Fransanın Əlcəzairə davam edən zülmü – etiraf olunmayan nüvə sınağı - ŞƏRH

Tarixi soyqırımıları, müstəmləkə altında saxladığı xalqlara qarşı zorakılıqlar və müxtəlif hüquq pozmaları ilə zəngin olan Fransa bu günə qədər nə bir üzrxahlıq edib, nə də kompensasiya ödəyib. Əksinə, daha azğın formada müstəmləkə ruhlu siyasətini davam etdirir.
Yelisey sarayı bununla bağlı səslənən iradları qulaqardına vurub, onları görməzdən gəlib. Riyakarlıq və ikiüzlü siyasəti o həddə çatıb ki, 1915-ci ildə Osmanlı Türkiyəsi ərazisində ermənilərə qarşı qondarma soyqırımı törədildiyini iddia edir, amma şəxsən özlərinin törətdiklərini etiraf etmir.
Faciənin 65 ili
Yeri gəlmişkən, Fransanın tarixdə törətdiyi ən böyük faciələrdən biri də müstəmləkəsi olduğu yerlərdə soyqırımılarla yanaşı, nüvə sınaqları keçirməsi və bununla ətraf mühitə ciddi ziyan vurmasıdır. Dünən də Əlcəzair xalqı faciəli günlərindən birini qeyd edib. Bu ölkədə atom bombası sınağının keçirilməsinin 65 ili tamam olub. Həmin sınaqlar yüz minlərlə insanın həyatını itirməsi, təbiətə milyonlarla ziyan dəyməsi ilə nəticələnib. Bugünlərdə Əlcəzair Prezidenti Əbdülməcid Təbbun “Opinion” fransız nəşrinə müsahibəsində bildirmişdi ki, Fransa nüvə poliqonu kimi istifadə etdiyi torpaqların zərərsizləşdirilməsi problemini həll etməli, həmçinin sınaqların keçirildiyi və materialların basdırıldığı dəqiq əraziləri Əlcəzair tərəfinə bildirməlidir. “Bu vacibdir. Nüvə poliqonlarının zərərsizləşdirilməsi məsələsi insani, mənəvi, siyasi və hərbi baxımdan məcburidir. Biz bunu amerikalılarla, ruslarla, indoneziyalılarla, çinlilərlə edə bilərdik. Lakin hesab edirik ki, Əlcəzair bunu sınaqları keçirən və materialları basdıran, dəqiq əraziləri bizə bildirməli olan Fransa ilə birlikdə etməlidir", - deyə Ə.Təbbun qeyd edib.
"Qərbi Səhra məsələsinə gəlincə, prezident Makronu xəbərdar etdim: Siz ciddi səhv edirsiniz! Tozu xalçanın altına süpürmək lazım deyil, bu məsələləri birdəfəlik həll etmək lazımdır", - deyə o vurğulayıb.

Yelisey sarayı susur
Makron hakimiyyəti isə cavab verməyə tələsmir. Bu gün Yelisey sarayı qarşısında əsas tələb ondan ibarətdir ki, Əlcəzairdə törədilmiş nüvə cinayətlərinə görə tam məsuliyyətini rəsmən etiraf etməlidir. Nüvə partlayışlarının qurbanlarına və onların ailələrinə qarşı yaşadıqları faciəyə uyğun ədalət nümayiş etdirməsi də bu tələblər sırasındadır. Ən dəhşətlisi odur ki, nüvə sınaqlarını Böyük Səhra ərazisində keçirən zaman yerli əhaliyə heç bir xəbərdarlıq edilməyib, onların təhlükəsizliyi üçün heç bir tədbir görülməyib.
Ekspertlər qeyd edirlər ki, atom bombalarının atıldığı səhrada yaranan tufanlar radioaktiv tullantıları əhalinin sıx məskunlaşdığı şimal bölgələrinə aparır. Hətta 2021-ci ilin fevralında Aralıq dənizini keçən və Fransanın cənub səmalarını narıncı rəngə boyayan radioaktiv tullantılar qeydə alınıb.
Fransanın 132 illik işğalı dövründə törətdiyi ən ağır cinayətlərdən biri
Əlcəzairin cənubunda aparılan nüvə təcrübələri Fransanın 132 illik işğalı dövründə törətdiyi ən ağır cinayətlərdən biridir. 13 fevral 1960-cı ildə Əlcəzairin Reqan şəhəri yaxınlığındakı "Səhra Hərbi Təcrübələr Mərkəzi"ndə (CSEM) ilk atom bombasını partladaraq Fransa nüvə dövləti statusu qazandı. "Mavi siçovul" adlanan 70 kt gücündə olan bomba Xirosimaya atılan bombadan dörd dəfə çox enerji yaydı. İkinci bomba olan 5 kt gücündəki "Ağ siçovul" bir neçə ay sonra, 1960-cı il aprelin 1-də partladıldı. 5 kt-dən az gücü olan "Qırmızı siçovul" 1960-cı il dekabrın 27-də, oxşar gücdə olan "Yaşıl siçovul" isə 1961-ci il aprelin 25-də partladıldı. Fransa ümumilikdə Əlcəzairin Reqan və Hoqqar bölgələrində 17 atmosfer və yeraltı nüvə sınağı həyata keçirdi. Bu sınaqlar 1960-1967-ci illər arasında aparıldı və doqquz sınaq Əlcəzairin müstəqillik qazanmasından sonra həyata keçirildi (Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər Fransanın müstəmləkəsi olub). Silahlanma Rəsədxanasının direktoru Patris Buverin fikrincə, keçmiş prezident Şarl de Qoll Səhranı sınaq meydanı kimi saxlamaq üçün onu Əlcəzairdən təcrid etməyə ümid edirdi. Lakin Fransanın nüvə ambisiyalarına Əlcəzairin müstəqillik müharibəsi mane oldu. Sınaqlar insanları, heyvanları və bitkiləri məhv edib və Əlcəzairin yüz minlərlə kvadrat kilometr ərazisini və başqa bölgələri çirkləndirib. Radioaktiv tullantılar təkcə səhrada deyil, Afrika və Aralıq dənizində də yayılıb.

Nüvə partlayışları 42 mindən çox əlcəzairliyə təsir göstərib
Sınaqların nəticələrini tədqiq edən ekspertlər nüvə partlayışlarının 42 mindən çox əlcəzairliyə birbaşa təsir etdiyini təxmin ediblər. Rəsmi statistikaya görə, ümumilikdə 2 milyondan çox insan sezium və uranın çirkləndirməsindən ölüb. Əlcəzairin qərbindəki Oran Universitetinin nüvə fizikası professoru və Əlcəzairdə Yaddaşın Qorunması Komissiyasının üzvü Abdul Kadhim əl-Abudi qurbanların sayını 60 min nəfər qiymətləndirir. Le Journal de l'Afrique qeyd edir ki, nüvə sınaqları təkcə Əlcəzairin deyil, həm də Malinin əhalisini ciddi şüalanmaya məruz qoyub.
Yeri gəlmişkən, Əlcəzairdəki nüvə sınaqları haqqında daha ətraflı məlumatı dünya yalnız 2014-cü ildə, Fransa Müdafiə Nazirliyi Nüvə Sınaqları Veteranları Milli Assosiasiyasının məhkəmə iddialarının fonunda təxminən 60 sənədi məxfilikdən çıxaranda öyrənib. Bununla belə, fransalı nüvə eksperti Bruno Bariyo qeyd edir ki, çox sənəd çatışmır: "Əgər biz həqiqəti öyrənmək istəyiriksə, fransız ordusunun sənədlərindən "Məxfi" qrifinin götürülməsi prinsipinin özü dəyişdirilməlidir". Məxfilikdən çıxarılmış sənədlər arasında ilk sınaqdan 13 gün sonra tərtib edilmiş xəritə var idi. Onda İspaniyanın cənub sahillərindən Çada, Şimali Afrikanın qərb hissəsindən Siciliyaya qədər əraziyə yayılmış radioaktiv bulud qeyd edilmişdi. Havanın çirklənməsindən əlavə, suyun tərkibinin dəyişməsi də qeydə alınıb. 1966-cı ildə fransız hərbçiləri poliqonları tərk etdikdən sonra nüvə tullantılarını və avadanlığı qumda basdırıblar. Basdırılma yerləri naməlum qalıb, ona görə də toksik qalıqlar və zibil hələ də ekologiyaya və sağlamlığa ciddi ziyan vurur.
Bəli, tarixi faktdır ki, Fransa Əlcəzairdə dəhşətli soyqırımıları, faciələr törədib. Lakin keçmişindən utanmayan Fransa bunu nəinki etiraf etmir, hətta başqa ölkələrə iradlar tutur. Lakin unudurlar ki, tarix tarixdir və törətdikləri alınlarındakı gizlədilməsi mümkün olmayan qara ləkələrdir.(Report)
Bugün, 14:29
ABŞ Yaxın Şərqdə məğlub olub geri çəkilərsə, TRİPP layihəsinin taleyi necə olacaq?
Dün, 18:00
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı
Dün, 17:30
Antik əşyalar oğurlayan şəxslər saxlanıldı
Dün, 17:00
Bakıda süpürgəçini maşın vurub öldürüb
Dün, 16:30
Azərbaycanda hər il müzakirə olunan təhsil dilemması
Dün, 16:00
Adnan Əhmədzadə ilə bağlı qərar verildi
Dün, 12:00
Azərbaycanda 1287 nəfər QİÇS-ə yoluxub
Dün, 11:30
Lənkəranın icra başçısı 44 nəfəri işdən çıxardı
Dün, 11:00
İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu
Dün, 10:30
Güləşçimiz Avropa çempionu oldu
Dün, 10:00
ABŞ-də sinaqoqa terror hücumu edildi
Dün, 09:30
Xameneinin həyat yoldaşı sağ imiş
Dün, 09:00
Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA
12-03-2026, 18:00
Araz Ağalarovun obyektini yandıranlara ömürlük iş kəsildi
12-03-2026, 17:30
Ukrayna İrana görə əziyyət çəkir
12-03-2026, 17:00
Uşağı döyərək tərbiyə edən müəllim cərimələnəcək
12-03-2026, 16:30
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq
12-03-2026, 16:00
Dilənçiliklə məşğul olanlar həbs ediləcək
12-03-2026, 12:00
Neft bahalaşır - Dollar manata qarşı ucuzlaşa bilər?
12-03-2026, 11:30
Gəncədə dəhşətli qətl - 17 yaşlı yeniyetmə atasını güllələdi
12-03-2026, 11:00
Polis Bakıda özbək “həkim”i saxladı
12-03-2026, 10:30
İki qadın güləşçimiz finalda
12-03-2026, 10:00
"Avroviziya" ilə bağlı iddialara RƏSMİ CAVAB
12-03-2026, 09:30
Könül Həmzəyeva saxlanılıb
12-03-2026, 09:00
Prezidentlərin Bakıdan ƏSAS MESAJLAR
11-03-2026, 18:00
İran müharibəsindən sonra nələr dəyişəcək?
11-03-2026, 17:30
Abbaszadə şagirdləri ÇƏTİNƏ saldı – QƏLİZ və uzun suallar...