İnternat tipli gimnaziyalarda nöqsanlar aşkarlandı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhəri internat tipli gimnaziyaya və Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyaya başçəkmələr təşkil olunub.
Bu barədə hedeftv.az-a Ombdsmadan məlumat verilib.
Məlumatda qeyd edilib ki, yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edilib:
"Başçəkmələrinin keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və normalara uyğunluq vəziyyətinin öyrənilməsi olub.
Aparılmış monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar edilib.
Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun bir hissəsinin əvvəlki dövrlərdə müxtəlif sosial ehtiyaclarla əlaqədar istifadə olunması nəticəsində binanın yalnız məhdud hissəsinin şagirdlərin istifadəsinə ayrılması onların müvafiq yaşayış şəraiti ilə təmin olunmaq hüququnun tam şəkildə təmin edilmədiyini göstərir.
Bundan əlavə, yataqxana korpusunda hamam otağı nəzərdə tutulmasına baxmayaraq, həmin otağın istifadəyə yararsız vəziyyətdə olması, əsas tədris korpusunda sanitar qovşaqların çatışmazlığı müşahidə olunub. Eləcə də gigiyena normalarına əməl edilməsi və uşaqların sağlam mühitdə təhsil hüququnun təmin olunması baxımından ehtiyacları ilə bağlı vəziyyət qiymətləndirilib.
General M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil prosesinə real və effektiv inteqrasiyanı təmin edən mexanizmlərin və xüsusi inteqrasiya qruplarının yaradılmadığı müəyyən olunub. Bu vəziyyət inklüziv təhsil hüququnun tam şəkildə həyata keçirilməsinə maneə yaratmaqla yanaşı, həmin kateqoriyadan olan uşaqların bərabər imkanlardan istifadə hüququnun məhdudlaşmasına səbəb olur.
Hər iki müəssisədə aparılmış araşdırma zamanı uşaqların geyim və ayaqqabı təminatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1994-cü il tarixli 15 nömrəli Qərarı ilə müəyyən edilmiş normalara tam uyğun həyata keçirilmədiyi aşkar olunub. Belə ki, bəzi hallarda təminatın gecikdirildiyi, eləcə də nəzərdə tutulmuş say və çeşid üzrə çatışmazlıqların mövcud olduğu müəyyən edilib.
Başçəkmələrinin yekununda müəssisələrinin rəhbərliyinə aşkar edilmiş halların aradan qaldırılması, uşaqların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına tam riayət olunması, habelə inklüziv mühitin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən verilmiş tövsiyələrin icra vəziyyəti nəzarətdə saxlanılacaq, eyni zamanda, uşaqların hüquqlarının təmin olunması istiqamətində müvafiq başçəkmələrin həyata keçirilməsi davam etdiriləcəkdir.
Başçəkmələrin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət olunacaq".
Bugün, 17:30
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Bugün, 17:00
Nyu-Yorkda gərginlik: İrana görə müsəlmanlara hücumlar artır, mer həyəcan siqnalı verdi
Bugün, 16:30
İnqilabi yenilik – Lazer silah dronları göydə "yandıracaq"
Bugün, 16:00
Hörmüzdə minlərlə gəmi keçid üçün növbə gözləyir
Bugün, 12:00
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - AÇIQLAMA
Bugün, 11:30
"400 manat maaşla dolanıram, pensiya da almıram" - Babəkin "oğlu"
Bugün, 11:00
Bakıda maşında yüksək səslə mahnı dinləmək qadağandır? - Vəkil açıqladı
Bugün, 10:30
Sabiq agentlik sədri açıqladı - “Pullar Talıbova çatırdı”
Bugün, 10:00
Telefona çox baxmaq - gözləri kor edir?
Bugün, 09:30
Soyuq ayaqlar yüksək xolesterolun əsas əlaməti
Bugün, 09:00
13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ
Dün, 18:00
Prezident bu şəxsləri TƏLTİF ETDİ
Dün, 17:30
Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq
Dün, 17:00
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Dün, 16:30
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Dün, 16:00
Məktəbdə insident: Müəllim valideyni döydü
Dün, 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Dün, 11:30
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Dün, 11:00
Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
Dün, 10:30
Bulvarda dənizdə batan qız xilas edildi - VİDEO
Dün, 10:00
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Dün, 09:30
Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Dün, 09:00
Qubad sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı
9-04-2026, 18:00
Dövlət qurumlarının adından kütləvi fişinq var-AÇIQLAMA
9-04-2026, 17:30
FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu
9-04-2026, 17:00
Ağ Evdən İrana sərt mesaj: “10 bəndlik plan zibil qutusuna atıldı”
9-04-2026, 16:30
Sülh planında çat: Vaşinqton İran sənədini qəbul etmir