Epşteynin on yeni qurbanı - Nəhəng material bazası araşdırılır

Fransa hakimiyyəti qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin Parisdəki mənzili ilə bağlı araşdırmanı bərpa etdikdən sonra onun Fransadakı cinayətlərinin yeni qurbanları barədə məlumatlar əldə edib.
hedeftv.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekko "RTL" radiostansiyasının efirində bəyanat verib.
Onun sözlərinə görə, ABŞ-də "Epşteyn sənədləri" dərc olunduqdan sonra prokurorluq zərərçəkmiş ola biləcək şəxsləri əlaqə saxlamağa və ifadə verməyə çağırıb. İlin əvvəlindən bəri 20-dən çox insan bu çağırışa cavab verib.
"Onlardan bəziləri digər işlərdən bizə artıq tanış idi... lakin biz əvvəllər heç tanımadığımız təxminən 10 nəfər yeni qurbanı da müəyyən etdik", – deyə Bekko bildirib.
Prokuror qeyd edib ki, hazırda Paris prokurorluğu daxil olan məlumatları yoxlayır və o cümlədən xaricdə yaşayan şəxslərin ifadələrini toplayır. Bundan sonra hüquq-mühafizə orqanları şübhəlilərin dindirilməsinə və toplanmış sübutların təhlilinə başlamağı planlaşdırır.
Fransız müstəntiqlər Epşteyn işi üzrə təxminən 1,5 milyon sənəddən ibarət nəhəng material bazasını araşdırırlar. Onlar maliyyəçinin Fransadakı mümkün vasitəçilərini – qurbanların tapılmasında və onun şəxsi adasına göndərilməsində əli olan şəxsləri müəyyənləşdirməyə çalışırlar.
Ceffri Epşteyn 2002–2005-ci illər ərzində onlarla azyaşlı qızın Nyu-Yorkun Manhetten rayonundakı evinə və öz şəxsi adasına gəlişini təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən edib ki, dəvət olunanlar arasında ən kiçik qızın 14 yaşı olub. 2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.(publika)
Bugün, 18:00
Adam "heç nə" satdı, 18 min dollar qazandı
Bugün, 17:30
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
Bugün, 17:00
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Bugün, 16:30
Epşteynin on yeni qurbanı - Nəhəng material bazası araşdırılır
Bugün, 16:00
“Maşın” şou yenidən başlayır
Bugün, 12:00
Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir
Bugün, 11:30
Kapitalizmin psixologiyaya təsirləri: Niyə daim tükənmiş hiss edirik?
Bugün, 11:00
Tanınmış jurnalist həbs edildi
Bugün, 10:30
WUF13: Azərbaycanla BMT mətbuata birgə açıqlama verir
Bugün, 10:00
Aviaşouda qırıcılar toqquşdu
Bugün, 09:30
Məktəblərdə tətil başlayır
Bugün, 09:00
Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
16-05-2026, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
16-05-2026, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
16-05-2026, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
16-05-2026, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
16-05-2026, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
16-05-2026, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
16-05-2026, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
16-05-2026, 11:00
Sabiq icra başçısı vəfat etdi
16-05-2026, 10:30
Corat bağlarından meyit tapıldı
16-05-2026, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
16-05-2026, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
16-05-2026, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?