İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - Fotolar

Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.
“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Qeyd olunub ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.
Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.
Bildirilib ki, yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.
Dövlət başçısına, eyni zamanda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verilib. Qeyd olunub ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.





Bugün, 12:00
Xark adası İranın qırmızı xəttidir - rejim bütün riskləri alır
Bugün, 11:30
Sərhədi ilan və timsahlar qoruyacaq – Yeni plan
Bugün, 11:00
Gələcəyin təyyarəsi sınaqdan keçirildi: yanacaq yerinə hidrogen
Bugün, 10:30
16 yaşlı qızı maşın vurdu
Bugün, 10:00
Hikmət Hacıyev Gəncə ilə bağlı video PAYLAŞDI
Bugün, 09:30
Demokratlar Pentaqon rəhbərinin istefasını tələb edə bilərlər
Bugün, 09:00
Bakıda yaşayış evi çökdü - Xəsarət alan var
Dün, 18:00
Bu ölkədə qəbir KİRAYƏ VERİLİR
Dün, 17:30
Sel nəticəsində bina uçdu
Dün, 16:30
Əhaliyə XƏBƏRDARLIQ edildi
Dün, 16:00
İntensiv yağışlar bu gün də YAĞACAQ
Dün, 12:00
Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir
Dün, 11:30
Bu gündən bu pullar kartınızdan çıxılacaq-SƏBƏB
Dün, 11:00
Ukrayna bu əraziləri AZAD ETDİ
Dün, 10:30
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq
Dün, 10:00
İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm - Tramp
Dün, 09:30
İran İsrail və ABŞ bazalarını yenidən VURDU
Dün, 09:00
İntensiv yağıntılar davam edir - FAKTİKİ HAVA
4-04-2026, 18:00
İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4-04-2026, 17:30
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
4-04-2026, 17:00
SOS: Dünya BÖYÜK ACLIĞA doğru gedir
4-04-2026, 16:30
SOS: Əhalinin sevimli qidası XƏRÇƏNG yaradırmış
4-04-2026, 16:00
Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan övladlığa götürülübmüş - Detallar
4-04-2026, 12:00
İnsanlar quru ərazinin 50 faizindən çoxunu tutacaq - Yer əhalisinin sayı pik həddə çatacaq
4-04-2026, 11:30
Heç bir iz olmadan 13 yaşında yoxa çıxan qız 32 il sonra sağ tapıldı
4-04-2026, 11:00
"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"
4-04-2026, 10:30
Almaniyada kişilər ölkəni icazəsiz tərk edə bilməyəcəklər