Gürcüstanda nə baş verir? - Payız həlledici ola bilər - ANALİZ

Cənubi Qafqaz yenə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. İrəvanda din adı altında keşiş Baqratın anti-hökumət aksiyası, Tbilisidə isə müxalifətin “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna etirazları keçirilir.
Ermənistanda müxalifət yoxdur, yaxud o, birmənalı olaraq rusiyayönlü keçmiş prezidentlər və dövlət məmurlarından ibarətdir. Bu baxımdan, İrəvanda keçirilən yürüşlərin demokratiyanın inkişafına və dəyərlərinə elə əsaslı təsir edəcəyi gözlənilmir. Keşişlərin və sabiq prezidentlərin aksiyası uğurla nəticələnərsə, bu, Ermənistanın gələcəyinə problem yarada bilər, nəinki əksinə. Ona görə də İrəvandakı aksiya daha çox istehza hədəfinə çevrilib.
Hazırda Gürcüstandakı aksiyalar daha çox diqqət cəlb edir. Hətta İrəvanda “tələblərin” aqibəti də Gürcüstandakı hadisələrin nəticələrindən asılı ola bilər.
Mayın 14-də Gürcüstan parlamenti 84 səs lehinə, 30 səs əleyhinə olmaqla “Xarici təsrilərin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Ölkə qanunlarına əsasən, sözügedən qanunu Prezident Salome Zurabişvili imzaladıqdan sonra qüvvəyə minəcək. Qərbyönlü sayılan Prezident ona veto qoyacağını əvvəlcədən bildirib. Zurabişvilinin səlahiyyət müddəti isə bu ilin noyabrında başa çatır.

Cari il oktyabrın 26-da Gürcüstan parlamentinə növbəti seçkilər keçiriləcək.
Müxalifət bu qanuna niyə etiraz edir? Onların qənaətincə, bəhs edilən sənəd Rusiyada qəbul olunmuş qanunun “nüsxəsidir”. Bununla onlar həm də hazırkı hökumətin Moskvadan asılı olduğuna, yaxud Kremlin onları idarə etdiyinə diqqət çəkirlər. Bu siyasi təbəqə hesab edir ki, məlum sənədin qəbulu cəmiyyətdə qərbyönlü qüvvələrin, habelə demokratik dəyərlərin sıxışdırılmasına səbəb olacaq. Müxalifət bununla anti-Rusiya mövqedə olduğunu beynəlxalq ictimaiyyətə çatdırır. Bu siyasi kəsim hakimiyyətdə olduğu dövrdə Moskva ilə münasibətlər kəsilib. Rusiya Cənubi Osetiya və Abxaziyaya qoşun yeridərək Gürcüstanın ərazilərində qondarma dövlətlər yaradıb və onları “tanıyıb”. Bu baxımdan, müxalifət Rusiyanın yamsılanması, yaxud onunla bu kimi məsələlərdə əməkdaşlığı yolverilməz sayır.
Bu məsələdə hökumətin də fakt və arqumentləri güclüdür. Hakimiyyət qeyd edir ki, ABŞ, İsrail, Avstraliya xarici ölkələrdən maliyyələşmədə şəffaflıq haqqında qanun qəbul edib. Avropa İttifaqı və Fransada belə bir qanun artıq müzakirə mərhələsindədir. Buna rəğmən, Birləşmiş Ştatlar, BMT, NATO, Avropa İttifaqı və Avropa Şurası rəsmi Tbilisini bu qanun layihəsini qəbul etməkdən çəkinməyə çağırıb.

Bu istiqamətdə Gürcüstan hökumətinə və ayrı-ayrı fiqurlara qarşı sanksiyanın tətbiq ediləcəyi də istisna edilmir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bildirib ki, uyğun qanun qəbul ediləcəyi halda Gürcüstan üçün 390 milyon dollar məbləğində maliyyə yardımının verilməsinə yenidən baxılacaq: “Qanun indiki halda qalarsa, Avropa İttifaqı standartlarına uyğun olmasa, biz demokratiyanın zəifləməsinin, aşınmasının və dinc nümayişçilərə qarşı zorakılığın şahidi olacağıq. Təbii ki, bu vəziyyətdə ABŞ müəyyən məhdudiyyətlər tətbiq edəcək”.
Odur ki, Ştatlar bunu Gürcüstanın demokratiyadan uzaqlaşması kimi də dəyərləndirir.
Qərbin sanksiyaları Gürcüstanın dövlət məmurlarına, etiraz aksiyalarına qarşı zorakılıq edilməsinə göstəriş verənlərin xarici səfərlərinə tətbiq oluna bilər. Hakim "Gürcü Arzusu" Partiyasının lideri milyarder Bidzina İvanişvilinin bank hesablarına həbs qoyula və ya ticarət əlaqələrinə məhdudiyyətlər tətbiq edilə bilər.
Rəsmi Tbilisini müdafiə edənlərin qənaətincə, ABŞ “demokratiyadan uzaqlaşmadan” oxşar, uyğun qanunu tətbiq edib. Məsələn, 2014-cü ildə Zimbabvenin keçmiş prezidenti Robert Miquabeyə tətbiq edilən sanksiyaların ləğvinə lobbiçilik etmiş, Çikaqodan olan siyasi fəal Asiel Ben İsraildə 7 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Ukraynanın keçmiş prezidenti Vikor Yanukoviçin agenti olduğunu qeydiyyata aldırmayan amerikalı lobbiçi Pol Manafort 6 müddətinə həbs olunmuşdu. Başqa bir misal, 2019-cu ildə ABŞ məhkəməsi iş adamı Bija Rafiekyanı Türkiyə hakimiyyət orqanlarına işləməkdə və Fətullah Gülənin öz ölkəsinə ekstradisiyasına lobbiçilik etməkdə təqsirli bilib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin məhdudlaşdırıcı tədbirlərlə bağlı xəbərdarlığını “qeyri-ciddi” adlandırıb.
Hər iki tərəf, iqtidar və müxalifət öz mövqeyinin haqlı sayır. Bu baxımdan, iradələrin və əsəblərin qarşıdurması da davam edir. Hakimiyyət komandası daha güclü və vahid görünür. Əks halda indiki hadisələr fonunda hökumət üzvləri, güc strukturları, yaxud hakim parlament fraksiyasından bir deputat qanuna etiraz olaraq istefa verib müxalifət düşərgəsinə keçərdi. Hələ ki bu, baş vermir. Ona görə də hökumət mövqeyində daha güclü görünür.
Digər tərəfdən, Gürcüstanla Rusiyanın ənənəvi yaxınlığı da buna təsir edən amillərdən biridir. 2022-ci ildə Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi bir milyard dollarla yaxın olub. Ancaq ABŞ və Aİ üzvləri ilə bu həcmdə mübadilə qeydə alınmayıb. Hesab etmək olar ki, Gürcüstanın iş adamları da Rusiya ilə əməkdaşlığın və əlaqələrin bərpasına üstünlük verirlər. Ona görə də bu aksiyaların cəmiyyətin bütün təbəqələrini əhatə etməsi ehtimalı azdır.
Bir məsələyə də diqqət çəkmək vacibdir. Bu aksiyalarda “Hökumətə istefa!”, “Parlament buraxılsın!” kimi şüarlar səslənmir. Çünki bu zaman əsas hədəfdən yayınma halları ola bilər. Digər tərəfdən, bu ilin payızında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ona görə demək olar ki, müxalifət bu aksiya ilə həm də bu siyasi kampaniyaya hazırlaşır. Müxalifətin keçirdiyi nümayişləri hakimiyyət üçün də məşq saymaq olar. Odur ki, Gürcüstanda nəticə payızda "sayılacaq"...
Bugün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Bugün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Bugün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Bugün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Bugün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Bugün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Bugün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Bugün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Bugün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Bugün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bugün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Bugün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
Dün, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
Dün, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
Dün, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
Dün, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
Dün, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
Dün, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
Dün, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
Dün, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
Dün, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
Dün, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
Dün, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
Dün, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
Dün, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
Dün, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq