Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...
Gündəm / Sosial
Oxunub: 58
12 Mrt 2025 | 16:25
Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...

Cari ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün 120 mindən çox abituriyent qeydiyyatdan keçib. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Bu il, həmçinin ali təhsil müəssisələrində plan yerlərinin artırılması nəzərdə tutulub.

Plan yerlərinin artırılması, gənclərin ali təhsil müəssisələrinə və kolleclərə yüksək maraq göstərməsi bir çox hallarda müsbət hal hesab edilsə də, özü ilə bərabər bir çox suallar gətirir.

Bu suallardan ən vacibi məzun olan tələbələr üçün əmək bazarında yeni iş yerləridir. Hər il məzun sayı artır, ancaq əmək bazarında onlar üçün iş olub-olmaması sual altındadır.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Elçin Əzimli ilə həmsöhbət olub.

O bildirib ki, ölkədə hər il ali məktəblərdən və texniki-peşə müəssisələrindən minlərlə gənc məzun olur:

“Bu gənclər təhsillərini başa vurduqdan sonra öz bilik və bacarıqlarını iş həyatında tətbiq etmək, karyera qurmaq və cəmiyyətə faydalı olmaq ümidi ilə əmək bazarına daxil olurlar. Onların çoxu təhsil illərində böyük xəyallar qurur, gələcəkdə sabit bir iş, yaxşı qazanc və peşəkar uğur əldə etməyi hədəfləyir. Lakin həyatın reallıqları çox zaman onların arzu və gözləntilərinə uyğun olmur. İş imkanlarının məhdudluğu, rəqabətin yüksəkliyi və bəzən ixtisas seçimindəki uyğunsuzluqlar bu gənclərin planlarını alt-üst edir. Əvvəlki illərdə məzun olub iş tapa bilməyən və ya hələ də iş axtaranları da bu rəqəmin üzərinə əlavə etsək, ortaya böyük bir işsiz və işaxtaran ordusu çıxır.

Mövcud əmək bazarının bu qədər çox sayda iş axtaranı işlə təmin etmək imkanları məhduddur və iş yerlərinin sayı məzunların sayına adekvat artmır. Ölkədə iqtisadi inkişafın tempi bəzi sahələrdə yenə də arzuolunan səviyyədə deyil, bu da yeni iş yerlərinin açılmasını çətinləşdirir. Digər tərəfdən, bəzi məzunların ixtisası əmək bazarının tələblərinə tam cavab vermir və ya onların bacarıqları müasir iş dünyasının gözləntiləri ilə uyğunlaşmır. Məsələn, təhsil müəssisələrində akademik və nəzəri biliklərə çox yer verilsə də, praktiki təcrübə və müasir texnologiyalara uyğunlaşma kimi bacarıqlar tez-tez ikinci planda qalır. Bu uyğunsuzluq gənclərin işə qəbul prosesində çətinliklərlə üzləşməsinə səbəb olur”.

Belə bir vəziyyətdə gənclərin yalnız diplom əldə etməklə kifayətlənməməsi, iş həyatının ehtiyac və gözləntilərinə uyğun əlavə bacarıqlar qazanması, öz peşəkar inkişaflarına investisiya qoyması mühüm əhəmiyyət kəsb edir. Məsələn, yumşaq səriştələrini güclündirmək, xarici dil öyrənmək, rəqəmsal bacarıqlar əldə etmək və ya sahələrinə uyğun sertifikat proqramlarına qoşulmaq kimi addımlar onların rəqabət qabiliyyətini artıra bilər. Çünki müasir dövrdə işəgötürənlər təkcə diplomu deyil, həm də real bacarıqları və uyğunlaşma qabiliyyətini dəyərləndirirlər”.

Əmək bazarında hansı sahələrin məzunlarına tələb çoxdur?

E.Əzimli bildirib ki, bu sualın cavabı ölkənin iqtisadi prioritetlərindən və qlobal tendensiyalardan asılı olaraq dəyişir:

“Son illərdə ölkəmizin aqrar sektorunda ciddi yüksəliş gözə çarpır və müşahidələrim bu sahədə ciddi mütəxəssis ehtiyacının olduğunu göstərir. Xüsusən, aqronom, zootexnik, baytar həkim, bioloq və s. bu sahədə tələb olunan ixtisasların başında gəlir. Aqrar sektorun inkişafı həm iqtisadi diversifikasiya, həm də kənd yerlərində məşğulluğun artması baxımından mühüm olduğundan, bu sahəyə maraq göstərən gənclər üçün geniş perspektivlər açılır.

Bundan əlavə, informasiya texnologiyaları, bank-maliyyə xidmətləri, müxtəlif sahələrdəki mühəndislik peşələrinin də yüksək tələb olunan ixtisaslar siyahısında olduğunu qeyd edə bilərəm. İT sahəsi sürətlə inkişaf edir və proqramçılar, kibertəhlükəsizlik mütəxəssisləri, data analitikləri kimi peşələrə tələb həm yerli, həm də beynəlxalq miqyasda artır. Bank-maliyyə sektoru isə iqtisadi sabitliyin təmin edilməsində əsas rol oynayır və bu sahədə ixtisaslaşmış kadrlara ehtiyac daim yüksəkdir. Mühəndislik isə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə infrastruktur, energetika, tikinti və sənaye kimi inkişaf layihələri ilə birbaşa bağlıdır.

Mənim fikrimcə, gənclər ixtisas seçərkən təkcə şəxsi istək və maraqlarını deyil, həm də əmək bazarının reallıqlarını nəzərə almalıdırlar. Onlar iş imkanlarını artırmaq üçün dəyişən trendləri izləməli, yalnız diplomla kifayətlənmədən öz üzərlərində davamlı çalışmalıdırlar”.
Bugün, 16:25
Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...
Bugün, 15:51
Ciddə danışıqları: Ukraynanın ABŞ-yə dönüşü - ŞƏRH
Bugün, 15:14
Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik
Bugün, 14:41
İran XİN başçısı: Trampın yazdığı məktub ərəb dövləti vasitəsilə İrana veriləcək
Bugün, 14:07
Korrupsiya şikayətləri ən çox bu sahələrdəndir - SİYAHI
Bugün, 12:54
Kimlər Həcc ziyarətinə buraxılmır? - QMİ-dən CAVAB
Bugün, 12:19
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq
Bugün, 11:18
Lavrov: Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir
Bugün, 10:34
“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək
Bugün, 09:51
Lökbatanın qaz təchizatında fasilə yaranacaq
Bugün, 09:21
Azərbaycan nefti cüzi bahalaşıb
Bugün, 08:40
Bakıda, “Dərnəgül”də taxta bazarında yanğın olub
Dün, 17:01
Əmlak Məsələləri Dövlət Xidmətinə yeni vəzifə verilib
Dün, 16:20
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Dün, 15:31
Şimali Makedoniya Prezidenti Azərbaycanla diplomatik pasport sahibləri üçün vizanın ləğvini təklif edib
Dün, 14:55
Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Dün, 14:50
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Dün, 12:20
Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dün, 11:49
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir
Dün, 11:22
Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dün, 10:40
Azərbaycan və Qazaxıstan XİN-ləri birgə Fəaliyyət Planı imzalayıblar
Dün, 09:55
Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb
Dün, 09:28
Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb
Dün, 08:51
Bakının bir sıra yollarında tıxac yaranıb
Dün, 08:39
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
10-03-2025, 17:17
Müəllimlərə "hinduşkabaş" deyən direktor işə gəlmir - Yerinə müvəqqəti TƏYİNAT
10-03-2025, 16:36
Trampla görüşə tərəddüd edən Xamənei – ABŞ-nin İrana çıxış yolu təklifi - ŞƏRH