Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir
Gündəm / Hadisə
Oxunub: 21
6 Nis 2026 | 12:00
Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Xətai rayonu, Rəşid Bağırov küçəsində baş vermiş qəza ilə əlaqədar əraziyə baxış keçirib.

ADSEA-dan hedeftv.az-a bildirilib ki, qeyd olunan ünvanda üzərində fərdi yaşayış evləri inşa edildiyi üçün diametri 1200 millimetr olan tullantı su kollektoru çökməyə məruz qalıb.

Agentliyin sədri yaranmış vəziyyətlə yerində tanış olaraq qəzanın operativ, optimal və təhlükəsiz şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Bildirilib ki, bundan əvvəl də həmin ərazidə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, evlərin altında qalan diametri 500 millimetrlik çuqun xəttin 100 metrlik hissəsi polietilen boru ilə əvəzlənərək alternativ marşrut üzrə çəkilib. Eyni zamanda, qəzalı vəziyyətdə olan tikilinin altında yerləşən 100 və 150 millimetrlik köhnə polad borular ləğv edilərək onların yerinə diametri 110 və 160 millimetrlik müasir polietilen borular quraşdırılıb.

Qeyd edilib ki, qəza riskinin artması nəzərə alınaraq hadisədən əvvəl sakinlərə müvafiq xəbərdarlıqlar edilib. Təmir-bərpa işlərinin təhlükəsiz təşkili məqsədilə kollektorun üzərində yerləşən ərazinin boşaldılması ilə bağlı göstərişlər verilib.

Hazırda ərazidə vəziyyətin stabilləşdirilməsi və infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bugün, 16:30
İranın raket zərbələrində kəskin dəqiqlik artımı: Rusiya izi?
Bugün, 16:00
FHN: Bakıda suçəkmə işləri həyata keçirilir
Bugün, 12:00
Tehrandan QAÇIŞ BAŞLADI - Paytaxt sakini şimala köçür
Bugün, 11:30
Bakıdakı İran səfirliyinin şok bəyanatı: müharibə Xəzər və Qafqaza yayılır?
Bugün, 11:00
Sabiq deputat VƏFAT ETDİ - FOTO
Bugün, 10:30
Yanacaq bahalaşır, aviaşirkətlər uçuşları azaldır
Bugün, 10:00
Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO
Bugün, 09:30
Eks-deputat komitə sədrinə şikayət etdi: dananı kəsib başını yoldan asırlar!
Bugün, 09:00
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Dün, 18:00
Xırdalanda xaos: avtobuslar saxlamır, sərnişinlər "manatlıq" SEÇİR
Dün, 17:30
Toydan qayıdarkən maşın aşdı - Yaralılar var
Dün, 16:30
Tehranın mərkəzindəki sinaqoq BOMBALANDI - VİDEO
Dün, 16:00
Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
Dün, 12:00
Xark adası İranın qırmızı xəttidir - rejim bütün riskləri alır
Dün, 11:30
Sərhədi ilan və timsahlar qoruyacaq – Yeni plan
Dün, 11:00
Gələcəyin təyyarəsi sınaqdan keçirildi: yanacaq yerinə hidrogen
Dün, 10:30
16 yaşlı qızı maşın vurdu
Dün, 10:00
Hikmət Hacıyev Gəncə ilə bağlı video PAYLAŞDI
Dün, 09:30
Demokratlar Pentaqon rəhbərinin istefasını tələb edə bilərlər
Dün, 09:00
Bakıda yaşayış evi çökdü - Xəsarət alan var
6-04-2026, 18:00
Bu ölkədə qəbir KİRAYƏ VERİLİR
6-04-2026, 17:30
Sel nəticəsində bina uçdu
6-04-2026, 16:30
Əhaliyə XƏBƏRDARLIQ edildi
6-04-2026, 16:00
İntensiv yağışlar bu gün də YAĞACAQ
6-04-2026, 12:00
Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir
6-04-2026, 11:30
Bu gündən bu pullar kartınızdan çıxılacaq-SƏBƏB
6-04-2026, 11:00
Ukrayna bu əraziləri AZAD ETDİ