Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar
Gündəm / İdman
Oxunub: 108
17 Mrt 2025 | 10:35
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Belə böyük miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil.

Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, nüfuzun, beynəlxalq çəkinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi reputasiyanın ifadəsidir.

“Bakı-2025”də tarix yazılacaq

Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışın - minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. May ayının 21-dən iyun ayının 1-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparacaq.

Bu günlərdə DÇ-nin püşkatma mərasimi keçirilib. Mərasimdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda, gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın prezidenti Rövşən Nəcəf çıxış edərək Azərbaycanda böyük futbolla bərabər minifutbola marağın getdikcə artdığını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, dünya çempionatının Bakıda keçirilməsi bu idman növünə marağı daha da artıracaq.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov isə dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını söyləyib.

Orxan Məmmədov Prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqlayıb.

Möhtəşəm sürpriz

Tədbirə göstərilən maraq, yüksək səviyyəli hazırlıq heç də futbol üzrə dünya çempionatının püşkatmasından geri qalmayıb. Bu dəfə də yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan Minifutbol Federasiyası (AMF) minifutbol tarixinə möhürünü vurub. Çünki indiyədək dünya çempionatlarında bu cür möhtəşəm püşkatma mərasimi keçirilməmişdi.

Etiraf edək ki, hamı üçün sıradan bir püşkatma mərasimi kimi görülsə də, tədbirin keçirildiyi məkana daxil olduqda möhtəşəm hazırlığın şahidi olduq. Sanki FİFA və UEFA-nın mötəbər tədbirindəymişik kimi atmosferlə üz-üzə qaldıq. Tədbiri yüksək səviyyədə keçirmək, mükəmməl təşkilatçılıq bacarığını nümayiş etdirmək elə də asan məsələ deyil. Bütün detallar tam dəqiqliklə nəzərə alınmışdı. Xüsusi olaraq vurğulayaq ki, minifutbol maliyyə resursları elə də yüksək olmayan idman növüdür.

Tədbir başladı... Ölkənin tanınmış, futbol ictimiayyətinin görkəmli simaları tədbirə qatılmışdılar. Adətən, belə mötəbər tədbirlərin püşkatmasında iştirak edənlər dünyanın tanınmış futbol ulduzlarını görməyə alışıblar. Elə bunu düşündüyümüz anda möhtəşəm sürprizlə qarşılaşdıq.

Tədbirin aparıcıları dünya ulduzunu püşkatma üçün səhnəyə dəvət edəcəklərinin anonsunu verdilər. Hamı təəccüb və həyəcanla bu adın kim olacağını fikirləşməyə başladı. Və budur, AMF rəhbərliyinin xüsusi təşəbbüsü sayəsində Portuqaliya millisində Avropa çempionu olan, “Mançester Yunayted” (İngiltərə) kimi qitənin ən böyük klublarında forma geyən Luiş Nani səhnəyə dəvət olundu. Tədbir iştirakçılarının böyük alqışına səbəb olan səhnəni sözlərlə ifadə etmək olduqca çətin idi.

Azərbaycan Minifutbol Federasiyasının yüksək təşkilatçılığı

İndi isə hər kəs böyük səbrsizliklə mundialın başlayacağı tarixi gözləyir. Dünyanın müxtəlif ölkələrindən gələcək komandaları, federasiya rəsmilərini, azarkeşləri maraqlı sürprizlər gözləyir. Milli komandamızdan isə həmişə olduğu kimi ən yüksək nəticəni gözləyirik. Bu cür təşkilatçılığa, belə də sonluq yaraşardı.

Ümumiyyətlə, etiraf edək ki, bu tipli nüfuzlu yarışlar üçün ən azı 2-3 il zaman verilsə də, Azərbaycanın dünya çempionatına hazırlıq üçün cəmi bir il vaxtı vardı. Mundialın keçirilməsində böyük təcrübə mövcuddur və demək olar ki, Dünya Minifutbol Federasiyanın (WMF) hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var.

“Bakı-2025”də isə bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın öz üzərinə düşürdü. Bu müddət ərzində Bakıda qarşılaşmaların keçirilməsi üçün infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, AMF hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaq üzrədir. Təkcə onu demək kifayət edər ki, Azərbaycan Minibutbol Federasiyasının qısa zaman kəsiyində əldə etdiyi uğur, bəlkə də bu sahədə ənənəsi olan böyük dövlətlərin onilliklər ərzində qazandıqları nailiyyətlərdən, uğurlardan böyükdür.

Federasiya rəhbərliyi az vaxtda uğura aparan yolun qısa xülasəsini təqdim etdi və bir daha bəlli oldu ki, həqiqətən də istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Əgər yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır. Yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilib.

Göründüyü kimi qısa müddətdə bu qədər işin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edir. Lakin Azərbaycan Minifutbol Federasiyası ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı. Bakıda mundiala hazırlıq, püşkatma mərasiminin yüksək səviyyədə təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, AMF rəhbərliyi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atmaqdadır.

“Bakı-2025”də görüşənədək...
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar

Dün, 18:14
Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib
Dün, 17:58
Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq
Dün, 17:33
Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib
Dün, 17:17
Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq
Dün, 15:11
Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb
Dün, 14:44
Əlahiddə Ümumqoşun Orduda yoxlamalar zamanı bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib
Dün, 14:15
Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb
Dün, 12:54
Gürcüstan Qara dəniz kabel layihəsi üzrə əməkdaşlığı davam etdirməyə hazırdır
Dün, 12:27
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində xüsusi qərargah yaradılıb
Dün, 11:55
Tahir Mirkişili: "Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur"
Dün, 10:59
Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının mətni razılaşdırılıb
Dün, 10:29
Tramp ona ölkəni tərk etməsi üçün 1 həftə vaxt veribmiş...
Dün, 10:10
Tramp yaxın adamını Putinlə görüşə göndərdi
Dün, 09:44
Prezident növbədənkənar seçkiləri anons etdi
1-12-2025, 18:04
Maliyyə Nazirliyi Rəqəmsal Maliyyə Mərkəzi ilə bağlı qərarı şərh edib
1-12-2025, 18:00
Avtobuslarda bank kartı ilə ödəniş funksiyası istifadəyə veriləcək - RƏSMİ
1-12-2025, 17:46
Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
1-12-2025, 17:30
Bakıda təcili yardım maşınıyla motosiklet toqquşdu; qadın sürücü yaralandı
1-12-2025, 17:00
Dənizkənarı Milli Parkda Yeni il yarmarkasının açılışı olacaq
1-12-2025, 16:30
Zaqatala və Balakəndə 600-dən çox evdə zərərvericilər məhv edildi
1-12-2025, 16:00
Azərbaycanda nazir işdən çıxarıldı
1-12-2025, 15:55
Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib
1-12-2025, 15:39
DTX tərəfindən saxlanılan Məmməd İbrahimli həbs olunub
1-12-2025, 15:30
BDU-nun korpusu təmirə BAĞLANIR
1-12-2025, 15:18
Rusiyanın Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı 22-yə çatıb - YENİLƏNİB
1-12-2025, 15:00
Əli Kərimli HƏBS EDİLDİ
1-12-2025, 14:45
Gürcüstanın hakim partiyası BBC-ni məhkəməyə verir