Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan, sıralarında yüzlərlə ictimai təsisatı birləşdirən Azərbaycan Milli QHT Forumu ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin azadlığa buraxılmasına dair çağırışını pisləyən Açıq Məktubla çıxış edib.
hedeftv.az xəbər verir ki, Açıq Məktubda Lemkin İnstitutunun ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh missiyasına xələl gətirmək cəhdləri təxribat kimi dəyərləndirilir. O da qeyd olunur ki, Lyusi Mirzoyan kimi etnik və dini bölücülük salan şəxslərin idarəçiliyində yer aldığı Lemkin İnstitutu Ermənistandakı revanşist qrupun maraqlarını ifadə edir, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışır. İfşa xarakterli Açıq Məktubda xüsusi vurğulanır ki, İnstitutun adını daşıdığı Rafael Lemkinin öz ailəsinin belə bu addan sui-istifadəyə görə açıq tənqidlərinə məruz qalan Lemkin İnstitutu Ermənistanda da birmənalı qarşılanmır. Məsələn, Ermənistanın Zoryan İnstitutu bu təsisatın əsassız mövqeyini dəfələrlə açıq şəkildə sorğulayıb.
Azərbaycan Milli QHT Forumu hesab edir ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutunun müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxsləri azad etməyə çağırması, ilk növbədə, təşkilatın elan etdiyi missiyaya xəyanətdir.
Milli QHT Forumu Lemkin İnstitutunu məsuliyyətli davranmağa, Azərbaycan ictimaiyyətindən üzr istəməyə dəvət edib.
Lemkin İnstitutu Açıq Məktubda göstərilən faktlara cavab verməyib.
Dün, 18:00
Hindistanda qalmaqal: Modinin tərəfdarı müsəlmanları təhqir etdi
Dün, 17:30
Avtomobil almaq istəyənlər üçün PİS XƏBƏR
Dün, 17:00
Bakıda güclü külək 34 ağacı aşırdı
Dün, 16:30
Bu ildən məzunlar attestatı onlayn alacaq
Dün, 16:00
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
Dün, 12:00
Görkəmli oftalmoloq Zərifə Əliyevanın doğum günüdür
Dün, 11:30
Ucuz işçi xəyalı puç oldu: Süni intellekt baha başa gəlir
Dün, 11:00
"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb
Dün, 10:30
Bu telefonlarda "WhatsApp" işləməyəcək — SİYAHI
Dün, 10:00
BMT-nin humanitar yardım daşıyan yük maşınına hücum etdilər
Dün, 09:30
Həyət evində yaşanların nəzərinə! — 600 manat cəriməsi var
Dün, 09:00
İsrail prezidenti Türkiyə səmasını keçə bilmədi
27-04-2026, 18:00
İsrail süni intellekt cavablarını dəyişmək istəyir – milyonluq layihə
27-04-2026, 17:30
"Artıq bəylə gəlin "Vağzalı" istəmir"
27-04-2026, 17:00
Sabiq icra başçısı vəfat etdi — FOTO
27-04-2026, 16:30
"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?
27-04-2026, 16:00
Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?
27-04-2026, 13:00
Əməkdar artist vəfat etdi
27-04-2026, 12:30
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü
27-04-2026, 12:00
Bu ölkədə qadın qatilləri ömürlük HƏBS EDİLƏCƏK
27-04-2026, 11:30
Yaşayış binalarında kombi qadağandır - Nə ilə əvəzlənəcək?
27-04-2026, 11:00
Süd BAHALAŞACAQ
27-04-2026, 10:30
Rusiya ordusunda dəhşət: hərbçilər kannibalizmə əl atıblar
27-04-2026, 10:00
Goranboyda yeniyetməni cərəyanı vuraraq öldürdü
27-04-2026, 09:30
Putin Rusiyada Əraqçi ilə görüşəcək
27-04-2026, 09:00
"Qarabağ" "Neftçi"ni məğlub edib
25-04-2026, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi