Kamal Bağırov hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi iş adamıdır
Gündəm / Sosial / Video
Oxunub: 314
29 Eyl 2023 | 08:33
Kamal Bağırov hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi iş adamıdır

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir və bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, qeyd olunan göstəriciləri özlərində cəmləşdirən vətən övladları hər tarixi dönəmdə vətəndaşı olduğu dövlətin gələcəyini, inkişaf istiqamətlərini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə həmin övladların üzərinə xüsusi missiyalar düşüb və onlar təmsil etdikləri ölkələrinə sanballı töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar.

Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər müsbət göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətənin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilənlər olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də, 20 oktyabr 1958-ci ildə Sabirabad rayonunun Balvar kəndində anadan olan Kamal Qoçu oğlu Bağırovdur. Bu şəxs 1976-cı ildə Gəncədə İnşaat Texnikomuna (indiki Gəncə Texniki Kolleci) daxil olur və iki il hərbi xidmətdə olduqdan sonra, 1981-ci ildə orta ixtisas təhsilini uğurla başa vurur. 2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kamal Bağırovun hal-hazırda üç övladı və altı nəvəsi var. Qeyd edək ki, indiyə kimi bu şəxsin xeyirxah əməllərinin, atdığı addımlarının, verdiyi dəyərli məsləhətlərinin, insanlara qarşı münasibətinin və s. əhəmiyyətini hər kəs görüb, lazımınca da dəyərləndirib. Əslinə baxsan, Kamal Bağırova qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, bu şəxsə göstərilən hörmət və ehtiramın nəticəsidir.

Ümumiyyətlə, Kamal Bağırovun xarakterik xüsusiyyətinin, yüksək insani keyfiyyətinin varlığı onu göstərir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti, çox böyük hörməti var. Düzdür, hər bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuz sahibi olan insanlar var. Amma, onu etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onların hər biri hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərdən bəziləri sahib olduqları və milyonlarla dəyərləndirilən var– dövlətlərini çox zaman şəxsi məqsədlərinin həllinə yönəldirlər. Belə insanlardan tamamilə fərqlənən Kamal Bağırov isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan Vətən oğludur. Əslində bu şəxs əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, “sönməz məşəldir”. Unutmaq olmaz ki, bir sahibkar olaraq Kamal Bağırovun fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyəti tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Kamal Bağırovun qürurlu adı ilə öyünür, bu şəxslə iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə kimi xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi bir şəxsdir. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından olan Kamal Bağırovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Kamal Bağırovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Kamal Bağırov iş adamı olsa da, o, bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə və s. müəyyən köməkliyini göstərmişdir. Bəli, bu şəxs şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğısını yenə də davam etdirməkdədir.

O halın varlığını da qeyd edək ki, bir sahibkar olaraq Kamal Bağırovun bugünədək əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurlardır. Bəli, bu günün özü də bir tarixdir. Əgər hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan şəxs öz xalqı, dövləti üçün çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli həmin şəxsin adı bugünkü tariximizə yazılacaq və illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq, xalqının sevgi hissini qazanmağı bacaracaq. Faktdır ki, Kamal Bağırov da belə şəxslərdən biridir. İnanırıq ki, bu şəxsin fəaliyyətinə bu gün olduğu kimi, məhz gələcəkdə də xalq lazım olduğu qiyməti verəcək, ən yüksək səviyyədə dəyərləndirəcək.

Şahin ORUCOV
Dün, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
Dün, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Dün, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir
Dün, 16:30
Bu şəxslərin pensiyası övladına veriləcək
Dün, 16:00
D vitamininin ziyanı üzə çıxdı
Dün, 12:00
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?
Dün, 11:30
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Dün, 11:00
Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR
Dün, 10:30
İki şəhid atası vəfat etdi-FOTO
Dün, 10:00
17 yaşlı oğlanın meyiti tapıldı
Dün, 09:30
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
Dün, 09:00
Rusiyada dollar qadağası-RƏSMİ
25-03-2026, 18:00
İran ABŞ-yə sərt şərtlər irəli sürdü
25-03-2026, 17:30
Pezeşkian Ərdoğana türkçə təşəkkür etdi
25-03-2026, 17:00
Səlim Müslümovun Bakıdakı obyekti 600 minə satıldı
25-03-2026, 16:30
İsrail Xəzərdəki limanı niyə bombalayıb?
25-03-2026, 16:00
Azərbaycanlı biznesmenin 960 milyonluq əmlakı əlindən ALINDI
25-03-2026, 12:00
Dünyada 350 milyondan çox insan depressiyadadır
25-03-2026, 11:30
Rusiyanın ən böyük neft limanı vuruldu
25-03-2026, 11:00
Azərbaycanda pensiya yaşını keçən icra başçıları - SİYAHI
25-03-2026, 10:30
Sevgilisini başından güllələyib ÖLDÜRDÜ
25-03-2026, 10:00
Oturaq həyat tərzi qəfil ölüm riskini artırır
25-03-2026, 09:30
Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?
25-03-2026, 09:00
Bakıda bu YOLLAR BAĞLANACAQ
24-03-2026, 18:00
İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.
24-03-2026, 17:30
Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari AÇIQLANDI
24-03-2026, 17:00
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür