Bu rayonlar LƏĞV EDİLƏ BİLƏR - Hökumətə ÇAĞIRIŞ
Bölgə
Oxunub: 66
29 Kas 2025 | 10:00
Bu rayonlar LƏĞV EDİLƏ BİLƏR - Hökumətə ÇAĞIRIŞ

İqtisadçı deyir ki, ölkədə bu qədər kiçik inzibati ərazi vahidlərinin olmasına ehtiyac qalmayıb
Azərbaycan parlamentində 2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılır. Ekspertlər tərəfindən “qənaət büdcəsi” adlandırılan sənəd artıq birinci oxunuşda qəbul edilib. Büdcə layihəsini şərh edən ekspertlər deyir ki, neft gəlirlərinin azalması fonunda dövlət xərclərinə daha sərt nəzarət ehtiyacı yaranıb.

Bu mövzuda hedeftv.az geniş təhlil yazıb. Bildirilir ki, son aylarda mətbuatda oxşar funksiyalı dövlət qurumlarının birləşdirilməsi, paralel strukturların ləğvi barədə müzakirələr davam edir. İqtisadçılar isə hesab edirlər ki, yalnız mərkəzi icra hakimiyyəti orqanlarının xərclərini azaltmaq kifayət etməyə bilər, buna görə yerlərdə dövlət aparatının struktur olaraq yenilənməsi qaçılmaz görünür. Müzakirələrin ən diqqətçəkən istiqamətlərindən biri isə rayonların optimallaşdırılmasıdır. Azərbaycanın inzibati-ərazi bölgüsü əsasən sovet dövründə formalaşıb və həmin dövrün siyasi idarəçilik fəlsəfəsinə uyğun şəkildə dizayn edilib.

Bəzi rayonların bu gün də çox kiçik ərazi və əhali vahidlərindən ibarət olması, müasir sosial-iqtisadi reallıqlara cavab verməməsi artıq sistemli problem kimi görünür. İşğaldan azad edilmiş bölgələrdə yeni strukturların yaradılması müqayisədə və nəticəlilik etibarilə daha effektiv görünür. İqtisadi, demoqrafik və infrastruktur baxımından biri-birindən kəskin fərqlənən bu bölgülər hazırda idarəetməni çətinləşdirir və xərc yükünü artırır.

Kiçik rayonların saxlanılması dövlət üçün daha çox maliyyə tələb edir. Əhalisi 20-25 min nəfər olan və bəzən bundan da az əhalisi olan rayonlarda ümumi idarətmə üçün səf olunan maliyyə, eləcə də ayrı-ayrı xəstəxana, məktəb, sosial xidmət mərkəzi və kommunal infrastrukturun saxlanılması ciddi xərc yaradır.

Qeyd edək ki, hazırda Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu var. Təhlillər göstərir ki, ərazicə nisbətən kiçik ölkə üçün bu qədər inzibati-ərazi vahidi həddindən artıqdır. Bir çox rayon əhalisi 50-70 min nəfər arasındadır, bəziləri daha azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Xızı rayonunda 16.8 min nəfər, Daşkəsən rayonunda 33.4 min nəfər, Siyəzən rayonunda 42 min nəfər, Oğuz rayonunda 48 min nəfər, Zərdab rayonunda 60 min nəfər insan yaşayır.

Naxçıvan Muxtar Respublikasında da bəzi rayonların əhali sayı 30 min nəfərdən aşağıdır. Hazırda səsləndirilən təkliflər arasında rayonların sayının 64-dən təxminən 50-yə endirilməsi yer alır. Daha kəskin yanaşmaya görə, inzibati bölgü 40-45 rayona qədər azaldıla bilər.

Rayonların azaldılması və birləşdirilməsi mümkündürmü, büdcəyə nə kimi faydası ola bilər?

Bəziləri belə hesab edir ki, rayonların sayının azaldılması və ya birləşdirilməsi yalnız üstünlüklər deyil, həm də müəyyən risklər və mənfi nəticələrə səbəb ola bilər. İlk növbədə, bu proses yerli idarəetmədən əhalinin uzaqlaşmasına, dövlət xidmətlərinə çıxışın çətinləşməsinə səbəb ola bilər. Xüsusilə yaşlılar, aztəminatlı ailələr və ucqar kəndlərdə yaşayan insanlar üçün dövlət qurumlarına müraciət etmək daha çətin hala gələ bilər. Bu isə bəzi xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər.

Azərbaycanda bu rayon ləğv olunur? - Hazırlıqlar başladı

Böyük inzibati vahidlərdə lokal problemlər diqqətdən kənarda qala bilər. Kiçik rayonlarda yerli idarəetmə daha operativ idi, lakin rayonlar birləşdirildikdə kiçik yaşayış məntəqələrinin ehtiyacları arxa plana keçə bilər. Bu isə müəyyən bölgələrdə sosial narazılıqlar yarada bilər. Digər mənfi tərəf işsizlik qeyd edilir. Rayonların ləğvi onların idarəetmə aparatlarında, təhsil, səhiyyə, sosial xidmət və digər sahələrdə çalışan yüzlərlə insanın iş yerini itirməsi ilə nəticələnə bilər. Bu, həm sosial gərginlik, həm də yerli iqtisadi aktivliyin azalması ilə müşayiət oluna bilər. Rayonlar identiklik baxımından da əhəmiyyətlidir və bəzi bölgələr öz inzibati statusunun itirilməsini mənfi qarşılayaraq psixoloji narahatlıq keçirə bilər.

İnzibati bölgünün dəyişdirilməsi infrastrukturun yenidən qurulmasını, binaların dəyişdirilməsini, idarəetmə sistemlərinin uyğunlaşdırılmasını tələb edir ki, bu da qısamüddətli dövrdə əlavə maliyyə yükü yaradır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, nəzərdə tutulan büdcə qənaəti gözlənilən səviyyədə olmaya bilər. Böyük rayonlarda idarəetmə yükü artdığından yeni struktur bölmələrinin yaradılması, xidmət mərkəzlərinin qurulması kimi proseslər əksinə xərcləri yüksəldə bilər.

Coğrafi şərait də mühüm rol oynayır. Dağlıq və çətin keçilən ərazilərin bir inzibati vahidə salınması xidmətlərin göstərilməsini çətinləşdirə, fövqəladə hallarda reaksiyanın gecikməsinə səbəb ola bilər. Bu isə xüsusilə relyefi mürəkkəb olan bölgələr üçün ciddi problemlər yarada bilər. Rayon mərkəzlərinin dəyişdirilməsi yerli biznesə də təsirsiz ötüşməz. Dövlət qurumlarının fəaliyyəti ətrafında formalaşan kiçik sahibkarlıq subyektlərinin gəlirləri azala, bəzi fəaliyyət sahələri tamamilə dayanmağa məcbur ola bilər.

Rayonların sayının azaldılması eyni zamanda demokratik təmsilçiliyin zəifləməsinə gətirə bilər. Bələdiyyələrin və yerli nümayəndəliklərin azalması əhalinin yerli qərarlara təsir imkanlarını məhdudlaşdırır. Nəhayət, böyük rayonlarda idarəetmə yükünün çoxalması qərarların operativliyini azalda və nəzarət mexanizmlərini zəiflədə bilər. Bütün bunlar göstərir ki, rayonların sayının azaldılması düzgün planlaşdırılmadığı təqdirdə həm sosial, həm iqtisadi, həm də idarəetmə baxımından ciddi çətinliklər yarada bilər. Bəs nələr edilməlidir?

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, rayonların sayının azaldılması və birləşdirilməsi büdcə məntiqinə deyil, strateji qərarlara söykənməlidir: “İdarəetmənin də optimallaşdırılmasına əsaslanmalıdır. Biz uzun müddətdir təklif edirik ki, Azərbaycanın inzibati-ərazi bölgüsü dəyişdirilsin. Artıq buna ciddi ehtiyac yaranıb. Hərbi qələbəmizdən, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra bu zərurət daha da aktuallaşıb. Azərbaycan Prezidentinin qərarı ilə 14 iqtisadi rayon yaradılıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan da daxil olmaqla, bu ərazilər inzibati rayon kimi formalaşdırılmalıdır. Ölkədə bu qədər kiçik inzibati ərazi vahidlərinin olmasına ehtiyac qalmayıb. Bunun üçün Konstitusiya islahatları tələb olunur. Bu məntiqlə addımlar atılsa, daha yaxşı olar. Təbii ki, bu, büdcə xərclərinin azalmasına, idarəetmənin keyfiyyətinin yüksəlməsinə və idarəçiliyin daha insanyönümlü olmasına da gətirib çıxarar”.
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?