Bu halda hüquqi şəxs yaratmayın - Vergi Xidmətindən ÇAĞIRIŞ
Gündəm / Sosial
Oxunub: 126
3 Ağu 2023 | 17:06
Bu halda hüquqi şəxs yaratmayın - Vergi Xidmətindən ÇAĞIRIŞ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarını sahibkarlıq niyyəti olmadan hüquqi şəxslər təsis etməməyə çağırıb.

Qurum bəyan edib ki, adına təsis edilmiş müəssisələrin təsis sənədlərini və yaxud vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), həmçinin elektron imzasını başqa şəxslərə verənlər vergidən yayınma sxemləri ilə cinayətkar fəaliyyət həyata keçirən şəxslərə şərait yaratmış olur və bu halda gələcəkdə yaranacaq vergi öhdəliklərinə görə məsuliyyət daşıyacaq.

"Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatındakı bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayındırılmış müəssisələrin direktorlarının, təsisiçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib. Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar.

Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatları həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.

Dövlət Vergi Xidməti belə hallarla mütəmadi mübarizə aparır və vətəndaşları aldadan şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb edir. Bu istiqamətdə mübarizənin səmərəliliyinin artırılması üçün vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyətə malikdir. Odur ki, vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamağı (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və qeyd edilən şəxslərin vədlərinə inanmamağı tövsiyə edirik", - deyə müraciətdə qeyd olunub.
Bugün, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bugün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Bugün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Bugün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Bugün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Bugün, 09:30
Sahil Babayev yenidən seçildi
Bugün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
Dün, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
Dün, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
Dün, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
Dün, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
Dün, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Dün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Dün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Dün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Dün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Dün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Dün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Dün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
22-04-2026, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
22-04-2026, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
22-04-2026, 17:00
Hamlet Musayevin qızı həbs edildi
22-04-2026, 16:30
Prezervativlər 30% bahalaşır
22-04-2026, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
22-04-2026, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
22-04-2026, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
22-04-2026, 11:00
Vətəndaşın fəryadı: Evini banka verdi, indi isə torpağını da əlindən almaq istəyirlər?