Bir qrup xarici QHT nümayəndəsi Ermənistan hökumətini təxribatları dayandırmağa çağırdı

Bir sıra vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etmək məqsədilə müştərək bəyanat yayıblar.
Bəyanatda deyilir:
“Çoxmillətli ölkə olan Azərbaycan öz ərazisində yaşayan ermənilərin və digər etnik azlıqların bərabər hüquqlar çərçivəsində, dinc şəkildə yaşaya və işləyə bilməsi üçün əlverişli mühit yaradır. Azərbaycan Respublikasının Konstitusiyası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar şamil edir. Azərbaycan öz Konstitusiyasına, qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyini də təmin edəcəkdir.
Ermənistanın bir sıra məmurları tibbi evakuasiya üçün funksional olan Laçın yolu haqqında siyasi manipulyasiya və spekulyasiya yaratmağa çalışırlar. Bu iddialar tamamilə əsassızdır və təkzib edirik.
Əvvəla, Laçın yolu Azərbaycanın suveren əraziləri daxilində yerləşir. Azərbaycan öz suveren hüququndan istifadə edərək, dövlət sərhədində, Laçında nəzarət-buraxılış məntəqəsi yaradıb ki, bu da Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlər, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları tərəfindən də istifadə olunur. Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistanın tələbini rədd etməklə yanaşı, Azərbaycanın sərhəddə keçid məntəqəsinin yaradılması ilə bağlı addımının suveren və qanuni qərar olduğunu bir daha təsdiqləyib.
Azərbaycan tərəfinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Avropa Şurasının Prezidenti cənab Şarl Mişel də bu yaxınlarda Ağdam-Xankəndi yolunun istifadəsini dəstəklədi. Beynəlxalq Qırmızı Xaç Komitəsi də humanitar yardım üçün çox əlverişli və işlək olan bu yoldan istifadə etməyə hazırdır. Ağdam-Xankəndi yolu hər növ yüklərin daşınması üçün tam işlək vəziyyətdədir. Amma qanunsuz rejimin qalıqları Qarabağda sadə erməniləri girov götürür və bu yoldan istifadə etməkdən imtina edirlər.
Humanitar böhran iddiaları, Ermənistanın və qanunsuz rejimin qalıqlarının provokasiyaları yalnız siyasi tamaşadan ibarətdir. Ermənistan Qarabağdakı ermənilərin gündəlik ehtiyaclarının Azərbaycan hökuməti vasitəsilə asanlıqla həllinə mane olmaqla reinteqrasiya prosesini əngəlləyir.
Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan blokada yaratmır; əksinə, yardım təklif edir. Lakin qeyri-qanuni rejimin qalıqlarının təxribatları humanitar yardımdan imtina deməkdir.
Bu, həmin Ermənistan tərəfidir ki, 30 ildən artıqdır Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır. Bu blokada Naxçıvanın Azərbaycanın digər hissəsi ilə quru əlaqəsinə mane olur, insanların və malların gediş-gəlişini əngəlləyir. Davam edən blokada Naxçıvan əhalisinə, onların iqtisadi fəaliyyətlərinə, zəruri xidmətlərə çıxışına və öz ölkəsi daxilində hərəkət azadlığına ciddi təsir göstərir.
Ermənistan rəhbərliyi və qanunsuz rejimin qalıqları Qarabağ bölgəsinin erməni sakinlərinə təzyiq göstərir, öz siyasi məqsədlərinə çatmaq və reinteqrasiyaya qəsdən mane olmaq üçün onlar yerli sakinləri girov kimi istismar edirlər. Reinteqrasiya məqsədilə Azərbaycan yerli ermənilərlə fəal şəkildə əlaqə yaradır. Bu məqsədlə Azərbaycandan təmsilçi qismində məsul şəxs təyin edilib. Lakin Ermənistan tərəfi danışıqlarda irəliləyişə mane olub və ilk görüşdən sonra aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək təmasları davam etdirmək üçün Bakıya gəlməkdən imtina edib.
Azərbaycan Qarabağda su təchizatı, nəqliyyat və elektrik təchizatı ilə bağlı problemləri həll etmək üçün ixtisaslı şirkətləri cəlb etməklə uğurlu layihələr həyata keçirib. 2020-ci il müharibəsinin ardınca Azərbaycan yerli ermənilərin də istifadə etdiyi yeni, müasir tələblərə cavab verən Laçın yolunu çəkdi. Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası eyni zamanda onların yaşayış standartlarını da yüksəldəcəkdir.
Qeyd edək ki, azərbaycanlılar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən, məsələn, Xocalı, Xankəndi, Şuşanın kəndlərindən 30 il əvvəl qovulublar. Azərbaycanlı keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması ermənilərin tez-tez istinad etdiyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 7-ci maddəsində açıq şəkildə göstərilib. Azərbaycan öz keçmiş məcburi köçkünlərinin dinc, ləyaqətli və təhlükəsiz şəkildə öz yurd yerlərinə qayıtmasını təmin edəcək.
Biz Ermənistan hökumətini təxribatları dayandırmağa çağırırıq, çünki onlar Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına mane olur və regionda sülh və təhlükəsizliyə nail olmaq üçün süni maneələr yaradırlar.
Biz beynəlxalq təşkilatlara müraciət edirik ki, adekvat reaksiya versinlər və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesini dəstəkləsinlər”.
İmzalar:
1. Erlina Burhan, Professional Koalisiya Təşkilatı, İndoneziya
2. Ridivani Sadiki, Kənd Yerlərinin İnkişafı Naminə Vətəndaş Şəbəkəsi, Keniya
3. Pərvanə Vəliyeva, Miqrasiya və Sağlamlıq üzrə Regional Ekspert qrupu, Azərbaycan
4. Violet Vasonga, Nyando Sosial Ədalət Təşkilatı, Keniya
5. Patsi Stillo, “Partners in Health” təşkilatı, Amerika Birləşmiş Ştatları
6. Çarlz Qvist, “Carepal” Fondu, Qana
7. Peter Oviti, “Vot” Gəncliyin İnkişafı Layihələri Təşkilatı, Keniya
8. Mahmud Husain, Beynəlxalq İnsan Hüquqları Komissiyasının fəalı, Hindistan
9. Eliud Emeri, Turkana Bio Aloe Təşkilatı (TUBAE), Keniya
10. Zişan Əhməd, ictimai fəal, Pakistan
11. Haşim Əbdül Halim, Qərbi Benqal Hökumətinin Səhiyyə və Ailə Rifahı Departamenti, Hindistan
12. Piter Musyoka, “Twene Mbee” Şəbəkəsi və İnkişaf Qrupu, Keniya
13. Məryəm Daneş, ictimai fəal, Amerika Birləşmiş Ştatları
14. Elyud İdoket, “Grassroots” Təşkilatları Konsorsiumu, Keniya
15. Fred Vanyonyi, REDO təşkilatı, Keniya.
Dün, 19:13
Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Dün, 17:25
Bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin edilib - SİYAHI
Dün, 16:58
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
28-10-2025, 19:38
Azərbaycanlı iş adamı Şəmsi Səmədzadə: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 30 illik həsrətə son qoydu. Zəfər sənindi, Azərbaycan”
28-10-2025, 19:10
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
28-10-2025, 17:59
Azərbaycan Prezidenti: Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir
28-10-2025, 17:26
Sabah Qaraçuxur qəsəbəsində qaz olmayacaq
28-10-2025, 16:15
BƏƏ Federal Milli Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
28-10-2025, 15:51
Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub
28-10-2025, 15:18
Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
28-10-2025, 14:12
Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib
28-10-2025, 13:38
Zelenski: Avropa İttifaqı Ukraynaya 2–3 il dəstək verməyi planlaşdırır
28-10-2025, 13:04
İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib
27-10-2025, 19:18
Sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxunub
27-10-2025, 18:06
Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
27-10-2025, 17:27
Gələn ildən elektrik və hibrid mühərrikli avtomobillərin qiyməti necə dəyişəcək? - ARAŞDIRMA
27-10-2025, 16:40
Azərbaycan İordaniyaya yeni səfir təyin edib
27-10-2025, 16:02
Emin Əmrullayev: Qızların yuxarı siniflərdə təhsil göstəricilərinin azalması qadağalarla üzləşmələri ilə bağlıdır
27-10-2025, 14:44
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub
27-10-2025, 13:02
Sabahın hava proqnozu açıqlanıb
27-10-2025, 12:34
Poliklinikalarda elektron növbə sistemi bütün ölkəni əhatə edəcək
27-10-2025, 11:44
TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq
27-10-2025, 11:02
Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşəcək
27-10-2025, 10:24
Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var
27-10-2025, 09:55
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq
27-10-2025, 09:17
Maaşlarımızdan bu qədər vergi tutulacaq
25-10-2025, 16:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib