Azərbaycanlı biznesmenin 960 milyonluq əmlakı əlindən ALINDI

Rusiyanın Tuapse şəhərində məhkəmə azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus ümumi dəyəri 960 milyon rubldan artıq olan aktivlərin dövlətin gəlirinə keçirilməsi barədə qərar verib.
Dövlət xəzinəsinə "Sipayn Resort" şirkəti də daxil olmaqla, eyniadlı kurortun tikintisini həyata keçirən müəssisə, eləcə də biznesmenin şəxsi əmlakı mənzil, ev və avtomobillər keçib.
İş adamının şəxsi əmlakı təxminən 300 milyon rubl dəyərində qiymətləndirilib.
Aktivlərin müsadirəsi kurortun tikintisi zamanı ətraf mühitə vurulan ziyanın kompensasiyası məqsədilə prokurorluğun təşəbbüsü ilə həyata keçirilib. Nəzarət orqanının məlumatına görə, ekoloji zərərin məbləği 1 milyard rubl təşkil edir.
İş materiallarında qeyd olunur ki, Şahlar Novruzov formal olaraq "Sipayn Resort" MMC-nin sahibi deyil. Lakin hüquq-mühafizə və nəzarət orqanlarına məlumdur ki, kurortun tikintisi onun birbaşa rəhbərliyi ilə həyata keçirilib. Bu hal biznesmenin nəzarətində olan aktivlərə yönəlik müsadirə qərarının verilməsinə əsas olub.
"Sipayn Resort" kurortu Tuapse rayonunun dənizkənarı Sosnovıy qəsəbəsində yerləşir. Layihənin tikintisi dəfələrlə təbiəti mühafizə prokurorluğu və Rosprirodnadzor tərəfindən yoxlanılıb. Aparılan yoxlamalar zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib: su mühafizə zonasında qanunsuz tikinti, təmizlənməmiş tullantı sularının axıdılması və yaşıllıqların məhv edilməsi kimi hallar müəyyən olunub.
Məhkəmənin aktivlərin müsadirəsi barədə qərarı son illərdə regionda ekoloji ziyanın ödənilməsi ilə bağlı ən iri işlərdən biri hesab olunur. Qeyd olunur ki, müsadirə edilmiş əmlak Rusiya büdcəsinə yönəldiləcək və sonradan tikinti aparılan ərazidə ətraf mühitin bərpası xərclərinin qarşılanmasına sərf ediləcək. /Lent.az
9-05-2026, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
9-05-2026, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
9-05-2026, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
9-05-2026, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
9-05-2026, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
9-05-2026, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
9-05-2026, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
9-05-2026, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
9-05-2026, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
9-05-2026, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
9-05-2026, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
9-05-2026, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi
7-05-2026, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI