ƏMİ VƏ QARDAŞOĞLU ƏLƏKBƏROVLARIN DƏLƏDUZLUĞUNDAN ZİYAN ÇƏKƏN XARİCİ ÖLKƏ VƏTƏNDAŞLARININ ŞİKAYƏTİ KEÇİR, ÖZÜMÜZKÜLƏRİN YOX

Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Hedeftv.az” informasiya portalı cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizə müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir. Təsadüfi deyil ki, hüquqpozmalara məruz qalan vətəndaşlar redaksiyamıza müraciət edərək, qarşılaşdıqları problemlərin ictimailə.dirilməsini, bu yolla aidiyyəti dövlət orqanlarına çatdırılmasını xahiş edirlər.
Bakı şəhər Xətai rayonu, S.Orucov küçəsi məhəllə 1184, ev 23, mənzil 44 ünvanında yaşayan Ələkbərov Şahin Ənvər oğlunun redaksiyamıza ünvanladığı 17.08.2024-cü il tarixli müraciətində məruz qaldığı hüquqpozmalardan söz açmışdır:
“Yazıb Sizə bildirirəm ki, mən - Ələkbərov Şahin Ənvər oğlu Gəncə şəhəri, keçmiş Heydər Əliyev prospekti, indiki Şah İsmayıl Xətai prospekti 50-də yerləşən yeni yaşayış binasının tikintisinə 21 aprel 2007-ci ildə başlamışdıq. Mən və Ələkbərov Elçin Bəşir oğlu bu binanın inşaasına “KAT LTD” MMM ilə birlikdə başlamışıq. Bölgü nəticəsində 25% hissəsi mənə aid, yerdə qalan hissəsi isə Elçin Ələkbərova aid olub. 2013-cü ilin başlanğıcında mən işdən kənarlaşdırıldım, mənim pulumun qarşılığında mənə sözdə, 1-ci binada, 2- ci giriş, 2-ci mərtəbədə 525 m2 qeyri-yaşayış sahəsi verilmişdir. Mən israr etdikdən sonra isə 2014-cü ildə mənə 2 sənəd verildi. Bunlardan biri 124 m2 qeyri-yaşayış sahəsi, digəri isə 200 m2 təşkil edirdi. 2018-ci il 13 aprel tarixində mən eşitdim ki, mənim hissə payım başqa birinə verilib. Bundan sonra mən Elçin Ələkbərov ilə görüşdüm. Mənə elə bir şeyin olmadığı dedi və mənə 150 m2 qeyri-yaşayış sahəsinin sənədini verdi. 1 il müddət keçdikdən sonra mən Novruzov Fəxrəddin Novruz oğlunu həmin obyektdə gördüm, mənə bildirdi ki, Elçin Ələkbərov borc qarşılığında buranın sənədlərini mənə verib. Mən isə bildirdim ki, bura mənə aiddir. O isə mənə Elçinlə danışmağımı tövsiyyə etdi. Mən yenidən Elçin Ələkbərov ilə görüşdüm, dedi ki: “məni şikayət etmə, onların borclarını ödəyəcəm, ya da ki, qarşılığında yer verəcəm Yer sənindir, heç bir narahatçılıq yoxdur, onlarla məsələni həll edəcəm”. 07.05.2019-cu il tarixində 22m2 üçün daha bir sənəd aldım, 10.01.2020 - ci il tarixində 22m2 üçün daha bir sənəd aldım. “KAT LTD” MMM-nin təsisçisi Elçin Ələkbərov vəzifəsindən sui istifadə edərək, külli miqdarda mənimsəmə ilə həbs olunmuşdur və hələ də həbsdədir. Hal-hazırda Ələkbərov Elçin Bəşir oğlunun qardaşı oğlu – Emin Ələkbərov Elman oğlu “KAT 2020”-nin direktorudur. Emin Ələkbərov mənə dedi ki: “sənin sənədin saxtadır”. Mən isə ona bu sənədlərin Elçin Ələkbərov tərəfindən verildiyini və həqiqi olduğunu dedim. Cavab olaraq dedi ki, “direktorun imzası keçərsizdir, mənə Elçin Ələkbərovun imzası lazımdır”. Elçin Ələkbərovun həbsdə olduğunu bildiyi halda, onun imzasını tələb edirdi, amma, qanunda təsisçinin yox, direktorun möhür və imzasının keçərli olduğunu bilirəm. Mənə dedi ki, həmin yer şirkətə qaytarılacaqdır və pilləkənlər layihədə olduğu halda deyir ki, layihəni dəyişdirib pilləkanlarını söktürəcəm, sənə aid olan əşyaları çölə atacam, qaz, su və işığı kəsdirəcəm. Məni polisə dələduz kimi şikayət etdi, ancaq polisə sənədlərimin əslini təqdim etdim, ancaq o polisə yalan yazılı şikayət bildirərək buranın şirkətə aid olduğunu bildirir və sənəd təqdim etmir. Mən vergi ödəyicisi olduğum halda vergi orqanına mənim haqqımda məktub ünvanlayaraq fəaliyyətimi dayandıracağını dedi və həmin yerdən 200 m2 Fəxrəddinin olduğunu iddia etdi, Mən isə dedim ki, mənə aiddir, mənim sənədlərim var. O isə dedi ki, mən tanımıram. Araşdıracam, səni çıxaracam, həmin yeri şirkətin tərkibinə keçirdəcəm”. Bu söhbət əsnasında, mən hazırda bu binada yerləşən “KAT 2020” MTK Gəncə flialının direktoru Emin Sultanov Vaqif oğluna yaxınlaşdım, o isə mənə bildirdi ki: “sənin qaz, işıq və suyunu kəsib, əşyalarını çıxaracayıq, vergiyə bildirəcəyik ki, fəaliyətini dayandırsınlar və layihəni dəyişdirib pilləkanlarını söktürəcəyik”. Mən bildirdim ki: “mən vergi ödəyicisiyəm, mənim vergi ilə hər hansı bir problemim yoxdur, hər biri mənim adımadır və vaxtı-vaxtında ödəyirəm”. Həmin an qarşı tərəfə narazılığımı bildirdiyim halda, telefonla Emin Ələkbərova zəng edib, dəstəyi mikrofona alıb bildirdi ki, mənə məxsus olan hoteldən əşyalarımı bayıra tökün və oranı bağlayın. Mən isə Emin Sultanova bildirdim ki, nə üçün belə edirsiz? O isə israrla bu məsələni gedib Bakıda həll etməyimi bildirdi. Mən isə iddia etdim ki, sənədləri şirkətinizin öz arxivindən çıxardın. Onlar isə arxiv və qeydiyyat kitabının olmadığını dedilər. Bunların qeydiyyat kitabı yoxdur, sadəcə istədikləri vaxtda kökü olmayan sənədi rüşvət alıb, 10-15 il geriyə qeydiyyatını edirlər. Mən ondan narahatam ki, mənə məxsus olan qeyri-yaşayış sahəsini daha əvvəl Fəxrəddin Novruzov Novruz oğluna sənəd verildiyi kimi, başqa şəxslərə verilə bilər, onun əsasında Əmlak Komitəsinə müraciət oluna bilər. Yazıb Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi saytınızda işıqlandırıb və hüquq - mühafizə orqanlarına müraciət edəsiniz”.
Redaksiyadan:
Əksər hallarda vətəndaşların redaksiyamıza müraciətlərində ehtiva olunan məsələlərin dərc olunmazdan əvvəl hüquq-mühafizə və cinayət təqibi orqanlarında araşdırılmasını daha məqsədəuyğun hesab edirik. Elə Şahin Ələkbərovun da müraciətini rəsmi məktubumuzla əvvəlcə Azərbaycan Respublikasının Baş prokuroruna və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlamışdıq.Məktubda inam ifadə etmişdik ki, prokurorluq orqanları vətəndaş Ş.Ə.Ələkbərovun şikayətində ehtiva olunan məsələlərin nəzarətə götürülərək araşdırılmasını və nəticə barədə redaksiyamızın məlumatlandırılmasını təmin edəcəklər. Araşdırmanın uğurlu alınması üçün redaksiya olaraq tərəfimizdən gərəkən digər lazımi məlumatları təqdim etməyə hazır olduğumuzu da bildirmişdik. Hərçənd, cavab özünü gözlətməkdədir.
Müraciətdə qeyd edildiyi kimi, “KAT LTD” MMC-nin təsisçisi Elçin Ələkbərov vəzifəsindən sui istifadə edərək, külli miqdarda mənimsəmə ilə həbs olunmuşdur. Onun 10.5 il azadlıqdan məhrum edilməsi barədə iki il əvvəl yayılan informasiyalar internet resurslarında qalmaqdadır.
Qeyd edək ki, Ələkbərov Elçin Bəşir oğlunun Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri ilə ittiham verilmişdi.
Elçin Ələkbərov barəsində Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3.520.763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxs tərəfindən «Kat Holdinq» MMM-yə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 1.569.404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.
Təəssüf ki, hüquqları pozulmuş, ziyana düşmüş Şahin Ələkbərov kimi öz vətəndaşlarımızın haqq səsini eşidən yoxdur. Bildirilir ki, özünün də işi Qaradağ prakrorluğunda olan Emin Ələkbərov əmisi Elçin Ələkbərovun instruktajı, diktəsi ilə digər vətəndaşlara qarşı dələduzluq əməllərini davam etdirməkdəir. Səhih məlumata görə, Emin Ələkbərov Məmmədov Vəli Yaqub oğlu adlı bir şəxsin də Elçin Ələkbərovdan alıb-aldadıldığı sənədlərini cırıb tullaylb, obyektinə sahib çıxıb. Həmin şəxs də Emin Ələkbərovdan şikayət edib.
Qeyd olunur ki, apellyasiya şikayəti verməyə hazırlaşan Elçin Ələkbərov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə yerləşdirilməsinə nail olub. Əslində isə tam sağlamdır, çünki qardaşı oğlunun qayğısı ilə “içəridə” digər dustaqlardan daha komfortlu yaşayır.
Məsələ ilə bağlı oilaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Mövzuya qayıdacağıq.
Şahin Orucov
Bugün, 10:55
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir
Bugün, 10:21
Kavelaşvili: Gürcüstan hökuməti Aİ-yə üzvlükdən heç vaxt imtina etməyib
Bugün, 09:51
Qazaxıstan Baş nazirinin müavini: AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir
Dün, 18:14
Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib
Dün, 17:58
Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq
Dün, 17:33
Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib
Dün, 17:17
Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq
Dün, 15:11
Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb
Dün, 14:44
Əlahiddə Ümumqoşun Orduda yoxlamalar zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib
Dün, 14:15
Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb
Dün, 12:54
Gürcüstan Qara dəniz kabel layihəsi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır
Dün, 12:27
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində xüsusi qərargah yaradılıb
Dün, 11:55
Tahir Mirkişili: "Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur"
Dün, 10:59
Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının mətni razılaşdırılıb
Dün, 10:29
Tramp ona ölkəni tərk etməsi üçün 1 həftə vaxt veribmiş...
Dün, 10:10
Tramp yaxın adamını Putinlə görüşə göndərdi
Dün, 09:44
Prezident növbədənkənar seçkiləri anons etdi
1-12-2025, 18:04
Maliyyə Nazirliyi Rəqəmsal Maliyyə Mərkəzi ilə bağlı qərarı şərh edib
1-12-2025, 18:00
Avtobuslarda bank kartı ilə ödəniş funksiyası istifadəyə veriləcək - RƏSMİ
1-12-2025, 17:46
Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
1-12-2025, 17:30
Bakıda təcili yardım maşınıyla motosiklet toqquşdu; qadın sürücü yaralandı
1-12-2025, 17:00
Dənizkənarı Milli Parkda Yeni il yarmarkasının açılışı olacaq
1-12-2025, 16:30
Zaqatala və Balakəndə 600-dən çox evdə zərərvericilər məhv edildi
1-12-2025, 16:00
Azərbaycanda nazir işdən çıxarıldı
1-12-2025, 15:55
Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib
1-12-2025, 15:39
DTX tərəfindən saxlanılan Məmməd İbrahimli həbs olunub
1-12-2025, 15:30
BDU-nun korpusu təmirə BAĞLANIR