Meydandan qovulan Mahir - “Tənqidə açığam”
Gündəm / İdman
Oxunub: 108
15 Ekm 2024 | 09:02
Meydandan qovulan Mahir - “Tənqidə açığam”

Xəbər verdiyimiz kimi, UEFA Millətlər Liqasında Azərbaycan millisi Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub.

Qarşılaşmanın 71-ci dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq meydandan qovulub və millimizi azlıqda qoyub.

Hücumçu sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb:

“Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən sevgisini, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, Milli komandanın üzvüyəm. Bəzən, içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur və nəticə kartla sonlanır.
Meydandan qovulan Mahir - “Tənqidə açığam”

Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçınılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də, bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur! Bu məni qorxutmur əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir!

Ümid edirəm gələcək oyunlarımda qollarım ilə sizləri sevindirəcəyəm! Bildirmək də istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir”.
Bugün, 18:00
Görüntülü yığıb Pəhləvini lağa qoydular: "Adım Adolfdur, babam atanızı..." — VİDEO
Bugün, 17:30
Məmura mükafat verən "jurnalist" həbs olundu
Bugün, 17:00
"ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
Bugün, 16:30
"Makler bibi" bu xəstəlikdən əziyyət çəkirmiş - VİDEO
Bugün, 16:00
İran İsrailə “nüvə xəbərdarlığı” edib
Bugün, 13:00
Naxçıvan aeroportuna dron hücumuna görə məktəblərdə tədris dayandırıldı - RƏSMİ
Bugün, 12:30
İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
Bugün, 12:00
Ağdam şəhərinə böyük köç - Daha 346 nəfərin vətən həsrəti sona çatdı
Bugün, 11:30
Azərbaycanda bəzi avtomobillərin qiyməti QALXIR
Bugün, 11:00
Aylardır 60 min manatdan çox pulunu ala bilmir
Bugün, 10:30
Ali və orta ixtisaslara sənəd qəbulu başa çatdı
Bugün, 10:00
Məşq zamanı qəfil ölümlərin ŞOK SƏBƏBİ
Bugün, 09:30
Ərdoğan İrana XƏBƏRDARLIQ ETDİ
Bugün, 09:00
ABŞ İran hərbi gəmisini batırdı
Dün, 18:00
Novruz yarmarkaları BAŞLAYIR
Dün, 17:30
MEDİA jurnalistlərə çağırış etdi
Dün, 17:00
Rza Pəhləvi İrandakı azərbaycanlılara müraciət etdi
Dün, 16:30
İdmana ayrılan pul kifayət etmir - AÇIQLAMA
Dün, 16:00
Şadlıq sarayları azaldılsın, idman mərkəzləri artırılsın! - TƏKLİF
Dün, 12:00
Xamenei ilə vida mərasimi bu vaxtdan BAŞLAYIR - 3 gün davam edəcək
Dün, 11:30
Bakıda dostların davası QANLA BİTDİ
Dün, 11:00
Bu tarixdə qısaldılmış iş günü olacaq
Dün, 10:30
Dollar niyə bahalaşdı?
Dün, 10:00
Dərs saatlarını azaltmaq təklifi - 90 dəqiqə yerinə...
Dün, 09:30
Azərbaycana radiasiya təhlükəsi
Dün, 09:00
Elgiz ARB-dən getdi, sponsorları da apardı
3-03-2026, 18:00
Mərkəzi Bank bu saytın fəaliyyətini dayandırır