Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?


Son vaxtlara qədər yararsız “köhnə əşya” sayılan smartfonlar gözlənilmədən bahalaşıb. Söhbət nadir kolleksiya modellərindən deyil, istifadəçilərin evində istifadəsiz qalan adi cihazlardan gedir.
hedeftv.az xəbər verir ki, bu artımın əsas səbəbi müəyyən komponentlərin, xüsusilə də operativ yaddaşın qlobal çatışmazlığıdır. Yarımkeçirici istehsalçıları diqqəti daha çox süni intellekt texnologiyalarına yönəltdiyindən, mobil cihazlar üçün yaddaş istehsalı azalıb. Bu vəziyyətdə artıq mövcud olan yaddaş komponentlərinə o cümlədən köhnə smartfonların içindəki hissələrə tələbat kəskin şəkildə artıb. Nəticədə bu cihazlar istifadə üçün deyil, ehtiyat hissələri üçün sökülmək məqsədilə kütləvi şəkildə alınmağa başlanıb.
Elektronika təkrar emalı ilə məşğul olan şirkətlər köhnə telefonlardan ən dəyərli komponentləri, xüsusilə yaddaş modullarını çıxararaq onları yenidən istifadə edirlər. Bu isə köhnə cihazları gözlənilmədən gəlirli edib. Məlumatlara görə, hazırda bir köhnə smartfondan əldə edilən komponentlərin dəyəri əvvəlki ilə müqayisədə 5–6 dəfə artıb. Xüsusilə böyük yaddaşa malik modellər daha çox qiymətləndirilir.
Məsələn, bəzi Xiaomi və Poco modelləri yalnız hissələrinin təkrar emalı hesabına 60-70 dollar gəlir gətirə bilər. Bu tendensiya ən çox Çində müşahidə olunur, çünki burada hər il milyonlarla cihaz istifadədən çıxarılır. Mütəxəssislər həmçinin xəbərdarlıq edir: köhnə telefonu satmazdan və ya təhvil verməzdən əvvəl şəxsi məlumatları tam silmək vacibdir ki, məlumat sızması riski yaranmasın.(lent.az)
Bugün, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
Bugün, 11:30
Bel ağrısı təhlükəlidir
Bugün, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
Bugün, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
Bugün, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
Bugün, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
Bugün, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Dün, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
Dün, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
Dün, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
Dün, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Dün, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
Dün, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Dün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Dün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Dün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Dün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Dün, 09:30
Sahil Babayev yenidən seçildi
Dün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
23-04-2026, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
23-04-2026, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
23-04-2026, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
23-04-2026, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
23-04-2026, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
23-04-2026, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
23-04-2026, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
23-04-2026, 11:00
10 gün dərs olmayacaq - Tarixlər