Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Dünya
Oxunub: 79
10 Nis 2026 | 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Rusiyada xəstəxanalarda tibb işçiləri üçün yeni geyim qaydaları tətbiq olunur.

hedeftv.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tövsiyələrə əsasən, artıq xəstəxanalarda işçiləri geyimlərinin rənginə görə fərqləndirmək mümkün olacaq.

Yeni qaydalara görə, ümumilikdə 6 rəngdən ibarət sistem müəyyən edilib. Belə ki, bənövşəyi rəng rəhbərlik üçün, tünd yaşıl həkimlər üçün, açıq yaşıl orta tibb personalı üçün, lavanda rəngi kiçik tibb personalı üçün, göy inzibati işçilər üçün, boz isə İT mütəxəssisləri və təsərrüfat xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Bildirilib ki, bu sistem pasiyentlərin xəstəxanada kimlə ünsiyyətdə olduqlarını daha asan müəyyən etməsinə kömək edəcək və ümumi nizam-intizamı artıracaq.

Bununla yanaşı, tibb işçilərinin ayaqqabıları ilə bağlı da yeni tələblər müəyyənləşdirilib. Tövsiyələrə əsasən, ayaqqabıların altlığı elastik, sürüşməyə qarşı relyefli və 2-3 santimetr qalınlığında olmalıdır. Bu isə həm təhlükəsizliyi artırmaq, həm də uzun müddət ayaq üstə çalışan personalın yorğunluğunu azaltmaq məqsədi daşıyır.
Bugün, 17:00
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Bugün, 16:30
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Bugün, 16:00
Məktəbdə insident: Müəllim valideyni döydü
Bugün, 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Bugün, 11:30
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Bugün, 11:00
Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
Bugün, 10:30
Bulvarda dənizdə batan qız xilas edildi - VİDEO
Bugün, 10:00
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Bugün, 09:30
Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Bugün, 09:00
Qubad sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı
Dün, 18:00
Dövlət qurumlarının adından kütləvi fişinq var-AÇIQLAMA
Dün, 17:30
FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu
Dün, 17:00
Ağ Evdən İrana sərt mesaj: “10 bəndlik plan zibil qutusuna atıldı”
Dün, 16:30
Sülh planında çat: Vaşinqton İran sənədini qəbul etmir
Dün, 16:00
Qardaş ölkədə sel fəlakəti - fotolar
Dün, 14:00
Azərbaycanda kişilər arvadının soyadını götürür - Say açıqlandı
Dün, 12:00
Avtobus dayanacağında yatdı, 680 manat pulu oğurlandı
Dün, 11:30
Tramp İsrailə haqq qazandırdı
Dün, 11:00
Bakıda QƏRİBƏ OLAY: Məhkəmədən həbs olunmasını istədi
Dün, 10:30
Qalib Qasımov vəzifəsindən azad edildi
Dün, 10:00
Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni qayda
Dün, 09:30
Aramsız yağışlar Türkiyə və Dağıstanda həyatı iflic etdi
Dün, 09:00
Ana uşaqlarını dilənçilik üçün 1000 dollara satdı
8-04-2026, 18:00
Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi
8-04-2026, 17:30
ABŞ - İran müharibəsi DAYANDIRILDI
8-04-2026, 17:00
İşdən çıxarılan 44 nəfər əvvəlki vəzifələrinə bərpa olundu
8-04-2026, 16:30
İranın raket zərbələrində kəskin dəqiqlik artımı: Rusiya izi?