Akif İslamzadə nə demək istəyib? - Özü açıqladı
Gündəm / Şou-biznes
Oxunub: 151
26 Haz 2024 | 19:09
Akif İslamzadə nə demək istəyib? - Özü açıqladı

Tez-tez qalmaqallı fikirləri ilə gündəmə gələn Xalq artisti Akif İslamzadə bu dəfə qadınlarla bağlı səsləndirdiyi açıqlamaya görə tənqid olunub. Belə ki, onun ötən gün “Yeni Sabah”a “qadınlara elm verilməyib, onlar elm öyrədə bilməz” açıqlaması sosial şəbəkədə birmənalı qarşılanmayıb. 

Akif İslamzadə həmin məsələ haqda açıqlama verərək əslində qadınları alçaltmadığını bildirib:

“Verdiyim açıqlamada qadını qəti aşağılamamışam. Demişəm ki, bu gün məktəblərdə müəllimlər yox, müəllimələrdir. Müəllimələr də Allah tərəfindən göndərilib. Onlar ən yaxşı halda məlumat verə bilərlər, elm yox. Amma əlbəttə ki, istisna xanımlarımız var”.

O, bu gün Yer üzündə matriarxat dövrün başladığını deyib:

“Bunun belə olması ilə bağlı hədislər də mövcuddur. Bunlar hamısı qiyamətin əlamətləridir. Hətta deyilir ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcəklər. Həmin zəmanəyə gəlib çatmışıq artıq. Bu gün məktəblərdə qızlar da bir-birlərini bıçaqlayır. Hamısı da kişi müəllimlərin olmamasının fəsadlarıdır. Burada qadınları aşağılayacaq nə demişəm axı? Məni həyata gətirən anam olub, tərbiyəmlə məşğul olan da. Xanımları aşağılamıram. Biri də yazıb ki, “Akif İslamzadə deyir, qadınlar cəhənnəmlikdir”. Belə şey olar?! Heç kim sözümü pisə yozmasın. Demişəm ki, peyğəmbər meracında cənnəti də göstəriblər, cəhənnəmi də. Cəhənnəm əhlinin əksəriyyəti qadınlar olub. Mən bunu hədislərdən sitat gətirmişəm. Bəzi jurnalistlər zəng edib açıqlama alırlar, amma fikirlərimizi oxuculara yanlış çatdırırlar. Olmaz belə”.

A.İslamzadə deyib ki, bütün dünyada kütləni sürüyə çevirməyə çalışırlar:

“Bu, dəccalın gəlməyindən xəbər verir. Pandemiyalar, içkilər, ailələrin dağılması da bunun göstəricisidir artıq. Peyğəmbərin hədisi var ki, qiyamət vaxtı 30 yalançı peyğəmbər olacaq ki, onlardan 4-ü qadındır. Qadınlardan biri Yelena Blavatskayadır. İnsanlara bunu izah etmək lazımdır, ağlına və ağzına gələni yazmaq lazım deyil. Ölkədə kitabdan ucuz heç nə yoxdur. Alıb oxusunlar, öyrənsinlər. Qadınları təhqir etmirəm, edən də deyiləm. Sara xanım (anası), Zərifə Əliyeva Fəxri Xiyabanda dəfn olunub. Hətta Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanım da. Bunu təşkil edən adama Allah rəhmət eləsin. Məleykə xanım çox yaxşı həyat yoldaşı olub. Onlar qadın deyillər? Çingiz xanın yanında Altunay xatun olub, Heydər Əliyevin yanında Zərifə xanım, Əmir Teymurun yanında Bibi xanım (Saray mülk) olub. Bunları necə danmaq olar? Sadəcə, mənim fikrimi oxuculara düzgün çatdırmayıblar. Qadın yoldaşı ilə çiyin-çiyinə gedirsə, çox gözəl, vay o günə ki, ailədə qadın komandir ola. Bu gün demək olar ki, o cür yaşayırıq artıq”.(Globalinfo)
Bugün, 11:30
Bakıda Xalq artistinin oğlu DÖYÜLDÜ, xəstəxanaya yerləşdirilib - FOTO
Bugün, 11:00
Keşişlər Ermənistan ordusundan QOVULDULAR
Bugün, 10:30
Bu gün 6 min nəfər imtahan verəcək
Bugün, 10:00
Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR
Bugün, 09:30
“Evdə tək”in məşhur aktrisası vəfat etdi
Bugün, 09:00
Goranboyda qazi anasını öldürdü, arvadını yaraladı
Dün, 18:00
Sabiq nazirə artıq pensiya ödənilibmiş- İndi geri alınır
Dün, 17:30
Tanınmış iş adamı həbs edildi
Dün, 17:00
Balıq ovlamaq istədi suya düşdü boğuldu
Dün, 16:30
Abşeronun prokuroru işdən azad olundu
Dün, 16:00
Kriminal ailənin 11 üzvü edam edildi
Dün, 15:30
Bu İcra Hakimiyyətində yeni təyinat
Dün, 12:00
Sahibə Qafarovanın qardaşı vəfat edib
Dün, 11:30
Arxeoloji tapıntılar sübut etdi: Çində qədim insanlar axmaq olmayıb
Dün, 11:00
Alimlər "Qiyamət anbarı"nı açdı: Toxumlar sahəyə çıxır
Dün, 10:30
Nəvələrinə baxan nənə və babaların sağlamlığı təhlükədədir - Mütəxəssislər açıqladı
Dün, 10:00
Lavrovdan Azərbaycan açıqlaması
Dün, 09:30
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
Dün, 09:00
Qızıl bahalaşıb "od qiyməti"nə oldu - bazarda son vəziyyət
29-01-2026, 18:00
Xəzərdə gəmi QƏZAYA UĞRADI
29-01-2026, 17:30
Sosial şəbəkə oyunları uşaqların davranışını necə dəyişir?
29-01-2026, 17:00
32 yaşlı diş həkimi 13 yaşlı qızla nişanlandı
29-01-2026, 16:30
Onlar əsgərlikdən tamamilə azad edilir
29-01-2026, 16:00
Restoranın çirkab suları arxa axıdılıb - Sahibkara 800 manat cərimə
29-01-2026, 15:30
Xalq rəssamının qızı həbs edildi
29-01-2026, 15:00
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
29-01-2026, 11:30
5 yaşlı uşaq qıcolmadan öldü