
“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

“Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.
Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan mütəxəssislə anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.
Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.
Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya Kubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın “Çernomorets” klubu 2010/2011 mövsümündə Premyer Liqaya çıxıb.
2012/2013 mövsümündə isə Ukrayna Kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb), Hollandiyanın PSV (Eyndhoven) və Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.
Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb.
O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun "sükanı arxasına" keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.(Report)
2-09-2025, 18:50
Lənkəranın dağ kəndində yanğın
2-09-2025, 17:40
Ərdoğan ABŞ-nin qərarını tənqid edib
2-09-2025, 16:58
Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq
2-09-2025, 16:13
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
2-09-2025, 15:12
Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? - ŞƏRH
2-09-2025, 14:04
İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə səfər edib
2-09-2025, 12:59
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ
2-09-2025, 12:09
Azərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb
2-09-2025, 10:34
Kəlbəcər: Təbiətin səssiz nəğməsi - VİDEO
2-09-2025, 09:57
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
2-09-2025, 09:23
Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq
2-09-2025, 08:30
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1-09-2025, 19:01
Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH
1-09-2025, 18:22
Paşinyan: Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir
1-09-2025, 17:48
Başsağlığı
1-09-2025, 17:23
Etibarsız sayılsın! ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərildi – ŞƏRH
1-09-2025, 16:37
Ərdoğan və Pezeşkian Çində görüşüb
1-09-2025, 16:34
Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB
1-09-2025, 06:14
Ukraynada sabiq spikerin qətlində şübhəli bilinən şəxs saxlanılıb
30-08-2025, 16:30
Prezident Çinə getdi
30-08-2025, 15:58
Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar - FOTO
30-08-2025, 15:21
Taksilərin qiyməti artıb?
30-08-2025, 14:26
İranda Mossada bağlılıqda şübhəli bilinən 8 nəfər həbs edilib
30-08-2025, 13:08
Sabah 38 dərəcə isti olacaq
30-08-2025, 12:20
Bakı-Ağdam qatarına biletlər 3 gün ərzində satılıb
30-08-2025, 11:36
Qriqoryan İranda Laricani ilə görüşdü
30-08-2025, 10:38
Azərbaycan nefti yenidən bahalaşıb