Sabiq nazirə artıq pensiya ödənilibmiş- İndi geri alınır
Gündəm
Oxunub: 84
30 Ock 2026 | 18:00
Sabiq nazirə artıq pensiya ödənilibmiş- İndi geri alınırAzərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.

67 yaşlı akademik pensiyasının azaldılmasından narazıdır.

DSMF tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məcid Kərimova deputat fəaliyyəti ilə bağlı 4226 manat pensiya ödənilib. Təkrar hesablamadan sonra isə məlum olub ki, onun deputatlıq fəaliyyəti 5 illik tam səlahiyyət müddətini əhatə etmir. Belə ki, M.Kərimov növbədənkənar seçkilərdə seçildiyindən 4 il 5 ay 16 gün deputat olub.

Buna baxmayaraq, əvvəlki hesablamada səhvə yol verilərək iddiaçıya aylıq 5858 manat köçürülməli olduğu halda, 6631 manat pensiya ödənilib. İndi isə həmin səhv aradan qaldırılaraq artıq ödənilmiş ümumi 4226 manatın iddiaçının pensiyasından tutulmasına qərar verilib.

Eks-nazirin vəkili isə dövlət qurumunun qərarını əsassız sayıb. İddiaçı tərəf hesab edir ki, qanunvericilikdə deputat fəaliyyətinin tam və ya natamam anlayışı mövcud deyil və şəxsin növbədənkənar seçkilərlə deputat seçilməsi onun fəaliyyətinin natamam hesab edilməsi üçün əsas ola bilməz.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarını açıqlayıb. Pensiyanın yenidən hesablanması və artıq ödənilmiş 4226 manatın büdcəyə geri qaytarılması qanuni hesab edilib.

Qeyd edək ki, Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərinin bəzi nəticələri ləğv edilib, 2006-cı ildə seçki nəticələri ləğv olunmuş seçki dairələrində təkrar parlament seçkiləri keçirilib.
Dün, 18:00
Sabiq nazirə artıq pensiya ödənilibmiş- İndi geri alınır
Dün, 17:30
Tanınmış iş adamı həbs edildi
Dün, 17:00
Balıq ovlamaq istədi suya düşdü boğuldu
Dün, 16:30
Abşeronun prokuroru işdən azad olundu
Dün, 16:00
Kriminal ailənin 11 üzvü edam edildi
Dün, 15:30
Bu İcra Hakimiyyətində yeni təyinat
Dün, 12:00
Sahibə Qafarovanın qardaşı vəfat edib
Dün, 11:30
Arxeoloji tapıntılar sübut etdi: Çində qədim insanlar axmaq olmayıb
Dün, 11:00
Alimlər "Qiyamət anbarı"nı açdı: Toxumlar sahəyə çıxır
Dün, 10:30
Nəvələrinə baxan nənə və babaların sağlamlığı təhlükədədir - Mütəxəssislər açıqladı
Dün, 10:00
Lavrovdan Azərbaycan açıqlaması
Dün, 09:30
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
Dün, 09:00
Qızıl bahalaşıb "od qiyməti"nə oldu - bazarda son vəziyyət
29-01-2026, 18:00
Xəzərdə gəmi QƏZAYA UĞRADI
29-01-2026, 17:30
Sosial şəbəkə oyunları uşaqların davranışını necə dəyişir?
29-01-2026, 17:00
32 yaşlı diş həkimi 13 yaşlı qızla nişanlandı
29-01-2026, 16:30
Onlar əsgərlikdən tamamilə azad edilir
29-01-2026, 16:00
Restoranın çirkab suları arxa axıdılıb - Sahibkara 800 manat cərimə
29-01-2026, 15:30
Xalq rəssamının qızı həbs edildi
29-01-2026, 15:00
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
29-01-2026, 11:30
5 yaşlı uşaq qıcolmadan öldü
29-01-2026, 11:00
DİM fəlsəfə doktoru imtahanı keçirəcək
29-01-2026, 10:30
Həbsdə olan jurnalist anasının dəfninə buraxılacaq: məhkəmə qərar verdi
29-01-2026, 10:00
Qızıl hər saat bahalaşır – 5.600 dolları ötdü
29-01-2026, 09:30
Nisyə kartof-soğan ala bilməyib dava saldı - SAXLANILDI
29-01-2026, 09:00
Böyük futbolun dərsi - Qurbanovdan açıqlama
27-01-2026, 18:00
Dünyanın ən "əxlaqsız" ölkələri - İlk “10-luq” - SİYAHI