Qarabağa gələn BMT missiyası erməniləri MƏYUS ETDİ

"Ermənistan Qarabağa səfər edən BMT missiyasının Azərbaycana qarşı “etnik təmizləmə” iddialarını dəstəkləyəcəyinə ümid edirdi. Halbuki, separatçı-terrorçu rejim 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən belə bir missiyanı bölgəyə buraxmırdı və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi”.
Modern.az-ın məlumatına görə, bunu BMT missiyasının Qarabağa səfərini şərh edən siyasi təhlilçi Asif Nərimanlı bildirib.
“İrəvan hesab edirdi ki:
- BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq;
- Bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq”, - A.Nərimanlı deyib.
O xatırladıb ki, Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir:
“Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı”.
Ekspert deyib ki, BMT missiyasının Qarabağa səfərin nəticələrinə dair bəyanatı da erməni tərəfinin ümidlərinin puç olmasını deməyə əsas verir:
“Bəyanatda qeyd olunur ki, “missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”.
Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı “etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir”.
Xatırladaq ki, BMT missiyası araşdırma aparmaq üçün oktyabrın 1-də Xankəndiyə getmişdi. Missiya bazar ertəsi axşam saatlarında yaydığı bəyanatda Xankəndidəki mülki infrastruktura zərər dəymədiyini bildirib.
Missiya Xankəndi şəhərində az əhali qaldığını müşahidə edib və həmsöhbət olduğu adamlardan Qarabağda 50-1000 arası erməni sakinin qaldığını eşidib.
Bəyanatda deyilir ki, missiya üzvləri baş çəkdikləri yerlərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara hər hansı bir ziyan dəydiyini görməyiblər, həmçinin müşahidə ediblər ki, Azərbaycan hökuməti şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşır.
“Missiya müşahidə edib ki, şəhərdə heç bir mağaza açıq deyil”, - bəyanatda deyilir.
Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olub.
Bəyanatda deyilir ki, kənd yerləri haqqında məlumatın və oralara çıxışın məhdud olduğunu nəzərə alaraq, orda heyvandarlıq və əkinçiliklə bağlı, o cümlədən fermerlərin qarşıdan gələn mövsümdə buğda səpininə əlçatanlığı və ya hazır olub-olmaması barədə məlumat yoxdur.
“Missiya üzvləri kənd təsərrüfatı infrastrukturunun dağıdılmasını və ya yollarda ölmüş heyvanları müşahidə etməyib”, - məlumatda deyilir.
Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir.
“Aydın olan odur ki, etimad və inamın yaradılması lazımdır və bunun üçün vaxta və bütün tərəflərin səylərinə ehtiyac var”, - missiyanın bəyanatında vurğulanıb.
Azərbaycan sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra üzləşdiyi "etnik təmizləmə" ittihamlarını rədd edərək BMT-nin missiyasının bölgədə işləməsinə şərait yaradıb.
Antiterror tədbirlərindən sonra separatçı qurum özünü buraxıb, Azərbaycan bütöv Qarabağa nəzarətini bərpa edib, burda yaşayan etnik ermənilər isə kütləvi şəkildə Qarabağı tərk etməyə başlayıb.
Bazar ertəsi rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqlayıb. Bir gün qabaq isə elan edib ki, artıq Dövlət Miqrasiya xidməti Xankəndidə əhalinin reinteqrasiya prosesinə başlayıb.
Dün, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
Dün, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Dün, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir
Dün, 16:30
Bu şəxslərin pensiyası övladına veriləcək
Dün, 16:00
D vitamininin ziyanı üzə çıxdı
Dün, 12:00
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?
Dün, 11:30
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Dün, 11:00
Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR
Dün, 10:30
İki şəhid atası vəfat etdi-FOTO
Dün, 10:00
17 yaşlı oğlanın meyiti tapıldı
Dün, 09:30
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
Dün, 09:00
Rusiyada dollar qadağası-RƏSMİ
25-03-2026, 18:00
İran ABŞ-yə sərt şərtlər irəli sürdü
25-03-2026, 17:30
Pezeşkian Ərdoğana türkçə təşəkkür etdi
25-03-2026, 17:00
Səlim Müslümovun Bakıdakı obyekti 600 minə satıldı
25-03-2026, 16:30
İsrail Xəzərdəki limanı niyə bombalayıb?
25-03-2026, 16:00
Azərbaycanlı biznesmenin 960 milyonluq əmlakı əlindən ALINDI
25-03-2026, 12:00
Dünyada 350 milyondan çox insan depressiyadadır
25-03-2026, 11:30
Rusiyanın ən böyük neft limanı vuruldu
25-03-2026, 11:00
Azərbaycanda pensiya yaşını keçən icra başçıları - SİYAHI
25-03-2026, 10:30
Sevgilisini başından güllələyib ÖLDÜRDÜ
25-03-2026, 10:00
Oturaq həyat tərzi qəfil ölüm riskini artırır
25-03-2026, 09:30
Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?
25-03-2026, 09:00
Bakıda bu YOLLAR BAĞLANACAQ
24-03-2026, 18:00
İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.
24-03-2026, 17:30
Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari AÇIQLANDI
24-03-2026, 17:00
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür