“Hər oxuyanı Vaqif olan” məktəb
Gündəm / Sosial
Oxunub: 164
10 Mrt 2025 | 09:44
“Hər oxuyanı Vaqif olan” məktəb

AzEdu.az Təhsil Portalı bir neçə ildir ki, ölkə üzrə aktiv və nümunəvi fəaliyyətləri ilə fərqlənən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə xüsusi bir layihə həyata keçirir. Bu layihə çərçivəsində, örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.

Bundan əlavə, bu məlumatlar AzEdu Təhsil Portalının xüsusi "Örnək Müəllimlər" bölməsinə yerləşdirilir. Burada, modern tədris metodları tətbiq edən, təhsilalanların intellektual inkişafına mühüm töhfələr verən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb. Belə ki, xüsusi fəaliyyəti ilə seçilən paytaxt üzrə 30, regionlar üzrə 10, Naxçıvandan isə 20 təhsilverən 2024-cü ilin “Örnək müəllim”i adına layiq görülüb.

Həmin 170 nəfər nümunəvi müəllimin siyahısında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 8 nömrəli məktəbin direktor müavini Mehriban Hüseynova da vardır. Bu uğura görə Mehriban müəlliməyə və ümumən kollektivə təbrikimizi çatdırmaq üçün məktəbin direktoru Aynur Həsənova ilə telefon əlaqəsi saxladıq.

Arayış:

Həsənova Aynur Maqsud qızı Yevlaxda anadan olub. Yevlax şəhər 2 saylı tam orta məktəbini 1993-cü ildə fərqlənmə attestatı ilə bitirib. 1993-98-ci illərdə Gəncə Dövlət Universitetinin Riyaziyyat fakültəsində ali təhsil alıb. 2022-ci ilin sentyabr ayında Molla Pənah Vaqif adına Gəncə şəhər 8 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub. Onun rəhbərlik etdiyi məktəbdə 800 şagirdin təlim-tərbiyəsi ilə 70 nəfər müəllim məşğul olur. 24 nəfər texniki işçi var.

Aynur Həsənova təbrikə görə təşəkkürünü bildirdi və Mehriban Hüseynova haqqında yüksək fikirlər söylədi:

”Mehriban Hüseynova Azərbaycan Dillər Universitetində filologiya üzrə bakalavr, Gəncə Dövlət Universitetində isə ibtidai təhsilin pedaqogikası və metodikası üzrə magistr dərəcəsi almışdır. 24 illik zəngin pedaqoji təcrübəsi ərzində o, ingilis dili müəllimi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində xarici dillər üzrə metodist kimi çalışmış, hazırda isə Gəncə şəhər 8 nömrəli məktəbdə direktor müavini vəzifəsində fəaliyyət göstərir. Mehriban Hüseynova, tədris strategiyaları, kurikulum islahatı və innovativ texnologiyaların tətbiqi üzrə yüksək ixtisaslı mütəxəssisdir. O, 40-dan çox beynəlxalq və yerli təlimlərdə iştirak etmiş, bu sahədə lider təlimçi kimi uğurlu layihələrə rəhbərlik etmişdir. “eTwinning” layihəsinin fəal üzvü olaraq beynəlxalq müəllimlərlə əməkdaşlıq etmiş və təhsilin inkişafı yönümdə müxtəlif layihələr icra etmişdir. Təhsildə yaradıcı yanaşmalar və innovativ metodlarla fərqlənən Mehriban Hüseynova, gələcək nəsillərin bilik və bacarıqlarını artırmaq üçün yorulmadan çalışır. Onun fəaliyyəti həm təlim-tərbiyə işlərinin inkişafına, həm də təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir”.
“Hər oxuyanı Vaqif olan” məktəb

Əslində isə 8 saylı məktəb üzrə son illərdə, xüsusilə də Aynur Həsənovanın müəssisəyə rəhbərlik etməyə başladığı 2022-ci ildən ötən qısa müddət ərzində qazanılan uğurlar çoxdur. Digər müəllimlərin də zəhmətləri boşa getməyib. Məktəbin məzunları arasında son illər yüksək balla respublikamızın, eləcə də xarici ölkələrin ali məktəblərinə qəbul olunanların sayı artır. Bu müvəffəqiyyətlərin qazanılmasında başda direktor Aynur Həsənova olmaqla təhsil ocağının kollektivinin əməyi böyükdür. Təkcə son tədris ilinin yekunu üzrə bir sinifin (XI a) məzunları tam olaraq, yəni 100 faiz ali məktəblərə qəbul olunublar, 4 şagird məktəbi fərqləmə ilə bitirib, 1 məzun 650 bal toplayaraq Azərbaycan Tibb Universitetinə, 2 məzun Polis Akademiyasına daxil olub. Məktəbdə “peşə sinifi”, “kiçik akademiyalar” fəaliyyət göstərir.

Təhsil ocağının qazandığı nailiiyyətlər belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini yüksək səviyyədə qurmağa səy göstərir. Gəncə şəhərinin digər təhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisi, müəllim-şagird münasibətlərinin günün tələblərinə cavab verməsi, şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv üzvləri arasında sağlam mühitin formalaşması, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma və s. kimi amillərin varlığı, məhz rəhbərliyə idarəçiliyini günün tələbləri səviyyəsində həyata keçirməyə imkan verir. Arxayınlıqla demək olar ki, məktəb 2024/2025-ci tədris ilinin qalan yarısını da uğurlu göstəricilərlə davam etdirəcəkdir.

Əmin olmağa dəyər ki, M.P.Vaqif adına Gəncə şəhər 8 saylı tam orta məktəbin kollektivi bundan sonra da ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında öz yerini qoruyacaq, məktəbin məzunları daha böyük uğurlara imza atacaqlar.

Şahin Orucov
Bugün, 16:00
Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar TƏLƏB ETDİ – Məhkəmə İŞİ
Bugün, 15:30
Şəhid bacısı 3 gün sonra dəfn edildi
Bugün, 11:30
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA
Bugün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Bugün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Bugün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Bugün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Bugün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
Dün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Dün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Dün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Dün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Dün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Dün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Dün, 11:30
Məktəblərdə qış tətili başlayır
Dün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Dün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Dün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Dün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Dün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
22-01-2026, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
22-01-2026, 16:00
İsveç Şahzadəsi vəfat etdi
22-01-2026, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
22-01-2026, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib