Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bakı və Abşeron rayonunda satılan mənzillərdə çoxmərtəbəli bina evlərinin satışında intensivlik davam edir. Kredit şərtləri ilə satış baha olsa da, düzgün sənədləşmə, kommunal təminat və digər zəruri hallar ödənilməsi bu mənzilləri bazarda önə çəkir. Bəzi fərdi yaşayış evlərində isə çıxarışın olmaması qiymətə əhəmiyyətli təsir edir. Əmlak eksperti Elnur Fərzəliyev hedeftv.az-a açıqlamasında bildirib ki, hər hansı əmlakın bazar dəyəri qiymətləndirilərkən ilk növbədə əmlakın yerləşdiyi torpağın bazar dəyəri nəzərə alınır. Bu ərazidən asılı olaraq fərqli məbləğ ola bilər.
Bakıətrafı ərazilərdə hazırda ən baha torpaq sahəsi Xırdalandadır. Xırdalanda çıxarışlı torpaq sahələrinin qiyməti 20 min manatdan 50 min manatadək dəyişir.
Ekspert qeyd edib ki, mənzil tikintisi üçün xərclər 1 kvadrat metrə, təxminən 600-1000 manatadək hesablanır. Bu, hər yerdə standart qiymət aralığı olaraq tətbiq edilir:
"Hal-hazırda ucuz evlər çıxarışı olmayan fərdi yaşayış evləridir. Faktiki olaraq Bakı və Abşeron ərazisində çıxarışı olmayan fərdi yaşayış evləri var. Çıxarışın olmaması torpağın qiymətini 50%-ə qədər uçuzlaşdırır. Rəsmi alqı-satqı mümkün olmadığı üçün bu kateqoriyaya aid olan mülklər etibarnamə əsasında alınıb-satılır. Riskli prosesə görə qiymət də aşağı məbləğdə müəyyən olunur. Bu tip torpaq sahələri yüz ildən artıqdır ki, yaşayış yerləri kimi olsa da, sənədləşməsi mümkün deyil".
Ekspert bu tip ərazilərə neft yataqları ərazilərini, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziləri və təhlükəsizlik zonalarını, dəmiryol xətlərinə yaxın hissələri, təsərrüfat təyinatlı torpaqları və s. aid edib. Bakı və Abşeronda yüz minlərlə belə əmlak var".
Elnur Fərzəliyev qeyd edib ki, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin sərəncamları, bağlar idarəsinin sənədləri yaşayış evinin tikilməsi üçün həlledici sənəd deyil:
"Yaranmış vəziyyətə uyğun olaraq amnitsiya tətbiq olunmalıdır. Nəticədə bu qədər tikilmiş çox sayda ev çıxarışla təmin olunar. Xarici ölkələrdə bu təcrübə var. Ötən il də Gürcüstanda tətbiq olundu. Digər tərəfdən, tam sənədləşmə imkan verəcək ki, dövlət qanuna müvafiq şəkildə torpaq və əmlak vergisi tətbiq edə bilsin. Əmlakın müvafiq sənədlərinin olmaması miras və digər bölgüləri də çətinləşdirir".
Ekspert vurğulayıb ki, baha olan ərazilər paytaxtın mərkəz hissələri, Badamdar, “Varovski” deyilən ərazi, Teymur Əliyev, Məmməd Araz və s. küçələridir. Mərkəz ərazilərdə mənzillərin 1 kvadrat metr sahəsi 4000-7000 manat aralığındadır:
"Mənzil bazarında ucuzlaşma mərkəz və mərkəzə yaxın ərazilərdə yerləşən çoxmərtəbəli binalarda sahəsi, otaq sayı çox olan mənzillərdə müşahidə olunur. Bunun səbəbi sahəsinə görə qiymətinin baha olmasıdır. Alıcı daha az xərc üçün kiçik sahəli mənzillərə üstünlük verir. Dəyəri bir milyondan baha olan müklərin alıcılıq qabiliyyəti çox aşağıdır. Bununla belə, fərdi yaşayış evləri ilə müqayisədə çox mərtəbəli bina mənzillərinə tələbat daha çoxdur. Son 4-5 ilin statistikasına əsasən satılan çıxarışlı əmlakların 60%-dən yuxarı hissəsi müxtəlif kredit şərtləri ilə satılan evlərdir. Daha dəqiq desək, ipoteka şərtləri ilə alınan mənzillər üstünlük təşkil edir".
Dün, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
Dün, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
Dün, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
Dün, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?
Dün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Dün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Dün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Dün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Dün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Dün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Dün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
15-04-2026, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
15-04-2026, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
15-04-2026, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
15-04-2026, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
15-04-2026, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
15-04-2026, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
15-04-2026, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
15-04-2026, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
15-04-2026, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
15-04-2026, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
15-04-2026, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
15-04-2026, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu