Gəncə lll MDB oyunlarına hazırlaşır: abadlıq və bərpa işləri aparılır

III MDB İdman Oyunları bu il Azərbaycanda keçiriləcək. Bu münasibətlə Gəncə şəhərində sürətli hazırlıq görülür, quruculuq və bərpa işləri aparılır.
Oyunların keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas yarışlar Gəncə şəhərində təşkil olunacaq.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva jurnalistlərə bildirib ki, sözügedən oyunlarla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində genişmiqyaslı təmir-tikinti və abadlıq işlərinə start verilib.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Gəncə şəhərinin daxili avtomobil yollarında təmir-tikinti işləri həyata keçirilir. AAYDA tərəfindən təmir olunan küçələrin ümumi sahəsi 843 min kv.metr təşkil edir. Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də şəhərin bir sıra prospektində, küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyü yenilənir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunan küçələrin ümumi uzunluğu 200 min kvadratmetr təşkil edir. Həyata keçirilən işlər çərçivəsində zəruri olan yerlərdə vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün yararsız piyada səkiləri təmir olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür", - o qeyd edib.
Bildirilib ki, Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhərin bir sıra meydanlarında, park və xiyabanalarda da təmir-bərpa işləri həyata keçirilir. Hazırda Gəncənin Heydər Əliyev adına Mərkəzi Meydanında, həmçinin Gəncəçay Park-Bulvar Kompleksində yerləşən Bayraq meydanında təmir bərpa işləri görülür.
"Anoloji işlərin “Xan bağı” istirahət parkında, Fikrət Əmirov adına parkda, həmçinin Nizami Kinoteatrının qarşısında yerləşən istirahət parkında həyata keçirilməsi nəzərdə tutulub", - deyən G.Rzayeva onu da bildirib ki, qeyd olunan məkanların ətrafında yerləşən fərdi və çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri nəzərdə tutulub:
"Bu işlər şəhərin Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektləri, həmçinin bir sıra ara küçələri də əhatə edəcək. Onu da bildirim ki, fasadları yenilənən çoxmənzilli yaşayış binalarının üzərinə yeni fasad işıqlandırıcıların quraşdırılması da nəzərdə tutulub.
Təbii ki, bu sadalananlar görüləcək işlərin bir hissəsidir. Bütün bunlarla bərabər şəhərdaxili ictimai nəqliyyatın yenilənməsi, bir sıra tarixi binaların bərpası nəzərdə tutulur. Eyni zamanda, şəhərdə olan mövcud idman qurğularının əsaslı şəkildə yenidən qurulması və inşası həyata keçirilməkdədir".
Bugün, 16:00
Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar TƏLƏB ETDİ – Məhkəmə İŞİ
Bugün, 15:30
Şəhid bacısı 3 gün sonra dəfn edildi
Bugün, 11:30
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA
Bugün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Bugün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Bugün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Bugün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Bugün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
Dün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Dün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Dün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Dün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Dün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Dün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Dün, 11:30
Məktəblərdə qış tətili başlayır
Dün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Dün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Dün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Dün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Dün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
22-01-2026, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
22-01-2026, 16:00
İsveç Şahzadəsi vəfat etdi
22-01-2026, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
22-01-2026, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib