Vətəndaş nikahında aliment ödənilir?

Dünyada vətəndaş nikahı əsasında birgə yaşayan cütlüklərin sayı hər keçən gün artır. Vətəndaş nikahında yaşayanların sayı Azərbaycanda da kifayət qədərdir. Misal üçün, 2025-ci il ərzində 11 min 558 nikahdankənar uşaq doğulub. Qeyd edək ki, bu orta hesabla hər gün 32 uşağın rəsmi nikahdan kənarda doğulduğu deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 13 228 uşaq nikahdankənar dünayaya gəlib. 2023-cü ildə bu göstərici 15 622, 2022-ci ildə isə 18 814 olub.
Maraqlıdır, vətəndaş nikahında olan cütlüklər ayrıldığı zaman hansısa hüquqi məsuliyyətlər yaranırmı? Övladları olduqda onların saxlanılması, aliment məsələləri necə tənzimlənir?
hedeftv.az-a açıqlamasında vəkil Mirhüseyn Həbibli bildirib ki, son dövrlər Azərbaycanda vətəndaş nikahlarındakı artıma təsir edən faktorlardan biri də qohum evliliyinin qanunvericilik tərəfindən qadağan edilməsi ilə bağlıdır:
"Qanunvericilikdə nəzərdə tutulan qohmular ailə həyatı qura bilmir, bu səbəbdən də, vətəndaşlar, adətən, vətəndaş nikahı, yaxud dini nikah bağlamaqla ailə münasibətlərində yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən dini nikah rəsmi nikah kimi tanınmır. Qeyd etmək istərdik ki, şəxslərin rəsmi nikahdan olmayan övladları, onların rəsmi nikahdan dünyaya gələn övladları ilə eyni hüquqlara malikdirlər. Yəni rəsmi nikah olmasa belə, onların birgə övladları varsa, valideynləri onların qarşısında eyni öhdəlikləri daşıyırlar. Hər hansı öhdəlikdən rəsmi nikahın olmaması onları azad etmir. Valideynər övladlarını saxlamağa məcburdurlar. Bu, onların məsuliyyətidir. Rəsmi nikahın olub-olmaması uşaqların aliment hüquqlarını istisna etmir".
M.Həbibli qeyri-rəsmi nikahın meydana gətirə biləcəyi problemlərdən də danışıb:
"Rəsmi nikahın olmaması evlilik dövründə mal və əmlak bölgüsü zamanı qanunvericilikdə nəzərdə tutulmuş bəzi problemlər yarada bilər. Belə ki, birgə nikah dövründə əldə edilən əmlak şəxslər arasında ayrı bir hal nəzərdə tutulmayıbsa, bərabər formada bölünür. Lakin rəsmi nikahın olmaması bu kimi hüquqlardan ər və arvadı məhrum edə bilər".
Vəkil Mirhüseyn Həbibi suala cavabında deyib: “Əgər uşağın atası barədə mübahisə yoxdursa, yəni doğum haqqında şəhadətində atanın adı yazılıbsa, heç bir problem yoxdur. Uşaq kimdə qalırsa, aliment üçün müraciət edə bilər. Ata uşağı qəbul etmirsə, bu zaman ana atanın müəyyən olunması üçün məhkəməyə müraciət etməli, atalıq tanındıqdan sonra alimentlə bağlı iddia qaldıra bilər”.
Bugün, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
Bugün, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
Bugün, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
Bugün, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
Bugün, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
Bugün, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
Bugün, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
Bugün, 11:00
Paşinyan konsert verir
Bugün, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
Bugün, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
Bugün, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
Dün, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
Dün, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
Dün, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
Dün, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?
Dün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Dün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Dün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Dün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Dün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Dün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Dün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
15-04-2026, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
15-04-2026, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
15-04-2026, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
15-04-2026, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
15-04-2026, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı