səviyyədə dəstəkləyərsə, Rusiya Cənubi Qafqazda regional tranzitə nəzarət imkanlarını böyük ölçüdə itirəcək, İran Zəngəzur bölgəsində Qərbin mövcudluğunu hiss edəcək, Azərbaycan-Türkiyə tandemi isə Qərb blokunun əsas tranzit tərəfdaşı kimi, daha güclü mövqeyə malik olacaq. Bu konfiqurasiya II Qarabağ savaşından sonrakı dövrün geopolitik şərtlərini artıq yenidən formalaşdıra, Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi düzən daha çox Qərb-Türkiyə-Azərbaycan üçbucağının maraqları ilə müəyyən edilə bilər.

Ancaq bu yeni situasiyanın fərqli şərtlərinin region ölkələri, eləcə də, Azərbaycan üçün müəyyən artan risklər yarada biləcəyi də qətiyyən istisna deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, tranzit əhəmiyyətinin artması Azərbaycanın üzərində risk yükünü də ciddi şəkildə artırır. Çünki Zəngəzur dəhlizi açıldıqdan sonra regiondankənar sabotaj riski, qaçaqmalçılıq və narkotik dövriyyəsi üçün yeni marşrut yaratmaq cəhdləri, hibrid əməliyyatlar və kiberhücumlar, enerji və rabitə xətlərinə qarşı təxribatlarla bağlı təhlükələr arta bilər. Ona görə də, xüsusi xidmət orqanlarının infrastruktur təhlükəsizliyində rolunun artırılması ilə bağlı çağırış məhz bu istiqamətdə dəyərləndirilir. Və rəsmi Bakı yeni dövrdə yalnız iqtisadi gücünü deyil, həm də strateji dayanıqlığını da möhkəmləndirməyə məcburdur.

Təbii ki, bütün bunlara paralel olaraq, Ermənistan üçün seçim anı qaçılmaz xarakter daşıyacaq. Yəni, rəsmi İrəvan Qərbin maraqlarını təmsil edəcəyi, yoxsa, indiki balans siyasətində israrlı olacağı ilə bağlı suallara cavab verməyə məcbur qalacaq. Çünki Paşinyan hakimiyyəti uzun müddətdir ki, “keçid dövrü diplomatiyası” aparır, bir tərəfdən Rusiya ilə məsafəni açır, digər tərəfdən isə Qərbə inteqrasiya mesajları verir. Və son vaxtlar “Tramp marşrutu” məsələsinin xüsusi olaraq, gündəmə gətirilməsi rəsmi İrəvanın ABŞ-ın siyasi və investisiya dəstəyinə hələ də ciddi şəkildə ümid bəslədiyini göstərir.

Ancaq bu proses Paşinyan hakimiyyətinə qarşı həm daxili, həm də xarici təzyiqləri gücləndirə bilər. Xüsusilə də, Rusiyanın Ermənistana qarşı mövqeyini mümkün qədər sərtləşdirə biləcəyi qətiyyən istisna deyil. Əgər, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına paralel olaraq, Qərb layihələrinə inteqrasiyanı da davam etdirərsə, bu, Ermənistanın iqtisadi təhlükəsizlik modelini əhəmiyyətli dərəcədə dəyişdirə bilər. Çünki əks halda, Ermənistanın Cənubi Qafqaz regionundakı güc balansından kənarda qalmaq riski artacaq.

Bütün bunları nəzərə aldıqda, Zəngəzur dəhlizinin reallaşmasında Azərbaycan və Ermənistan arasında imzalanmalı olan yekun sülh sazişi regionda həlledici faktor kimi ön plana çıxmağa başlayır. Çünki yekun sülh sazişinin imzalanmasından sonra Cənubi Qafqazda regional proseslər müxtəlif ssenarilər üzrə cərəyan edə bilər. Onların sırasında inkişaf və inteqrasiya ən yaxşı ssenari hesab olunur. Çünki Zəngəzur dəhlizi tam gücü ilə fəaliyyətə başladıqdan sonra Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr artacağı üçün yeni münaqişə riski də kəskin azalacaq. Nəticədə Cənubi Qafqaz Avrasiya ticarət xəttinin aparıcı qovşaqlarından birinə çevriləcək. Bu halda, Azərbaycan ən yüksək strateji dayanıqlığa malik regional aktor kimi önə çıxa bilər. Çünki siyasi sabitlik, təhlükəsizlik strukturlarının koordinasiyası və iqtisadi resursların genişliyi Azərbaycan üçün həlledici üstünlük faktorlarıdır.

Göründüyü kimi Zəngəzur dəhlizi əslində, sadəcə, marşrut deyil, həm də Cənubi Qafqaz üçün yeni geosistem deməkdir. Yəni, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək onillikləri üçün önəmli “oyun dəyişdirən” faktordur. Və belə anlaşılır ki, Zəngəzur dəhlizi artıq yaınız nəqliyyat-kommunikasiya layihəsi deyil, həm də Cənubi Qafqazın yeni geopolitik arxitekturasının yeni modelini təyin edən geoiqtisadi mexanizmdir.
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT