Bakıdan II Qareginlə bağlı Paşinyana dəstək
Siyasət
Oxunub: 94
20 Kas 2025 | 15:00
Bakıdan II Qareginlə bağlı Paşinyana dəstək



“Nikol Paşinyanın başlatdığı bütün ermənilərin katolikosu II Qaregini azad etmə prosesi Ermənistanla yanaşı, Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də biz prosesin ən qısa vaxtda yekunlaşmasını arzulayırıq”.

Bu barədə hedeftv.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, Qaregin yalnız din xadimi deyil, eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinə ən çox əngəl olan, keçmiş münaqişəni körükləyən əsas şəxslərdən biridir. Qaregin də əslində Robert Köçərayn və Serj Sərkisyan kimi revanşistlərdəndir: “Təəssüflə qeyd etmək lazımdır ki, Erməni Kilsəsi uzun illərdir əslində dini qurum funksiyasını yerinə yetirməkdən çox müharibə partiyası rolunu üzərinə götürüb, sülhü deyil, müharibəni, terroru dəstəkləyib. Qareginin rəhbərliyi altında Kilsə faktiki olaraq siyasi müxalifət rolunu oynayır. Erməni xalqının beynini zəhərləyən, ruhunu pisliyə kökləyən, sülhə qarşı təbliğat aparan da məhz Qareginin başçılıq etdiyi Kilsədir. Nikol Paşinyan Ermənistana, erməni xalqına bəlalar gətirməyə davam etməkdə qərarlı görünən, sülhə mane olan Qaregin və onun kimilərini də bu problemdən xilas olmaq üçün kənarlaşdırmaq, zərərsizləşdirmək prosesini aparır”.

Deputatın sözlərinə görə, erməni Kilsəsinin təbliğatı və təsir imkanları o dərəcədə geniş olub ki, erməni xalqının ruhi, mənəvi, psixoloji durumuna silinməsi uzun illər çəkəcək təsirlər buraxıb:
“Paşinyan Ermənistanda bu günlərdə ruhi yenilənmə prosesinin baş verməkdə olduğunu böyük sevinc ilə qeyd edib. Bu izləri qısa müddətdə təmizləmək elə də asan deyil. Qaregin və onun kimilərini uzaqlaşdırmaq bu istiqamətdə ən vacib ilkin addımdır. Paşinyanın bu prosesi uğurla başa çatdırması Azərbaycanla münasibətlərin düzəlməsi və sülh müqaviləsinin imzalanmasına da ciddi müsbət təsirini göstərəcək. Yəqin ki, Qareginin yerinə gələcək şəxs Paşinyanın istədiyi adam olacaq və erməni xalqını müharibəyə, türkəfobiyaya deyil, sülhə, tolerantlığa çağıracaq. Qareginsiz Ermənistanla sülhə nail olmaq daha asan olacaq. Bütün ermənilərin katolikosu siyasətə qarışmamalıdır”.
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir