Azərbaycana radiasiya təhlükəsi
Araşdırma
Oxunub: 123
4 Mrt 2026 | 09:30
Azərbaycana radiasiya təhlükəsi
Ekoloq deyir ki, atom materialları əsasən yerin altında yerləşir, ona görə...
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə tənzimləmə orqanları ilə özünün insidentlər və fövqəladə hallar üzrə koordinasiya mexanizmi vasitəsilə əlaqə saxlamağa çalışsa da, ilkin mərhələdə birbaşa təmas mümkün olmayıb. Agentlik eyni zamanda İranın hər hansı nüvə obyektinin birbaşa hücuma məruz qalması ilə bağlı məlumatı təsdiqləmədiyini bildirib. Qurumun açıqlamasına görə, İranla həmsərhəd ölkələrdə radiasiya səviyyəsində artım qeydə alınmayıb. Bu isə o deməkdir ki, hazırkı mərhələdə regional miqyasda radioloji təhlükə müşahidə olunmur. Lakin ekspertlər qeyd edirlər ki, belə vəziyyətlərdə operativ məlumat axını və müstəqil monitorinq mexanizmləri xüsusi əhəmiyyət daşıyır.

İran ərazisində bir neçə əsas nüvə obyekti mövcuddur. Bunlara Buşehr Atom Elektrik Stansiyası, Natanz və Fordo zənginləşdirmə mərkəzləri, Arak ağır su reaktoru və müxtəlif tədqiqat reaktorları daxildir. Bu obyektlərin bir qismi yerin altında və ya möhkəmləndirilmiş bunkerlərdə yerləşir.

Tədqiqat reaktorlarında istifadə olunan nüvə materiallarının həcmi kiloqramlarla ölçülür. Müqayisə üçün, Çernobıl qəzası zamanı reaktorda onlarla ton nüvə yanacağı mövcud idi. Bu baxımdan, potensial hadisələrin miqyası eyni deyil. Lakin müasir müharibə şəraitində dəqiq zərbələr və dərin bunkerlərə nüfuz edə bilən sursatlar risk faktorunu tamamilə sıfırlamır.

İranın nüvə obyektləri daha əvvəl də təxribat və hücum iddialarının mərkəzində olub. 2010-cu ildə “Stuxnet” adlı kiberhücum Natanz obyektində sentrifuqalara ciddi zərər vurmuşdu. 2020 və 2021-ci illərdə Natanzda partlayış və enerji təchizatında qəza halları baş vermişdi. İran bu hadisələrin arxasında İsraili ittiham etmişdi. Bu faktlar göstərir ki, nüvə infrastrukturu artıq illərdir hibrid müharibə elementlərinin hədəfindədir.

İranın əsas strateji nüvə obyektləri ölkənin mərkəzi hissəsində yerləşir və Azərbaycan sərhədindən yüzlərlə kilometr uzaqdadır. Coğrafi məsafə birbaşa radiasiya təsiri ehtimalını azaldır. Bununla belə, külək istiqaməti, partlayışın miqyası və obyektin növü kimi amillər potensial risk qiymətləndirməsində mühüm rol oynayır.

Xəzər dənizində yosunların becərilməsini karbon qazını udmaq və çirklənmə ilə mübarizə üçün istifadə etmək olar"

Fikrət Cəfərov

Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, məsələ kifayət qədər ciddidir və İran uzun illərdir atom enerjisi istiqamətində sistemli iş aparır: “Məlumdur ki, İranın nüvə proqramı əsasən uranın zənginləşdirilməsi üzərində qurulub. Uranın tərkibində parçalanan izotopun faiz nisbəti artırılır və bu proses nəticəsində daha yüksək zənginləşmə səviyyəsi əldə olunur. Açıq mənbələrdə də qeyd olunur ki, İran son illərdə 60 faizə qədər zənginləşdirmə səviyyəsinə çatıb. 90 faiz və daha yüksək zənginləşmə isə silah səviyyəsi hesab olunur və nəzəri baxımdan atom silahının hazırlanması üçün uyğun sayılır.

Lakin İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında birbaşa nəzarət mexanizmi mövcud idi. İran nüvə obyektlərinin agentliyin müfəttişləri tərəfindən yoxlanılmasına razılıq vermişdi. 2015-ci ildə imzalanmış razılaşma çərçivəsində proqram beynəlxalq nəzarət altında saxlanılırdı. Həmin proses həm Avropa ölkələri, həm də ABŞ tərəfindən dəstəklənirdi və müəyyən mərhələdə müsbət istiqamətdə inkişaf edirdi.

Ancaq Donald Trump prezidentliyinin ilk dövründə ABŞ bu sazişdən çıxdı. Tramp o zaman bildirirdi ki, razılaşma İrana həddindən artıq imkanlar yaradır və onun nüvə proqramını tam məhdudlaşdırmır. Hazırda isə o, açıq şəkildə bəyan edir ki, heç vaxt İrana atom silahı əldə etməyə imkan verməyəcək. Bu, onun prinsipial mövqeyidir".

Ekspert qeyd edib ki, indiki mərhələdə endirilən zərbələr birbaşa nüvə obyektlərinə deyil, əsasən hərbi hədəflərə yönəlib: "Atom materialları əsasən yerin altında, xüsusi qorunan bunkerlərdə yerləşir. Bu obyektlər ciddi mühafizə olunur. Mən hesab edirəm ki, həm ABŞ, həm də İsrail rəhbərliyi anlayır ki, birbaşa nüvə obyektlərinə genişmiqyaslı zərbə endirilməsi region üçün çox böyük radioloji risk yarada bilər. Bu, təkcə İranı deyil, bütövlükdə Yaxın Şərqi, xüsusilə ərəb ölkələrini təhlükə altına salar.

Hazırkı vəziyyəti təhlil etdikdə görürük ki, radiasiya səviyyəsində artım qeydə alınmayıb və genişmiqyaslı ekoloji fəlakət əlamətləri yoxdur. Düşünmürəm ki, nə Tramp, nə də Netanyahu böyük ərazilərin radiasiya ilə çirklənməsində maraqlı olsun. Ona görə də mövcud mərhələdə radioloji riskin yüksək olduğunu düşünmürəm və bu ehtimalı aşağı qiymətləndirirəm".

Mövcud şəraitdə əsas suallardan biri də Azərbaycanın monitorinq imkanlarıdır. Ölkədə radiasiya fonu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyəti qurumların nəzarətindədir. Regional və beynəlxalq məlumat mübadiləsi mexanizmləri də mövcuddur. Lakin ekspertlər fövqəladə hallara hazırlıq planlarının vaxtaşırı yenilənməsinin və ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayırlar.

Nəticə etibarilə, hazırkı mərhələdə radiasiya artımı qeydə alınmasa da, regionda davam edən hərbi-siyasi gərginlik nüvə təhlükəsizliyi məsələsini yenidən gündəmin ön sırasına çıxarıb. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Lakin bir məqam aydındır: nüvə obyektləri ətrafında hərbi qarşıdurma riski artdıqca, beynəlxalq nəzarət mexanizmlərinin rolu və regional təhlükəsizlik məsələləri daha da aktuallaşır.
Bugün, 18:00
Moskva 3 ölkəni qisas almaqla hədələdi, həmin ölkələrdən CAVAB
Bugün, 17:30
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Bugün, 17:00
Nyu-Yorkda gərginlik: İrana görə müsəlmanlara hücumlar artır, mer həyəcan siqnalı verdi
Bugün, 16:30
İnqilabi yenilik – Lazer silah dronları göydə "yandıracaq"
Bugün, 16:00
Hörmüzdə minlərlə gəmi keçid üçün növbə gözləyir
Bugün, 12:00
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - AÇIQLAMA
Bugün, 11:30
"400 manat maaşla dolanıram, pensiya da almıram" - Babəkin "oğlu"
Bugün, 11:00
Bakıda maşında yüksək səslə mahnı dinləmək qadağandır? - Vəkil açıqladı
Bugün, 10:30
Sabiq agentlik sədri açıqladı - “Pullar Talıbova çatırdı”
Bugün, 10:00
Telefona çox baxmaq - gözləri kor edir?
Bugün, 09:30
Soyuq ayaqlar yüksək xolesterolun əsas əlaməti
Bugün, 09:00
13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ
Dün, 18:00
Prezident bu şəxsləri TƏLTİF ETDİ
Dün, 17:30
Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq
Dün, 17:00
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Dün, 16:30
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Dün, 16:00
Məktəbdə insident: Müəllim valideyni döydü
Dün, 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Dün, 11:30
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Dün, 11:00
Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
Dün, 10:30
Bulvarda dənizdə batan qız xilas edildi - VİDEO
Dün, 10:00
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Dün, 09:30
Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Dün, 09:00
Qubad sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı
9-04-2026, 18:00
Dövlət qurumlarının adından kütləvi fişinq var-AÇIQLAMA
9-04-2026, 17:30
FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu
9-04-2026, 17:00
Ağ Evdən İrana sərt mesaj: “10 bəndlik plan zibil qutusuna atıldı”