İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə GÖRÜŞDÜ - Bir sıra tədbirlərdə iştirak etdi
Siyasət
Oxunub: 88
17 Ara 2025 | 16:30
İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə GÖRÜŞDÜ - Bir sıra tədbirlərdə iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir.

hedeftv.az xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub.

Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, "Gələcəyin Oyunları" hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. "Növbəti nəsil insanlar. Gələcəyini oyna" devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək "Gələcəyin Oyunları" turnirinə ev sahibliyi etmək hüququ qazanıb.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.


Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT