Gündə 60 boşanma: Ailə dəyər olmaqdan çıxıb...
Gündəm / Sosial
Oxunub: 99
6 Ekm 2023 | 15:11
Gündə 60 boşanma: Ailə dəyər olmaqdan çıxıb...


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

İlk 7 ayda boşanmaların sayının bu qədər olması bir çoxları tərəfindən narahatlıqla qarşılanıb. Statistikadan məlum olur ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda hər gün 60 nəfər boşanıb.

Boşanmalarının artmasının səbəbləri nələrdir?

Mediator Fərhad Mehdiyev Modern.az-a açıqlamasında deyir ki, səbəblərdən çox boşanmaya şərait yaradan hallardan danışmaq daha vacibdir və onları ümumiləşdirmək olar.

"Bu məsələni bir-iki səbəbə gətirmək olmur. Səbəblər çoxdur. İnsanlar artıq özləri üçün yaşamaq istəyirlər. Onları narahat edən ortamda qalmaq istəmirlər. Ailə uğrunda hər şeyin fəda ediləcəyi dəyər olmaqdan çıxıb. Mən belə görürəm. Qadınların şüuru dəyişib. Kişilərin şüuru dəyişməyib, hələ də 70-80-cil illərdəki klassik ailə modelindədir. Ona görə də boşanmaya müraciət edənlərin əksəriyyəti, 90%-i qadınlardır. Kişilər əvvəlki ailə modelini apara biləcəklərini düşünürlər, amma qadınlarda bu belə deyil", - o qeyd edib.
Gündə 60 boşanma: Ailə dəyər olmaqdan çıxıb...

Hüquqşünas bildirir ki, qadınlar iqtisadi azadlıq istəyirlər, ailədə heç bir şəkildə nəinki qayınana, qayınatanın ərin də nəzarətini qəbul etmək istəmirlər:

"Başa düşürəm ki, boşanmaların müəyyən faizi ər tərəfindən xəyanəti ilə olur. Xəyanət ciddi boşanma səbəbləri arasındadır. Digər səbəblər kimi xasiyyət uyğunsuzluğu, maddi çətinlikləri göstərmək olar. Maddi çətinliklər olanda mövcud problemlər daha da qabarır. Boşanmaya gələn şəxslərin çoxu dar gəlirli şəxslərdir. Müqayisə aparsaq, varlı insanları, yəni orta təbəqənin insanları ilə boşanmaya gələn insanlar kasıb insanalrdır. Ailədaxili problemlər daha tez özünü biruzə etməyə başlayır".

Gender mələləri üzrə məsləhətçi Aynur Veysəlova boşanmalarla bağlı tendensiyanın dünayada da müşahidə edildiyini bildirib.

"Son 10 ildə dünayada boşanmaların sayı 2 dəfə artıb, nikahların sayı isə 2 dəfə azalıb. Bu qlobal prosesdir. Ona görə biz də eyni prosesi yaşayırıq. İldən-ilə bu artım dinamikasını müşahidə edə bilərik.

Bunun müxtəlif səbəbləri var. Bu gün ailə instituna, evlənməyə ciddi münasibət arxa plana keçib. Ailə quran cütlüklərin sosial məsuliyyəti məsələsi önə çıxmalıdır. “Nə üçün ailə qururam?” sualını özlərinə verməlidirlər. Bu ailə birgə yaşayış nə üçündür, hansı məsuliyyəti daşıyıram? Ər və ya arvad olaraq hansı məsuliyyət və öhdəlikləri var? Ailədə vəzifə bölgüsü necə olmalıdır? Ər-arvad müansibətləri necə olmalıdır? Buna bir hazırlıq olmalıdır. Bu gün görürürk ki, düşünmədən, məqsədyönsüz, məsuliyyət daşımadan ailə qururlar. Tərəflərin bir-birinə qarşı münasibəti də vacibdir. Bir-birini sevirlərsə, bu hələ o demək deyil ki, birgəyaşayışa hazırdırlar. Onların bir-birinə uzlaşması, uyğunlaşması məsələsi çox vacibdir", - o qeyd edib.
Gündə 60 boşanma: Ailə dəyər olmaqdan çıxıb...

Aynur Veysəlovanın sözlərinə görə, ailələrin böhran dövrü var, bu dövrdə təmkinli, səbrli olmaq, bir-birinə güzəştə getmək lazımdır:

"Özünü digərinin yerinə qoyaraq, qarşısındakını anlamağa çalışmalıdır. Ailə qurmaq iki insanın bir damın qarşılıqlı hörmət və anlaşma ilə yaşayışının davam etməsi, yeni nəslin davam etməsi deməkdir. Əfsuslar olsun ki, bunlara əməl olunmur, ailələr dağılır. Ailə dəyərləri, ailədə ər-arvadın vəzifələri, rol bölgüsü kimi məslələləri marifləndirmək lazımdır".
Dün, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
Dün, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Dün, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir
Dün, 16:30
Bu şəxslərin pensiyası övladına veriləcək
Dün, 16:00
D vitamininin ziyanı üzə çıxdı
Dün, 12:00
Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?
Dün, 11:30
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Dün, 11:00
Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR
Dün, 10:30
İki şəhid atası vəfat etdi-FOTO
Dün, 10:00
17 yaşlı oğlanın meyiti tapıldı
Dün, 09:30
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
Dün, 09:00
Rusiyada dollar qadağası-RƏSMİ
25-03-2026, 18:00
İran ABŞ-yə sərt şərtlər irəli sürdü
25-03-2026, 17:30
Pezeşkian Ərdoğana türkçə təşəkkür etdi
25-03-2026, 17:00
Səlim Müslümovun Bakıdakı obyekti 600 minə satıldı
25-03-2026, 16:30
İsrail Xəzərdəki limanı niyə bombalayıb?
25-03-2026, 16:00
Azərbaycanlı biznesmenin 960 milyonluq əmlakı əlindən ALINDI
25-03-2026, 12:00
Dünyada 350 milyondan çox insan depressiyadadır
25-03-2026, 11:30
Rusiyanın ən böyük neft limanı vuruldu
25-03-2026, 11:00
Azərbaycanda pensiya yaşını keçən icra başçıları - SİYAHI
25-03-2026, 10:30
Sevgilisini başından güllələyib ÖLDÜRDÜ
25-03-2026, 10:00
Oturaq həyat tərzi qəfil ölüm riskini artırır
25-03-2026, 09:30
Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?
25-03-2026, 09:00
Bakıda bu YOLLAR BAĞLANACAQ
24-03-2026, 18:00
İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.
24-03-2026, 17:30
Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari AÇIQLANDI
24-03-2026, 17:00
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür