Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası
Araşdırma
Oxunub: 29
7 Ock 2026 | 09:30
Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası Bu cür hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradıb, tibb müəssisələrində istifadə olunan dərman preparatlarının keyfiyyəti, iynələrin vurulma qaydaları və tibbi nəzarətin yetərliliyi ilə bağlı sualları gündəmə gətirib.

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hedeftv.az-a açıqlamasında bildirib ki, hələlik ictimaiyyətə təqdim olunmuş tam, təsdiqlənmiş və rəsmi faktlar yoxdur. Belə hallarda hadisənin səbəbləri, tibbi detalları, ekspertiza və hüquqi qiymətləndirmə açıqlanmadan qəti fikir bildirmək düzgün deyil. İlkin məlumatlara əsaslanaraq nəticə çıxarmaq həm cəmiyyətə yanlış mesaj verə, həm də istintaq prosesinə zərər verə bilər:

“Eyni zamanda nəzərə almaq lazımdır ki, yüksək hərarət və ya hər hansı digər şikayətlə xəstəxanaya və ya təcili yardıma müraciət edən şəxslərdə iynə vurulduqdan sonra baş verən ağırlaşmalar bir çox tibbi səbəblərlə əlaqəli ola bilər. Bu cür halların avtomatik olaraq iynənin səhv vurulması ilə əlaqələndirilməsi, rəsmi tibbi ekspertiza və sübutlar olmadan ictimai müstəvidə səsləndirilməsi elmi və peşəkar yanaşmaya uyğun deyil.

Hadisənin səbəbi yalnız klinik məlumatlar, laborator göstəricilər, istifadə olunan preparatın xüsusiyyətləri, xəstənin əvvəlcədən mövcud vəziyyəti və məhkəmə-tibbi ekspertiza rəyindən sonra obyektiv şəkildə qiymətləndirilə bilər. Bu səbəbdən faktlar dəqiqləşmədən və rəsmi nəticələr açıqlanmadan məsuliyyəti konkret tibbi müdaxilə üzərinə yönəltmək doğru hesab etmirəm”.

Həkim-infeksionist Əminə İsmixanova Modern.az-a açıqlamasında bildirib ki, problemin səbəbi dərmanın səhv vurulması və ya dozasının artıq olması deyil.

Dərmanın xəstəyə uyğun olub-olmamasını əvvəlcədən bilmək qeyri-mümkündür.

Bəzən xəstənin əvvəlcədən müəyyən reaksiyaları olur. Məsələn, bilir ki, hansısa antibiotikə qarşı allergiyası var. Amma elə xəstələr də var ki, ya ümumiyyətlə həkimə müraciət etməyib, ya da müraciət edib, lakin həmin dərman indiyə qədər istifadə olunmayıb.

Belə hallarda dərman vurulduğu anda xəstədə ani olaraq anafilaktik şok baş verə bilər və xəstə həyatını itirə bilər. Hətta bütün tibbi yardımlar göstərilsə belə, bəzən nəticə dəyişmir.

Yəni bu, burada orqanizmin dərmana qarşı verdiyi reaksiya faktoru var. Orqanizm şoka düşə, güclü allergik reaksiya göstərə bilər və ölüm halı baş verə bilər. Təəssüf ki, belə halların qarşısını əvvəlcədən tam şəkildə almaq mümkün deyil.
Bugün, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bugün, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
Bugün, 16:00
Elşad Xose həbs edildi
Bugün, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
Bugün, 15:00
Bu ailələrə 600 manat veriləcək
Bugün, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
Bugün, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
Bugün, 10:00
Qalada maşın aşdı - Ölən var
Bugün, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
Bugün, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
Dün, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
Dün, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
Dün, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”
Dün, 16:30
Yeni vəzifəyə təyin olunan XANIM KİMDİR? - FOTO
Dün, 16:00
Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir
Dün, 15:30
Azərbaycanda “kitayski” tabutlar – 8 min rəqəminin SİRRİ
Dün, 15:00
Məzar daşını sındıran şəxs həbs edildi
Dün, 11:00
Qış turizminin “əriyən” problemləri
Dün, 10:30
Azərbaycanda pul bazası 7.4% ARTIB
Dün, 10:00
DYP sürücülərə çağırış etdi
Dün, 09:30
Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası
Dün, 09:00
Bakıda "it kabusu": Bir ayda 65 nəfər xəsarət alıb
6-01-2026, 18:00
Temperatur yüksələcək - Sabahın hava proqnozu
6-01-2026, 17:30
2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb
6-01-2026, 17:00
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib
6-01-2026, 16:30
Evləri var, sənədləri yoxdur - Yeni Günəşli sakinləri “fövqəlnazir”ə müraciət etdilər
6-01-2026, 16:00
21 milyonluq “Sonar Farm” qalmaqalı - şərikin payı necə 300 min manata “əridi”?